Şəkidə vətəndaşın başına necə oyun açdılar... - GİLEY
Bolge
Oxunub: 740
10 in 2019 | 20:30
Şəkidə vətəndaşın başına necə oyun açdılar... - GİLEY













Şəki rayonun Baş Göynük kənd sakini Mustafayev Mehman Əzim oğlu tərəfindən bir sıra dövlət qurumlarının başçılarına şikayət ərizəsi ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Qonşum Babayev İsmayıl Qurban oğlu mənə məxsus pay torpağımın ona verilməsilə bağlı mənə qarşı 2018-ci ildə qaldırdığı iddia Şəki Rayon Məhkəməsində sədrlik edən hakim K.Süleymanov tərəfindən baxılmış və iddiaçıya izah olunmuşdur ki, cavabdeh Mehman Mustafayevə verilmiş mübahisəli torpağın çıxarışıilə bağlı Şəki İnzibati-İqtisad məhkəməsinə müraciət edə bilər. lakin iddiaçı İ.Babayev 2018-ci ilin 21 oktyabrında mənə DƏDRX-nin Şəki Ərazi idarəsi tərəfindən verilmiş çıxarışla razılaşmayaraq 19 yanvar 2019-cu ildə mübahisələndirilən eyni yerə ikinci dəfə saxta çıxarış aldıqdan dərhal sonra yenidən məni Şəki rayon Məhkəməsinə cavabdeh kimi cəlb etmişdir. Çox qəribə də olsa iddia hakim Pərviz Həsənov tərəfindən icraata götürülmüş və DƏDRX-nin Şəki Reyestr Xidməti tərəfindən mübahisələndirilən 0.4 ha torpaq sahəsinə hər iki tərəfin adına çıxarış verdiyinə görə hakim məcbur olub məsələyə ekspert rəyi verilməsi üçün Ədliyyə Nazirliyinin tikinti-texniki ekspertizasına göndərilməsi barədə bu ilin aprelində qəradad qəbul etmişdir. Eyni zamanda hakim həmin gün mübahisələndirilən yerə baxış da keçirmişdir.

Çox təəssüflər olsun ki, 1 iyun 2019-cu ildə (həftənin 6-cı günü) DƏDRX-nin Şəki Ərazi idarəsinin əməkdaşları Əhməd və Etibar adlı şəxslər əvvəlcə mənə zəng edərək mübahisələndirilən yerə gəlməyi və İ.Babayevin Kərəm Həsənova yazdığı şikayət məktubunu yerində araşdıracaqlarını bildirmişlər. Mən xatırlatdım ki, axı iş məhkəmə icraatında olduğu bir vaxtda və ekspert rəyi məhkəməyə təqdim edilmədən nəyə görə sahəyə gəlməliyəm? Etibar dedi ki, özün bilərsən. Sabahı günü yerə baxmağa gedərkən gözlərimə inanmadım. Iddiaçı İ.Babayev məhkəmə ekspert rəyini və məhkəmə qərarını gözləmədən mübahisəli yerin dörd tərəfini payalarla və tikanlı məftillərlə bərkidərək mübahisəli yeri zəbt etmişdir. DƏDRX-nin Etibar adlı əməkdaşı da bu prosesdə iştirak etmiş və icazə vermişdir ki, öz şəxsi yeri kimi kənarını təcili olaraq bərkidə bilər. sadə məntiqlə düşünəndə DƏDRX-nin Şəki Ərazi İdarəsi əməkdaşları Kərəm Həsənova yazılmış məktub əsasında məhkəmə qərarını və ekspertizanın rəyini gözləmədən yol verdikləri özbaşnalıqları o deməkdir ki, iddiaçı- şikayətçi İ.Babayev DƏDRX-nin Şəki Ərazi İdarəsindən tələb etmişdir ki, (məhkəmədə iddiası təmin olunmayacağına əmin olduğuna görə) ya verdiyi 5000 manat rüşvəti qaytarsınlar, ya da dərhal yerini tanıtsınlar. DƏDRX-nin Şəki Ərazi İdarəsi də təbii ki, yuxarı instansiyasına göndərdiyi rüşvətin geri qaytarılmasının mümkün olmadığını dərk edib və məcbur olublar ki, Şəki Rayon Məhkəməsinin ekspertizanın keçirilmə müddətində torpaq üzərində hər hansı hərəkətin qadağan olunmasına baxmayaraq DƏDRX yerli əməkdaşları səlahiyyət hədlərini aşaraq məhkəmə qərarına əhəmiyyət verməmiş, və aldıqları rüşvətin əvəzinə özbaşnalıq edərək mübahisəli torpağı İ.Babayevə təhvil-təslim edib əsassız AKT tərtib edib Kərəm Həsənova göndərmişlər. Baxın, DƏDRX-nın simasız rüşvətxorlarının məhkəməyə qarşı göstərdikləri bu sayğısızlığı və özbaşnalığı nə adlandırmaq olar? Nəyə görə ilk olaraq mübahisəli ərazinin çıxarışı mənə veriləndən 3 ay sonra DƏDRX tərəfindən iddiaçıya da çıxarış verilir? Belə bir özbaşnalıq dünyanın hansı olkəsində ola bilər? heç birində. Belə olmasaydı Komitə sədri Kərəm Həsənov Bakının mərkəzində 10 sot torpaq içərisində “Yeganə” şadlıq Evilə Daxili Qoşunların Baş İdarəsi arasında öz oğluna dəyəri 6 milyon manat olan ağ aqlay və mərmərdən tikilmiş “Qış sarayı”nın bənzəri olan villanı necə hədiyyə edə bilərdi??? Təbii ki, ismayıl babayevlərin verdikləri rüşvətlər hesabına. Yoxsa ki, Komitə sədri dövlətdən aldığı 1500 manat məvaciblə “əmlaklar kralı” ola bilməzdi.

Çoxhörmətli Prezident! Mən çox təəssüf edirəm ki, Əmlak Məsələləri Dövlət Komitəsi aşınmanın son həddindədir və iş o yerə çatıb ki, DƏDRX əməkdaşları öz maddi maraqlarını təmin etmək üçün hətta məhkəmə qərarlarına açıq-aşkar sayğısızlıq göstərməkdən belə çəkinmirlər. Odur ki, Sizdən artıq dərəcədə xahiş edirəm ki, Azərbaycanda Məhkəmə qərarlarına açıq-aşkar meydan oxumağa cürət edən DƏDRX-nin Şəki Ərazi İdarəsi əməkdaşlarının törətdikləri korrupsiya əməllərinə hüquqi qiymət verilməsi üçün aidiyyatı orqanlara göstəriş verməyinizi və belə bir ziyanlı ənənənənin qarşısının dərhal alınması üçün lazımi tapşırıqlar verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm".

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Bu gün, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Bu gün, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Bu gün, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Bu gün, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB