Çeçenlər evini yandırdı, ailəsini döydü: həbsdə olan Elçinin ailəsi xalqa yalvarır - Video/Təfsilat
Bolge
Oxunub: 747
8 may 2019 | 23:39
Çeçenlər evini yandırdı, ailəsini döydü: həbsdə olan Elçinin ailəsi xalqa yalvarır - Video/Təfsilat














Sensasiya TV bu dəfə Şəmkirin Dəllər Daşbulaq kəndindədir. Rusiyanın paytaxtı Moskvada həbsdə olan Elçin İsmayılovun ailəsindən hazırladığımız reportajda dəhşətli bir hadisənin gerçək təfsilatını üzə çıxarmışıq.

Öz ailəsini silahlı çeçenlərin hücumundan qorumaq və müdafiə etmək məqsədi ilə tüfəng götürən Elçinin əlindən açılan atəş onu heç nədən türməyə göndərib. Ətraflı Cahan.info-da...

Üzü dönsüm görüm o ağuya dönmüş çörəyin...

Elçin İsmayılovun arzuları başqaydı. O, Rusiyaya çörək dalınca getmişdi. Ailəsini, övladlarını ehtiyacsız və xoşbəxt yaşatmaq istəyirdi. Bu minvalla 2004-cü ildən Sankt-Peterburq şəhərinə işləməyə getmişdi. Uzun müddət halal yolla pul qazanaraq, qazancını toplamış, nəhayət ailə üzvlərini də yanına apararaq, həmin şəhərin Toniski rayonu, Kirovski küçəsi, ev 2-də şəxsi təsərrüfat yaratmışdı.

Lakin 2017-ci ildə İsmayılovlar ailəsinin başına elə bir müsibət gəlir ki, yatsan yuxuna girməzdi. Hazırda Şəmkirdə yaşayan ailə məcbur qalaraq Rusiyanı tərk etməli, Elçin İsmayılovu Moskva türməsindən nə vaxt çıxıb gələcəyi günü gözləməli olur.Onun həyat yoldaşı Günel Həsənova deyir ki, 2005-ci ildən Sankt-Peterburqda yaşayırdılar:

“Arabir gəlib-gedirdik. Sonra orada torpaq aldıq, özümüzə ferma, ev tikdik, mal-heyvanımız varıydı, normal yaşayırdıq. Ta ki bu mərdimazarlar gələnə kimi...

2017-ci iliydi. İyulun 24-də Elçin kanalizasiya üçün boru sifariş eləmişdi. 24.07.2017-ci ildə həyat yoldaşım Elçin İsmayılovla evə bazarlıq etmək üçün bazara getdik.

Yolda yoldaşım kanalizasiya “turba”larının satışı olan reklam löhvəsini görüb, təsərrüfatımıza ehtiyac olduğu üçün bir neçəsini sifarişini verib, ünvanımızı bildirdi.

Sifarişi gətirən adamlar bizim ünvanı tapa bilmirdilər. Nəyisə, məcburən özümüz getdik ki, yolu göstərək.

Qapımıza bir yük maşını gəldi. Elçin borulara baxdı, bəyənmədi, dedi ki, köhnədirlər, bunların nəyinə pul verim, təzəsini gətirin.

Həmin adamlar dirəşdilər ki, budur, pulunu verməlisən. Sonra telefonda sifariş etdiyi adamlarla danışdı”.

“Elçini vurdular, məni və uşağı aparmaq istədilər”

G.Həsənova danışır ki, bu söz-söhbətdən çox keçmədi, “Land Crusier” markalı maşında iki nəfər qapılarına gəldi. Onlardan biri cavan, biri yaşlı imiş. Sonrada öyrəniblər ki, həmin şəxslər milliyyətcə çeçendirlər.

“Cavanın əlində silahı varıydı. Yaşlı çatan kimi Elçinə zərbələr endirdi, huşsuz vəziyyətdə yerdə qaldı. Cavan da silahla durmuşdu ki, kimsə yerindən tərpənməsin.

Həmin vaxt uşaqlar da oynayırdılar, hamımız qorxduq ki, axı nolub? Sonra yaşlıp adam saçımdan tutub məni vurdu.

Onda ağlayaraq dedim ki, vurma, hamiləyəm. Ancaq məhəl qoymayıb vurmağa davam elədi. (Günel xanım xəsarət almasına dair fotoları təqdim edir)

Elçin yerdə qalmışdı, anama qışqırdım, tez su gətirib Elçinin üstünə atdı ki, ayılsın. Onlar məni və uşaqlardan birini maşına oturdub aparmaq istəyirdilər. Bizim iki oğlumuz, bir qızımız var.

Silahlı olan cavan oğlan iki dəfə havaya atəş açdı. Hamımız qorxmuşduq. Bu vaxt ayılan Elçin çığırdı ki, ailəmi buraxın.

Onlar isə deyirdilər ki, kimsinz burada ferma açmısınız. Bu vaxt Elçin qaçıb evə tüfəngi götürdü, bir neçə dəfə xəbərdarlıq atəşi açdı”, - deyə Günel xanım nəql edir.

“Evimizi, fermamızı yandırdılar” - çeçenin ölümü...

Hər şey bundan sonra baş verir. Yaşlı çeçen Elçinin əlindəki tüfəngin lüləyini özünə tərəf çəkir, bu vaxt güllə açılır və adam ölür.

G.Həsənova deyir ki, hadisə baş verən an hərə bir tərəfə qaçdı: “Cavan deyəsən onun oğlu idi, o da qaçdı. Bir az sonra silahlı çeçenlər evimizi mühasirəyə aldılar,

Tövləmizi, evimizi yandırdılar, min bir əziyyətlə tikib qurduğumuz mal-mülkümüzü kül elədilər. Heç nəyin üstündə Elçin türməyə getdi, mal-dövlətimiz yandı. Axı biz kimə nə pislik eləmişdik?

Bu adamlara kanalizasiya üçün boru sifariş eləmişdi, xoşuna gəlməmişdi, demişdi ki. köhnədir, təzəsini gətirin. Bunun üstündə adamı döyərlər, arvad, uşağını qaçırdar, silah çəkər, evini yandırarlar? Ancaq onlar elədilər.

Elçinin heç kəsi öldürmək niyyəti olmamışdı. Sadəcə, ailəsini onların hücumundan qorumaq istəyirdi, müdafiə üçün tüfəng götürmüşdü. Onlar bizim üstümüzə silahla gəlmişdilər”.

Polad Bülbüloğluna və Fizuli Məmmədova müraciət

G.Həsənova bildirir ki, hadisə ilə bağlı şahidlər dindirilmədi, istintaq obyektiv aparılmadı, E.Həsənova özünü müdafiə zamanı ehtiyatsızlıqdan atəş açılması maddəsi əvəzinə, qəsdən adamöldürmə ittihamı ilə cinayət işi başlayıb həbsə göndərdilər:

“Bu gün də çeçenlər ona xəbər göndərirlər, ölümlə təhdid edirlər. Mənim ümidim Azərbaycan dövlətinədir. Bu müraciətimə həssas olsunlar.

Səfirimiz Polad Bülbüloğlundan xahiş edirəm ki, bu işi nəzarətinə götürsün, Elçinin vəkillə təmin olunması üçün addımlar atılsın.

Eyni zamanda Moskvada yeni yaradılan Rusiya Azərbaycanlılar İttifaqı sədri Fizuli Məmmədovdan xahiş edirəm ki, bu məsələdə bizə köməklik edilsin”.

“Mehriban xanım, kömək edin, Elçini 9 il çürüdəcəklər”

G.Həsənova qeyd edir ki, prezident İlham Əliyev, I vitse-prezident Mehriban Əliyeva E.Həsənovun ekstradisiyası ilə bağlı Rusiya dövləti ilə danışıqlara apara bilər: “Elçin əlində tüfəng bunlara yaxınlaşaraq, yenidən bizi buraxmağı tələb etmişdi.

Həmin çeçendən biri Elçinin tüfəngin lüləyindən tutub, onu özünə çəkmək istədikdə açılaraq güllə çeçenə dəydi və yerindəcə dünyasını dəyişdi. Digər çeçen isə maşına minərək, hadisə yerindən qaçdı.

Elçin polisə təslim olmaq üçün başqa səmtə, üç azyaşlı övladım isə qorxudan gizlənmək üçün müxtəlif səmtlərə qaçdılar. Evdə tək qalıb və qorxduğundan dərhal polisə məlumat verdim.

Təxminən bir neçə saat sonra evimizi 50 nəfərə yaxın çeçen vətəndaşları əllərində silah mühasirəyə alaraq, məni girov götürmək istədi.

Amma polislər özlərini çatdırıb, məni onlardan xilas etsə də təəssüf ki, elə polislərin gözləri qarşısında həmin silahlı dəstə evimizi, təsərrüfatımızı və təsərrüfatımızda olan heyvanların üstünə benzin tökərək, yandırdılar.

Polislər məni və övladlarımı taparaq, polis şöbəsinə apararaq, təzyiqlər etdilər. Məhkəmə işi birtərəfli apararaq, faktiki olaraq onların müdafiəçisi kimi çıxış edib, yoldaşımı 9 il həbs etdirdi.

Məhkəmə istintaqı və istintaq zamanı yoldaşıma və ailə üzvləri kimi bizə bir çox təzyiq və təhdidlər oldu.

Yoldaşıma Cinayət Məcəlləsinin özünü müdafiə maddəsi ilə yox, qəsdən adamöldürmə maddəsi ilə cinayət işi qaldırdılar. Məhkəmə zamanı video kameraları söndürüb, işin ədalətli araşdırılmasına qəsdən mane oldular.

Evimizə olan iki dəfə silahlı dəstənin hücumu, evimizin və təsərrüfatımızın qəsdən yandırılması nədənsə işi aparan hakimlərin diqqətindən yayındı və hadisənin iştirakçılarından soruşulmadı. Hətta yoldaşıma xəbər göndəriblər ki, türmədən sağ çıxmayacaqsan”.

Anası xəstə, qardaşı ağır halda, uşaqları çarəsiz...

Elçinin xanımı deyir ki, yoldaşı həbs olunandan sonra anası sarsıntı keçirirərək, yataq xəstəsi olub: “Elçin digər qardaşı ruhi-əsəb xəstəsidir.

Və mən üç azyaşlı övladımla çarəsiz durumda qalmışıq. Həmçinin Elçinin həyatının təhlükədə olması bizi narahat edir.

Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikanın vətəndaşı Elçin İsmayılovun işini nəzarətə götürməyinizi, ailəmizə qarşı edilən bu terrorun tam və hərtərfli araşdırılması və cinayətkarların cəzalandırılması, cinayət işinin obyektiv araşdırılması üçün işin yenidən istintaqa qaytarılması üçün köməklik etməyinizi hər birinizdən xahiş edirəm. Ümid edirəm ki, mənim müraciətimə diqqət göstərəcəksiniz!”
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal