Özünə qarşı yeni cəbhə açıb... - Çəkişmə
Bolge
Oxunub: 711
6 in 2019 | 19:00
Özünə qarşı yeni cəbhə açıb... - Çəkişmə














Son aylarda Beyləqan rayonunda iki sahibkar bazar müdiri – Xaqani Əhmədovla Vahid Abdullayev arasında yaranmış ərazi davasında icra başçısı Asif Ağayevin adı hallanır. Mətbuatda daha çox bazar müdiri Xaqani Əhmədovun və yaxınlarının adından rayon icra başçısı Asif Ağayevin “Beyləqanın yeni icra başçısı Heydər Əliyev parkını hissə-hissə satır” başlıqlı xəbərlər daha çox diqqət çəkir.
Rayon bazarının müdiri Xaqani Əhmədovun sahibkar Vahid Abdullayevlə olan probleminə icra başçısı Asif Ağayevi qatması isə sabiq başçı oğlunun qərzli olduğundan xəbər verir. Çünki Xaqani Əhmədov yaxşı bilir ki, sahibkar Vahid Abdullayevə verilən ərazi Asif Ağayevin dövründə deyil, onun sələfi Vaqif Abdullayevin vaxtında verilib və sənədləşdirilib. Beyləqan bazarının müdiri isə bütün bunları bilə-bilə, nədənsə hazırkı icra başçısına qarşı media vasitəsi ilə saxta şikayətçilər adı altına “səlib yürüşü”nə başlayıb.
Saytımıza məlumat verən rayon sakinləri bildirir ki, Xaqani Əhmədov Vahid Abdullayevin icra başçısı tərəfindən dəstəkləndiyini düşünürsə, yalnışlığa yol verir. Çünki Asif Ağayev indi Beyləqan şəhər və kəndlərinin quruculuğu, abadlaşdırılması kimi mühüm işlərlə məşğuldur: “Ataları Xasay Əhmədovun vaxtı ilə rayon icra başçısı statusundan sui-istifadə edərək Kolxoz bazarını su qiymətinə satın alan Əhmədovlar isə özlərinin qaranlıq işlərindən əl çəkmirlər. Media üzərindən icra başçısını şantaj edən Xaqani Əhmədov nədənsə səhmdarı olduğu Kolxoz bazarındakı ciddi problemləri görmür və yaxud görməməzlikdən gəlir. Bu gün Beyləqan şəhər mərkəzində fəaliyyət göstərən Kolxoz bazarında anti-sanitariyadan tutmuş, kiçik sahibkarların incildilməsi, yer haqqlarının baha olması və s. çoxlu sayda problemlər mövcuddur. Bazarda sadaladığımız bu problemlər illərdir həll olunmamış qalır və nədənsə Xaqani Əhmədov onları həll etmək istəyində deyil. Ən azından yerə asvalt döşətdirməklə qış aylarında yaranan biabırçı mənzərəni aradan qaldırmaq olar, amma Xaqani Əhmədov bunu belə etmək istəmir. Çünki hər zaman sakitliyi ilə seçilən beyləqanlılar Kolxoz bazarında baş verən ədalətsizliliyə hələ ki, səs çıxartmırlar. Bu amildən sui-istifadə edən bazar müdiri Xaqani Əhmədov aylıq arenda pulu adı ilə yığdığı “haqq”la böyük var dövlət sahibi olub. Biz heç Kolxoz bazar rəhbərliyinin dövlətə vergini necə ödəməsini, bazara aid olmayan ərazilərin qanunsuz zəbt edilərək hasara alınmasını demirik”.
Mövzuya qayıdacağıq…
AzFakt.comÖzünə qarşı yeni cəbhə açıb... - ÇəkişməÖzünə qarşı yeni cəbhə açıb... - Çəkişmə
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?