Şəki Məhkəməsi vətəndaşı incidir... - Prezidentə müraciət
Bolge
Oxunub: 794
29 apr 2019 | 16:52
Şəki Məhkəməsi vətəndaşı incidir... - Prezidentə müraciət















Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına.

Göyçay şəhər Natavan küçəsi bina 7 a mənzil 44-də yaşayan Mayılov Sadiq Çingiz oğlu tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ

Cənab Prezident!

Bir neçə ildir ki, ailəliklə sahibkarlıq fəalyyəti ilə məşğul oluruq.Cücə seximiz var. Bu cücə sexini bir neçə ildir ki, işlədirik. Göyçay rayon Mallı-Şıxlı kənd sakini İsmayılov Eldos Məmmədrəhim oğlu məndən iş qurmaq adıyla 20000 (iyirmi min) manat pulu borc adıyla alaraq dələduzluq yoluyla mənimsəyib.Belə ki, Eldos İsmayılov iş görmək adıyla 13.02 2018-ci ildə məndən 20000 (iyirmi min) manat borc pul almış və öz xətti ilə yazılı formada qəbz yazaraq mənə vermişdir. Lakin aldığı bu pulu qaytarmamışdır. Eldos İsmayılovdan bu pulun alınraq mənə verilməsi üçün Göyçay rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim. Göyçay rayon Məhkəməsinin hakim Zəfər Quliyevin sədrliyi ilə 25.07.2018-ci il tarixli iş nömrəsi 2(046) - 1639/2018 olan qərarı ilə mənim iddiam təmin olundu.

Bu qərardan narazı olan dələduz Eldos İsmayılov Şəki Apellyasiya Məhkəməsinə şikayət verdi. Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədlinin sədrliyi ilə keçirilən məhkəmə iclaslarının sonunda qanunsuz və əsassız olaraq Göyçay rayon Məhkəməsinin qərarı ləğv edərək Eldos İsmayılovun şikayəti təmin edildi. Mən hakim Mahir Əsədlinin bu qərarını ona görə əsassız və qanunsuz hesab edirəm ki apellyasiya instansiya məhkəməsi iş materiallarında olan subutları və faktları düzgün araşdırmamış bununlada maddi və hüquq prosedurları pozmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi qərar verəndə əsas kimi cavabdeh Eldos İsmayılovun izahatını göstərmişdir. Halbu ki, cavabdeh öz izahatını təsdiq edən heç bir dəlil subut məhkəməyə təqdim edə bilməmişdir. Buda Mülki Prosesual Məcəllənin 14-cü maddəsinin (Məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı onlardan istifadə etməlidir) pozulmasıdır ki, hakim Mahir Əsədli bunu edib. Eyni zamanda hakim Mahir Əsədli cavabdehin vəsatətinə əsasən Yaqubov İdris İsmayıl oğlunu şahid qismində ifadə verməsinə şərait yaradaraq qətnaməsindədə onun bu ifadəsinə subut kimi qiymət vermişdir. Halbu ki, Göyçay rayon Məhkəməsində cavabdeh bu vəsatəti versədə hakim onun vəsatətini təmin etməmişdi.Çünki şahid qismində göstərilən İdris Yaqubov həmin məhkəmədə iclas gedən zalda oturaraq əvvəldən sona kimi tərəflərin və digər şəxslərin ifadələrini dinləmişdir. İdris Yaqubovun şahid qismində dindirilməsi vəsatəti veriləndə mən buna etiraz etdim. Hakimdə haqlı olaraq mənim etirazımı qəbul edərək cavabdehin bu vəsatətini təmin etmədi. Çünki Mülki Prosesual Məcəllənin 181-ci maddəsinə əsasən şahidlər iclas gedən zala buraxılmalı deyillər. Lakin Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli qanuna zidd olsada yuxarıda qeyd etdiyim kimi cavabdehin şahidi İdris Yaqubovun ifadə verməsinə şərait yaratdı. O bu hərəkətləri ilə hakimlərin müstəqilliyini, ədalət mühakiməsinin prinsiplərini pozmaqla Azərbaycanda məhkəmə sisteminə ciddi kölgə salır ki, buda vətəndaşların hakimlərə olan etimadının itirliməsinə səbəb olur. Belələri Azərbaycanda məhkəmə sisteminə üz qarası gətirən hakimlərdi ki, onların belə qanunsuz və əsassız verilmiş qərarları araşdırılmalı etdikləri qanunsuzluqlara görə hakimlik səlahiyyətlərinə xitam verilməlidir.

Mən Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədlinin bu qərarından Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayət verdim. Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Aslan Kalbalıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Şəki Apellyasiya Məhkəməsinin maddi və prosesual hüquq normalarının düzgün tətbiq edilməsinin pozulmasını aşkar olunduğuna görə mənim kassasiya şikayətimi qismən təmin edildi və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edildi. 30.04.2019-cu il tarixdə saat 11.00-Şəki Məhkəmə Kompeksinin Şəki Apellyasiya Məhkəməsinjə aid zalında Hakim Elçin Hüseynovun sədrliyi ilə bu işə baxılacaqdır.

Cənab Prezident!

Mənim mətbuat vasitəsi ilə sizə müraciət etməyimin məqsədi bu məhkəmə iclasında ədalətin bərqərar olmasıdır. Çünki cavabdeh Eldos İsmayılov yaşadığı kənddə danışıb ki, Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli ilə danışıqlar aparıb. Hakim Mahir Əsədli söz verib ki, Şəki Apellyasiya Məhkəməsinin sədri ilə razılaşıb. Hakim Elçin Hüseynov Eldos İsmayılovun xeyrinə qərar verəcək. Amma mən Azərbaycanda Məhkəmə sisteminə və hakimlərə inanıram. Məhkəmə sistemindən Mahir Əsədli kimi hakimlərin tezliklə kənarlaşdırılacağına inanıram. İnanıram ki, 30.04.2019-cu il tarixdə Şəki Məhkəmə Komleksinin Şəki Apellyasiya Məhkəməsinə aid zalında olacaq məhkəmə işinə hakim Elçin Hüseynovun sədrliyi ilə obyektiv baxılaraq ədalətli qərar veriləcək
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE