Başçı vətəndaşları küçə söyüşləri ilə təhqir edir... - "Mənim özümə Bakıya şikayət yazdığım üçün “küçük” deyib"
Bolge
Oxunub: 785
17 may 2019 | 21:47
Başçı vətəndaşları küçə söyüşləri ilə təhqir edir... - "Mənim özümə Bakıya şikayət yazdığım üçün “küçük” deyib"













“İcra hakimiyyətindən məni “Kapitakbank”ın Saatlı rayon filialına göndərdilər. Dedilər, get, ordan maaş kartını götür. Soruşdum, mən harda işləyəcəm? Dedilər, kart veririk, hər ay da içində pul olacaq, get, başını saxla, iş yoxdur”. Saatlı sakini Vüsal Axundov danışır ki, 2015-ci ilin yanvar ayında hərbi xidmətdən qayıdandan sonra rayon Məşğulluq Mərkəzinə, yerli icra hakimiyyətinə iş üçün rəsmi müraciətlər edib. Bu qurumlardan müsbət cavab almadıqda ölkə başçısına və onun xanımına rayondakı işsizlik problemlərindən yazıb.

”Adamlar acından torpaqlarını satır”

“Adamlar acdır, elələri var ki, xəstəsini müalicə etdirmək üçün pay torpağını satıb. Adamlar acından qab-qacaqlarını, evinin əşyalarını aparıb Bakıda gedirlər. Mən də ölkə başçısına bunları yazıram. Özüm ailəliyəm, 10 aylıq körpəylə ortalıqda qalmışam. Yoldaşımın ayaqları qanqrenadır, çünki pulsuzluqdan əməliyyatı gecikib. Evim yoxdur, kirayədə qalıram, nə ünvanlı sosial yardım, nə başqa gəlirimiz var. 4 ildən çoxdur istədiyim işlə təmin olunmaqdır, onu da eləmirlər. İş üçün gedəndə şərləməklə hədələyib qovurlar. Başçı vətəndaşları küçə söyüşləri ilə təhqir edir, mənim özümə Bakıya şikayət yazdığım üçün “küçük” deyib, icra hakimiyyətinin qapısından qovub. Hələ bu, başçının leksikonundakı ən “abırlı” söyüşdür,” – Vüsal Axundov danışır.

Vüsal Axundovun deməsinə görə, məhz bundan sonra yerli icra hakimiyyəti ilə problemləri başlayıb:

“Bir dəfə icra hakimiyyətinə çağırdılar, dedirlər, sənə sonuncu xəbərdarlığımızdır, başçı sənin əlindən yığıb, yazmağı dayandır, yoxsa səni oğurluqla, narkotiklə atdıracaq həbsə… Nə İlham Əliyev, nə Mehriban Əliyeva səni çağırıb iş verən deyil, ancaq o dərəcəyə çatdırma ki, başçı sənə başqa “iş” verdirsin…”
“Həyat yoldaşımın cüzi maaşı kreditlərə ödənilir”

Vüsal Axundov 3 ay əvvələdək köhnə maşını ilə Saatlıdan Bakıya taksi xidməti göstərirmiş. Ancaq həyat yoldaşının səhhəti ağırlaşdıqca, müalicəyə pulu olmadığından maşını da satmalı olub. Orta məktəbdə ibtidai sinif müəlliməsi işləyən həyat yoldaşının cüzi maaşı isə bir neçə bankdan götürülmüş kreditlərin aylıq ödənişlərinə gedir:

“Sənətim traktorçuluqdur. Əlimdən elektrik, santexnik işləri gəlir. Ya məsələn, qaz idarəsində iş versin, boru daşıyım, işıq idarəsində iş versin, şunur daşıyım, su idarəsində iş versin, şlanq daşıyım… Axır ki, hər nə iş olur, fərq eləməz, təki körpəm ac qalmasın, evin kirayəsini verə bilim…”

“Kart var, maaş var, iş yoxdur”

Bu yaxınlarda Vüsal Axundovu yenə yerli icra hakimiyyətinə çağırıblar. Ona bildiriblər ki, iş yoxdur, ancaq maaş kartı var, götürsün və bir daha işsizliklə bağlı ölkə rəhbərliyinə şikayətlənməsin:

“Youtube kanalı vasitəsilə prezidentə növbəti video-müraciətimdən sonra – ötən həftə başçının köməkçisi Zaur Əsədov məni çağırıb dedi, get, “Kapitalbank”da sənin adına kart var, götür… Mən də “Kapitalbank”ın rayon şöbəsinə getdim, yaxınlaşıb dedim, burda mənim kartım olmalıdır. Kartı verdilər, dedim, bu nə kartdır? Dedilər, “DOST” İş Mərkəzinin verdiyi maaş kartıdır. Qalan şeyləri get, icra hakimiyyəti ilə aydınlaşdır. Kartda 173 manat vardı, gəldim icra hakimiyyətinə, Zaur Əsədova dedim, bəs mən harda işləyəcəm? Bu pulu mənə kim, niyə verir? Dedi, iş yoxdur, get, otur evində, hər ay maaşın köçürüləcək karta. Mayın 3-də kartdan 173 manatı çıxartdım, elə həmin gün yoldaşımı xəstəxanaya apardım. Ancaq mən belə “maaşı” istəmirəm. Mən iş tələb edirəm. Evdən çıxım, gedim, işləyim, çörəyimi zəhmətimlə qazanım”.
“Təklif olunan işlərdən imtina edib”

Dövlət Məşğulluq Mərkəzindən bildirilib ki, işlə bağlı müxtəlif qurumlara müraciət edən Vüsal Axundov Saatlı rayon Məşğulluq Mərkəzinə dəvət olunsa da, gəlməyib. Mərkəzin əməkdaşları Vüsal Axundovla telefon əlaqəsi yaradaraq ona 200 manat əməkhaqqısı olan Ağcəbədi Regional Meşə Təsərrüfatı Mərkəzində iş təklif ediblər. Bundan başqa, Vüsal Axundova “MKT Saatlı” Pambıq İstehsalı və Emalı Zavodunda günəmuzd əməkhaqqısı olan iş yerləri təklif ediblər. Ancaq Vüsal Axundov təklif olunan iş yerlərinin yaşadığı yerdən uzaqda yerləşdiyini səbəb gətirərək, hər iki işdən imtina edib: “Biz də Vüsal Axundova yeni iş yerləri ilə bağlı məlumat əldə etmək üçün rayon Məşğulluq Mərkəziylə mütəmadi əlaqə saxlamağını tövsiyə etmişik”.

Vüsal Axundova “DOST İş Mərkəzi” MMC-nin xətti ilə verilmiş maaş kartına gəlincə, mərkəzdən bildirilib ki, məsələni araşdıracaqlar.



Başçı vətəndaşları küçə söyüşləri ilə təhqir edir... - "Mənim özümə Bakıya şikayət yazdığım üçün “küçük” deyib"
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ