Masallıda vətəndaşı kimlər incidir? - GİLEY
Bolge
Oxunub: 701
27 may 2019 | 20:49
Masallıda vətəndaşı kimlər incidir? - GİLEY













Masallı rayonu Şıxlar kəndi sakini Səmədov Alı Daxil oğlu ölkə başçısı İlham Əliyevə və Ədliyyə naziri Fikrət Məmmədova müraciət edib.

A. Səmədov üzləşdiyi qanun pozuntularından, əmlakının əlindən alınmasından və məhkəmə ədalətsizliyindən şikayətlənir.

O, Arqument.Az-a deyib ki, ona məxsus 1,32 ha payıbəlli torpaq sahəsi başqası tərəfindən mənimsənilib: "1997-ci ildə torpaq islahatları zamanı mən və ailə üzvlərimə 1,32 ha torpaq sahəsi düşüb. 2000-2005-ci illərdə Rusiyada yaşamışam. Mənə və ailə üzvlərimə məxsus torpaqdan qardaşım Səmədov Rəhman istifadə edib. Özünün payıbəlli torpağı olmasına baxmayaraq, sonradan bu torpağı məndən istəyib. Mübahisəmizi Masallı Rayon Məhkəməsi araşdırıb, ekspertiza rəyi ilə onun təqdim etdiyi dövlət torpaq aktının saxtalaşdırıldığı məlum olub və mənim xeyrimə qərar çıxarıb".

Masallı sakini deyib ki, Şirvan Apelyasiya məhkəməsi onun işi ilə bağlı saxtalaşdırmış sənədləri nəzərə almayıb və ədalətsiz qərar çıxarıb: "Masallı Rayon Məhkəməsinin qərarından sonra qardaşım apelyasiya şikayəti verib. İlk məhkəmə iclasında etiraf edib ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsində saxtalaşdırılıb. Növbəti məhkəmə prosesi zamanı hakim Müşviq Həsənov heç nə olmayıbmış kimi heç bir sübuta, dəlilə ehtiyac görmədən Masallı Məhkəməsinin qərarını ləğv edib".

A. Səmədov ölkə başçısına və Ədliyyə nazirinə də müraciət edib: "Mən ölkə başçısına müraciət edirəm: məhkəmə islahatlarını tezləşdirin, yoxsa Müşviq Həsənov kimi hakimlər mənim kimi neçə-neçə insanın evini yıxıb, torpağını əlindən alıb imkanlı, pullu birisinə verəcək. Mən Ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlayıram ki, məhkəmələrin belə ədalətsiz qərar çıxarmasına münasibət bildirsin".
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...