“Var-dövlət” universitetinə çevrilən Gəncə Dövlət Universiteti - Müraciət
Bolge
Oxunub: 1 091
6 may 2019 | 19:24
“Var-dövlət” universitetinə çevrilən Gəncə Dövlət Universiteti - Müraciət














“Salam verdim, rüşvət deyildir deyə almadılar !” Əgər Gəncə Dövlət Universitetinin fəaliyyətini, bu günkü durumunu bir cümlə ilə ifadə etmək mümkün olsaydı yəqin ki, böyük Füzulinin bu kəlamlarından yaxşısını tapmaq mümkün olmazdı. Sadəcə bu universitet haqqında qısa araşdırma aparmaq kifayətdir ki, Azərbaycan elminə, təhsilinə necə ağır zərbələr vurulduğunun, rüşvətin, korrupsiyanın ayaq açıb yeridiyinin şahidi olasan.

Rektorun “qara kassa”sı kimi tanınan Şahin və Elçin “diplomatiyasının” rəhbərlik etdiyi korrupsiya mexanizmi burada təhsili tamamilə məhv edib. Rubrika.az-a daxil olan məlumatlara görə, univesitetdə tədris prosesi az qala şərti xarakter almağa başlayıb. Çünki, tələbələr onsuz da biliyə qiymət verilmədiyini gözəl bilirdilər. GDU-da biliyə yox, tələbənin cibinə qiymət yazırlar. İmtahan sesiyaları zamanı isə tələbələr “kisənin ağzını açmaq” məcburiyyətində qalırlar. Əks təqdirdə tələbə lap “Tarix-Nadir”i bütöv oxusa belə qiymət alması mümkünsüzdür.

Rubrika.az-a verilən məlumatlara əsasən universitetdə rektorun pul yığma məsələləri üzrə ən güvənilən adamları Şahin və Elçin adlı şəxslərdir. Onlar rektorun bilavasitə “qara kassası” rolunu oynayırlar. Universitetdə bütün şübhəli maliyyə əməliyyatları və pultoplamaları məhz onların rəhbərliyi altında həyata keçirilir.

Bildirilir ki, tələbələrdən pul təkcə imtahanlarda alınmır. Onların “soyulması” üçün semestr arası dövrlərdə də müxtəlif variantlar mövcuddur. Cari xərclər üçün dövlət tərəfindən yetərincə vəsait ayrılmasına baxmayaraq tələbələrdən otaqların pəncərələrinə jalüzlər, koridorlara xalçalar alınması üçün pul yığılır. GDU-nun büdcəsində olan pullar isə hara gəldi xərclənir. Kafedralara verilən inventarlar artıq yazılır, bir neçəsi kafedralara veriləndə qalan əksər hissəsi mənimsənilir.

Var-dövlət universitetinə çevrilən təhsil ocağı

Y.Yusibovun universitetə ayrılan vəsaitlərin xərclənməsi üzrə də ciddi nöqsanlarda adı hallanır. Belə ki, aparılan araşdırmaların biri belə bir nəticə üzə çıxarıb. 2014-cü ildə universitet üzrə 13 tenderin ümumi qiyməti 1 016 915 manat olub – əvvəlki ildən 5,77 dəfə çox. 625 514 manat təmir, 90 977 manat abadlıq, 76 700 manat avadanlıq, 74 680 manat inventar, 44 850 manat mətbəə, 41 791 manat dəftərxana, 37 900 manat nəqliyyat vasitəsinin alınması, 24 503 manat da “sair xərclər” aparıb. Əvvəlki illər universitetin heç bir tenderini qazanmayan, dolayısıyla yüksək çinli məmurlardan birinə aid olduğu deyilən “İnstal-Servis” MMC əsaslı təmir işlərini 527 049 manata aparıb. 2015-ci ilin 6 ayı üzrə GDU-da ümumi dəyəri 1 882 199 manat olan 15 satınalmaya dair məlumat var. Bu da əvvəli rektorun xərclədiyindən 10,68 dəfə çoxdur. Əvvəlki illərdə təkrar-təkrar təmir aparılmasına baxmayaraq, bu dəfə də 1 421 294 manatlıq təmir işi “İlqar-MR” MMC-yə həvalə olunub. Bu firmanın da adı şübhəli tender qaliblərinin siyahısındadır. Keçən il üç dəfə, ümumilikdə 1 517 179 manat dəyərində təmir aparılıb, 25 min manata da layihə-smeta işləri görülüb. 68 217 manat inventar, 48 156 manat avadanlıq, 48 729 abadlıq, 34 652 manat dəftərxana və təsərrüfat malları, 23 000 manat mətbəə, 17 000 manat nəqliyyat vasitəsinə sərf olunub, dörd dəfə də “digər xərclər” altında 100 266 manat istifadə edilib.

Göründüyü kimi Gəncə Dövlət Universiteti bir qrup üçün həqiqətən də var-dövlət universitetinə çevrilib. Bu işdə təkcə GDU-nun rəhbərliyi və onun” komandası” yox, həm də bu əməllərə seyriçi qalan aidiyyatlı qurumlar günahkardırlar. Təəssüf ki, hələ də cənab Prezidentin göstərişlərinə məhəl qoymayan, ümummilli liderin “millətin gələcəyi” adlandırdığı təhsil sistemini özünə qazanc mənbəyi hesab edən şəxslər mövcuddur.Onların qara əməlləri bütünlükdə Azərbaycan təhsilinə zərbə vurur.

Həmçinin Universitetdə “qohumbazlıq siyasəti” ilə bağlı məlumatlar verilir. Məhz bu siyasətin nəticəsi olaraq universitetin ştat siyahısı “ölü canlarla” xeyli zəngindir. Verilən məlumatlarda universitetdə müəllim heyətinə fəxri adların verilməsi prosesi də də qalmaqala çevrilmişdir. Belə ki, ədalətsiz təqdimatlar rüşvət və korrupsiyadan açıq-aydın xəbər verir və kütləvi narazılıqlara səbəb olmuşdur.

Mövzunu davam etdirəcəyik. \\aztoday.az\\
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR