Sumqayıt məktəblərində şagirdlərdən Təhsil Şöbəsinin adı ilə “kraska”,gündəlik pulu yığılır - Məcburən
Bolge
Oxunub: 1 122
1 in 2019 | 21:21
Sumqayıt məktəblərində şagirdlərdən Təhsil Şöbəsinin adı ilə “kraska”,gündəlik pulu yığılır - Məcburən















"Mətbuatda Sumqayıt məktəblərində başqa verən qanunsuzluqlara barədə məlumatlara da tez-tez rast olunur. Məlum olduğu kimi bu gün şəhər və rayonlarımızın orta məktəblərində müxəlif səbəb və bəhanələrlə mütəmadi olaraq külli miqdarda vəsaitlərin yığılması ümumilikdə ölkənin təhsil sisemini inkişafa aparan yolda əsas maneələrdən biri olaraq qalmaqdaır. Bu xüsusda neqativ hallar bu gün Sumqayıt şəhərinin də bir çox orta məktəblərində müşahidə olunmaqdadır. Etiraf etmək lazımdır ki, bu gün məhz orta tədris müəssisələrində rüşvətxorluq və korrupsiya hallarının daha dərindən kök atması və daha uzun müddət tam cəzasızlıq şəraitində təzahür etməsi üçün hələ də çox əlverişli mühit mövcuddur". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir. Daha sonra bildirilir:

"Bildiyiniz kimi ümumi təhsil müəssisələrində, ümumiyyətlə, hər hansı bir məqsəd üçün pul yığılması Təhsil Nazirliyi tərəfindən qəti qadağan olunub. Təhsil naziri Ceyhun Bayramov hər hansı bir məktəbdə belə bir halın baş verdiyi sübuta yetirildiyi təqdirdə müvafiq şəxslər barədə ciddi tədbir görüləcəyini dəfələrlə bəyan edib.Dəfələrlə Təhsil Nazirliyi orta məktəblərdə qanunsuz olaraq hər hansı bir pul yığan müəllimləri cəzalandıracağını rəsmən vurğulayıb.

Amma nə fayda?! Sumqayıtda orta məktəblərin əksəriyyətində şagirdlərdən min cür adla pul yığılması adi bir hala çevrilib və görünən odur ki,heç kim də cəzalanmır və Təhsil Nazirliyinin tətbiq etdiyi qaydaların heç biri Sumqayıt məktəblərində işləmir. Təsəvvür edin ki, ilin sonunda belə Sumqayıtda direktor müəllimləri məcbur edir ki, şagirdlərdən hər uşaqdan 5-6 manat“kraska pulu”,gündəlik pulu üçün isə 2 manat pul yığsınlar.

Sumqayıtda uşaqlardan pul yığmaq sarıdan ən fəal məktəblər sırasında isə 28,24,33,34,26,27,15 nömrəli ,hətta "İstedad" liseyini və digər məktəbləri misal göstərmək olar.

Ən azından təhsil müəssisələrində uşaqlardan könüllü belə yox məcburi olaraq pul yığmaq,məktəbi marketə çevirmək ayıb deyilmi?!

Bildirlir ki,dövlət tərəfindən məktəblərin xərcləri üçün kifayət qədər vəsait ayrılsa da bu yüksək səviyyəli məmurlar tərəfindən yeyilir. Yoxsa uşaqlardan məktəbin təmiri üçün “kraska” puluna nə ehtiyac var?!

Bu da gəlib sonda uşaqların ,onların valideyinlərinin başında çatdayır.Bazar açılan yerdə isə hansı təhsildən,tərbiyədən, dərs davamiyyətdən, sağlam nəslin yetişdiliməsindən söhbət gedə bilər?!

Bildirlir ki,məktəb diretektorlarını bunu etməyə Sumqayıt Təhsil Şöbəsi məcbur edir.

İl boyu da Sumqayıt məktəblərində Fond pulu, süpürgə pulu, bilet pulu, şəkil pulu, hansısa tədbirlər üçün pul yığılması adi haldır.

Maraqlıdır, təhsil naziri Ceyhun Bayramov qərar verib ki, orta məktəblərdə pul yığılmasının qarşısı qətiyyətlə alınmalıdır,amma Sumqayıt məktəblərində direktorlar qanunlara rahatca və cəzasız məhəl qoymur.

Bir çox hallarda isə sinif rəhbərlərinin Valideyn Komitəsinin əli ilə pul yığımını həyata keçirən məktəb direktorları hər ay pul yığmağa bir bəhanə tapırlar.

Qanunsuz pul yığımı valideynləri boğaza yığsa da çoxu şikayət etmir.Çünki problemlə qarşılacaqlarından,bunun onlara başağrı gətirəcəyindən təzyiqə məruz qalmalarından ehtiyac edirlər. Valideynlərin əksəriyyəti uşaqları məktəbdə utanmasınlar deyə, “müəllim uşaqları gözüm-çıxdıya salacaq,cəhənnəmə verim“düşünüb çox vaxt pul yığımına susurlar.

Direktorlar elə ki, narazılıq edən valideynlərin şikayəti ilə üzləşir, müəllimləri qabağa verirlər. Buna görə müəllimlərə valideynlər üz-göz olurlar.

Təhsil Nazirliyi Sumqayıtda adıçəkilən bu məktəblərin fəaliyyətinin təftiş etmək istəsə, ciddi qanun pozuntuları aşkarlana bilər,cəzalanmalı çox direktor olar.Təbii ki,istəsə...

Əlbəttə Sumqayı məktəblərindəki direktorlar ittihamlara cavab olaraq,özlərini təmiə çıxardaraq deyəcək ki, “yox onlarda pul yığılmır,belə şey ümumiyyətlə ola bilməz “,amma təbii ki,onlar deməyəcək ki,”pul yığırıq əcəb edirik”.

Bunun üçün hüquq-mühafizə orqanları ,prokuroqlur,axır-əvvəl Təhsil Nazirliyi var axı...

Direktorlar çəkinmədən hətta Təhsil Nazirliyinin adından istifadə edərək onun adından pul yığmaqla məktəbdə bazar açırlar.

Bir çox məktəblər məhz bu səbəbdən kamera ilə təchiz olunmur.

Sumqayıt məktəblərində baş verən bütün bütün bu qanunsuzluqlar savadlı nəslinin yetişməsinə nəinki mane olur, genofondu məhv etmək,mənəviyyata zərbə deməkdir.

Təhsil naziri Ceyhun Bayramov ,Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Arzu Şirxan qızı Alızadə imkan varsa bu məsələni araşdırsanlar və uşaqlardan “kraska” pulu,gündəlik pulu bə yüzlər “nəsəpulu” yığımını dayandırılmasına,bu qanunsuzluğu edənlərin cəzalanmasına göstəriş versinlər.

Maraq üçün onu da demək lazımdır ,məktəb gündəyini hər bir kəs gedib özü gələn dərs sezonunda və ya məktəb sezonu qurtaranda ala bilər.Özü də istədiyi qiymətə ,istədiyi yerdən,istədiyi cürə.Niyə valideyinlər gündəliyin mütləq məktəbdən alınmasına məcbur edilməlidirlər?!Əgər bir məktəbdə 1000 nəfərdən çox şagirdin təhsil almasını nəzərə alsaq “kraska pulu” (1000×5 = 5000 manat ) və gündəlik pulundan (1000× 2=2000 manat )təkcə,hələ o biriləri demirik,7 min manat yığılır ki,bunun da böyük hissəsi xeyirdir.Siz indi təsəvvür edin ki,Sumqayıtda 50 ümumtəhsil məktəb var və bu məktəblərdə dövriyyədə nə qədər pul-100 min manatlarla məbləğində qanunsuz pul dövr edir...

21-ci əsrdə Azərbaycan məktəblərində belə şeylərin baş verməsi biabırçılıqdır ki,bunların qarşısı alınmalıdır".

Dia.az olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ