Oqtay Şirəliyevin səhiyyəsi onları Azərbaycandan qaçaq salır... - Qardaş Türkiyədə isə naxçıvanlılar daha böyük zülümlə üz-üzə qalırlar...
Bolge
Oxunub: 753
24 may 2019 | 20:45
Oqtay Şirəliyevin səhiyyəsi onları Azərbaycandan qaçaq salır... - Qardaş Türkiyədə isə naxçıvanlılar daha böyük zülümlə üz-üzə qalırlar...












“Hürriyyət”də Azərbaycan səhiyyəsinin acınacaqlı vəziyyətindən dəfələrlə yazmışıq. Amma nə qədər yazsaq da vəziyyət dəyişmir ki, dəyişmir. Bu sahədə keçirilən bütün islahatlara rəğmən rüşvətxorluq, həkim və tibb personalının səriştəsizliyi ucbatından demək olar ki, hər gün azyaşlı uşaqların, yenicə doğulmuş körpələrin və hamilə qadınların həyatını itirməsi gündəmin ən çox müzakirə olunan mövzuları olaraq qalmaqdadır.

Bu arada milli səhiyyəmizə güvəni olmadığından müayinə və müalicə məqsədi ilə xarici dövlətlərə, xüsusilə də qardaş Türkiyə ilə, qonşu İrana üz tutan ölkə vətəndaşlarının sayı günbəgün artır. Bu isə həm dövlətimizin beynəlxalq aləmdə nüfuzuna xələl gətirir, həm də ölkədən külli miqdarda valyuta axınına səbəb olur.

Dəyəri 1 manatlıq xidmətin qarşılığında naxçıvanlılardan 3 manat tələb edən insafsız işbazlar “bir dövlət, iki millət olduğumuzu” əsla önəmsəmirlər

İllərdir blokada şəraitində yaşayan Naxçıvanda isə vəziyyət daha acınacaqlıdır. Naxçıvan Muxtar Respublikasının sakinləri elementar tibbi yardım ala bilmədiklərindən, məcbur qalıb borc-xərclə ya İrana, ya da Türkiyəyə üz tutmalı olur. Onlar üçün adıçəkilən ölkələrə getmək Bakıya gəlib çatmaqdan daha rahat və ucuz başa gəlir.

Amma bu işin bir əmması var. Müalicə üçün əsasən qardaş dövlət Türkiyənin Ərzurum şəhərinə üz tutan Naxçıvan sakinlərini orda “ağac qabığı” kimi soyurlar.

Hətta Suriya qaçqınlarına da naxçıvanlılardan qat-qat artıq hörmətlə yanaşılır, güzəştlər edilir

Qapısındakı mal-qaranı satıb, borc-xərc edib çox zaman kritik vəziyyətdə qardaş dövlətə pənah gətirən naxçıvanlı soydaşlarımızın çarəsiz vəziyyətindən yararlanan üzdəniraq səhiyyə qulluqçuları onlara “qiymət oxuyur”, onsuz da xəstəlikdən bükülən bellərini tamamilə qırırlar. Dəyəri 1 manatlıq xidmətin qarşılığında naxçıvanlılardan 3 manat tələb edən insafsız işbazlar “bir dövlət, iki millət olduğumuzu” əsla önəmsəmirlər.

Naxçıvan sakinləri dəfələrlə Türkiyədəki Naxçıvan Konsulluğuna şikayət məktubları ilə müraciət etdiklərini, amma müraciətlərinin cavabsız qaldığını bildirirlər

Ən qəribəsi isə odur ki, yalnız naxçıvanlılara bu cür münasibət göstərilir. Digər ölkələrdən gələn türksoylu xalqların nümayəndələri Türkiyə vətəndaşlarından fərqləndirilmir. Hətta Suriya qaçqınlarına da naxçıvanlılardan qat-qat artıq hörmətlə yanaşılır, güzəştlər edilir.

Bizə müraciət edən Naxçıvan sakinləri dəfələrlə Türkiyədəki Naxçıvan Konsulluğuna şikayət məktubları ilə müraciət etdiklərini, amma müraciətlərinin cavabsız qaldığını bildirirlər.

Son ümid yeri olan qoyun-quzusunu satıb şəfa tapmaq məqsədi ilə Ərzuruma gedən naxçıvanlılardan biri danışır ki, 3 günə ona düz 48 sistem köçürülməsi təyin edilibmiş. Bir sistemin qiyməti 125 Tl-dir (təxminən 40 manat), 48 sistem isə xəstəyə 1920 manata başa gələcəkdi. Amma o qədər mayenin qısa müddətdə xəstə, halsız bədənə köçürülməsinin mümkünsüzlüyünü anlayan soydaşımız xəstəxanadan faktura tələb edib. Uzun çək-çevirdən sonra faktura xəstəyə təqdim edilib və məlum olub ki, ona 48 yox, cəmi 4-5 sistem köçürülüb. Sayıqlıq göstərən soydaşımız xəstəxanadan pulun qalığını ala bilib. Amma bu istisnadır. Əksər xəstələr işbazların qurbanı olur.

Ərzurum klinikalarında çalışan həkimlər etiraf edir ki, naxçıvanlı xəstələrə yardım etmək istərdilər, amma adlarına fetoçu damğası vurularaq hökumətə qarşı təxribat törətməkdə ittiham ediləcəklərindən qorxduqları üçün bunu edə bilmirlər. Çünki işbazların maliyyə qaynaqlarının kəsilməsinə səbəb olacaq bu addımın onlar tərəfindən cavabsız qalmayacağını bilirlər.

Türkiyə işbazları Azərbaycanı neft ölkəsi saydıqlarına görə Azərbaycandan, özəlliklə də Naxçıvandan gələn xəstələri milyonçu hesab edirlər

Türkiyənin keçmiş səhiyyə naziri, hazırda Türkiyə Baş nazirinin müavini əslən Ərzurumdan olan Rəcəb Akdağ vilayətdəki səhiyyə sisteminə nəzarət edir, bu sahədəki bütün neqativ halların əsas səbəbkarı da məhz adıçəkilən şəxsdir.

Türkiyə işbazları Azərbaycanı neft ölkəsi saydıqlarına görə Azərbaycandan, özəlliklə də Naxçıvandan gələn pasientləri milyonçu hesab edirlər. Amma unudurlar ki, milyonçular dünyanın tanınmış, bahalı klinikalarında müalicə alırlar. Ərzuruma gedənlərsə yetim-yesirdir. Türkiyə müsəlman dövləti olduğu üçün yetim haqqının yeyilməsinin necə böyük bir günah olduğunu bilməlidir. Biz inanmırıq ki, Ərdoğan rəhbərlik etdiyi hakimiyyətdə yetim haqqını yeyən məmurların təmsil olunmasına göz yumacaq...

Millət vəkili Kamil Aydın: “...Atatürkün “Naxçıvan türk qapısıdır. Bu məsələni nəzərinizdə saxlayaraq, əlinizdən gələni edin” vəsiyyəti də yerinə yetirilmiş olacaq”

Qeyd edək ki, ötən il Türkiyə mətbuatında “Naxşıvana sağlıq müjdəsi” başlıqlı yazı dərc edilmişdi. Həmin yazıda Ərzurum millət vəkili, MHP sədrinin müavini, professor Kamil Aydının Atatürk Universitetinin Araşdırma Xəstəxanasına səfəri zamanı tibb müəssisəsinin rəhbərliyi ilə danışıqlar əsnasında qaldırılan “Naxçıvan vətəndaşlarının səhiyyə xidməti sahəsində xaricdən asılı olduqları” məsələsinin Məclisdə həll olunmasına nail olduğu bildirilmişdi. Millət vəkili Kamil Aydınla görüş zamanı xəstəxana rəhbərliyi, Naxçıvan vətəndaşlarının səhiyyə xidmətləri üçün Türkiyəni seçdiklərini, lakin Türkiyədə onlara göstərilən səhiyyə xidmətləri üçün ödədikləri vəsaitin digər xarici vətəndaşlarla eyni olduğunu bildirmişdilər.

Azərbaycandan və Naxçıvandan gələnlərin Türkiyə vətəndaşlarının ödədikləri vəsaitdən üçqat artıq ödəniş elədikləri üçün bəzən başqa ölkələrə üstünlük verdiklərini bildirən xəstəxana rəhbərliyi, problemin həlli üçün MHP millət vəkilindən dəstək istəmişdi.

Andiçmə mərasimindən sonra dövlət ənənəsi olaraq, ilk xarici səfərini Azərbaycana edən prezident R.T.Ərdoğan Aydının səyləri nəticəsində məsələni gündəliyə salmışdı.

Prezidentin 10 iyul tarixində Azərbaycana səfəri zamanı onu müşayət edən MHP sədr müavini və Ərzurumdan millət vəkili seçilmiş professor Kamil Aydın təyyarədə söhbət əsnasında prezident Ərdoğana məsələ barəsində məlumat vermiş, Ərzuruma Naxçıvan və Azərbaycandan müalicəyə gələnlərin olduğunu xatırladaraq demişdi: “Lakin müalicə haqları bizim vətəndaşlarımızla müqayisədə üçqat artıqdır. Məsələ səhiyyə turizmi baxımından həll edilsə, cənab Əliyev ilə görüşdə gündəmə gətirilsə, hər iki ölkə üçün müsbət bir irəliləyiş olar”.

Kamil Aydın prezident Ərdoğana Naxçıvan vətəndaşlarına türk vətəndaşları ilə eyni tariflərlə səhiyyə xidməti göstərilməsi imkanı yaratmasını təklif etmişdi: “Bu, həm regionun səhiyyə turizmi və iqtisadiyyatını canlandıracaq, həm də Naxçıvanla Türkiyə arasındakı münasibətləri daha da inkişaf etdirərək qardaşlığımızı möhkəmləndirəcəkdir. Aratürkün “Naxçıvan türk qapısıdır. Bu məsələni nəzərinizdə saxlayaraq, əlinizdən gələni edin” vəsiyyəti də yerinə yetirilmiş olacaq”.

Təəssüf ki, sözügedən məsələ yalnız söhbət olaraq qaldı, öz qanuni həllini tapmadı. Görünür, bunda kimlərinsə ciddi marağı vardı

Aydının təklifinə müsbət yanaşan prezident Ərdoğan problemin həlli üçün təminat verərək, Azərbaycan prezidenti cənab İ. Əliyev ilə birgə mətbuat konfransında məsələni gündəmə gətirmişdi.

Amma çox təəssüf ki, sözügedən məsələ yalnız söhbət olaraq qaldı, öz qanuni həllini tapmadı. Görünür, bunda kimlərinsə ciddi marağı vardı.

Bu gün də vəziyyət eynidir. Naxçıvanlı soydaşlarımız müayinə. müalicə, əməliyyat üçün real qiymətin 3 qatını ödəməli olur. Bu isə onsuz da səfalət içində yaşayan naxçıvanlıları tamamilə var-yoxdan çıxarır.

Bu gün naxçıvanlı soydaşlarımız qardaş Türkiyədə haqsızlıqla qarşılaşırsa, Ərdoğan hakimiyyətinin o zamankı CHP hökumətindən nə fərqi var?

Biz hər zaman Türkiyəni böyük qardaşımız saymışıq, düşmən əhatəsində olan, demək olar ki, Azərbaycandan təcrid olunmuş qədim türk torpağı Naxçıvanımızın yeganə pənahı Türkiyədir. İllər öncə Türkiyə prezidenti Ərdoğan İkinci Dünya Savaşı dönəmində baş verən bir olayı misal çəkərək, o vaxtın hakim partiyası olan CHP-ni kəskin tənqid atəşinə tutmuşdu. Ölkə başçısı CHP-ni Stalinin zülmündən qaçaraq Türkiyəyə pənah gətirən Azərbaycan türklərini ölümə verməkdə ittiham etmişdi.

Amma bütün bu deyilənlərə baxmayaraq, qardaş Türkiyəyə güvənimiz sonsuzdur. İnanırıq ki, ən tez zamanda sözügedən problemlər öz həllini tapacaq, Türkiyə hökuməti Naxçıvan sakinlərinin də güzəştli səhiyyə xidmətindən istifadə etmələrini təmin edəcək.

Hurriyyet.org

P.S. Türkiyənin Azərbaycandakı səfirliyinin sözügedən məsələyə münasibətini öyrənməyə çalışacağıq.
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR
Dünən, 13:24
Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq
Dünən, 12:23
Astana İrəvanla Bakıya dəstək verməyə hazırdır - Tokayev
Dünən, 12:19
Təhlükə var: Çölə çıxmayın! - İki gün boyunca…
Dünən, 12:06
İsrail İranın hücumuna tezliklə cavab verəcək - WSJ
Dünən, 12:01
İrəvan və Astana qardaşlaşmış şəhərlər oldu
Dünən, 11:12
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ
Dünən, 11:08
Dollar bahalaşır - SƏBƏB
Dünən, 10:56
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür
Dünən, 10:38
May ayında 10 gün iş olmayacaq
Dünən, 10:31
Azərbaycanlı aparıcı həmcinsi ilə nişanlandı - FOTO
Dünən, 10:28
Türkiyədə bələdiyyə sədri həbs olundu - FOTO
Dünən, 10:00
Zelenskidən çoxmənalı paylaşım: Dünyada istənilən raketləri dayandırmaq üçün...
Dünən, 09:43
İranın hücumundan sonra neft qiymətləri düşür
Dünən, 09:39
Azərbaycanda zəlzələ olub
Dünən, 09:35
“Danışılmış savaş” iddiası – Aradakı sekundantların Vaşinqton və Ankara olduğu deyilir
Dünən, 09:19
ABŞ Rusiya və Çinin ortaq qatılacağı savaşdan çəkinir: Ağ Ev Yaxın Şərqdə yeni "qırmızı cizgiləri" təyin etdi