Azərbaycan səhiyyəsində növbəti qalmaqal - Xəstə əməliyyat zamanı hepatitə yoluxub
Bolge
Oxunub: 637
15 in 2019 | 16:30
Azərbaycan səhiyyəsində növbəti qalmaqal - Xəstə əməliyyat zamanı hepatitə yoluxub












Azərbaycan səhiyyəsində növbəti qalmaqallı hadisə ortaya çıxıb. Həkim səhlənkarlığının növbəti qurbanı Qazax rayonu, Aslanbəyli kənd sakini Həsənova Əfsanə Osman qızı olub.
Belə ki, üç uşaq anası olan Əfsanə xanım, bu il yanvarın 22-də adıçəkilən rayonun Müalicə-Diaqnostika Mərkəzində əməliyyat olunub və öd kisəsi götürülüb.
Bundan bir gün əvvəl, yəni yanvar ayının 21-də müayinədən keçirilən xəstənin bu məqsədlə təcili əməliyyat edilməli olduğu bildirilib. Lakin həmin müayinə zaman onda hər hansı başqa bir xəstəliyin və ya infeksiyanın olması aşkar edilməyib. Ertəsi gün baş tutan əməliyyatı xəstəxananın həkimi Cəbrayıl Vəlizadə həyata keçirib.
Ə.Həsənova qaynarinfo.az saytına ünvanladığı şikayət məktubunda bildirib ki, əməliyyatın üstündən bir qədər keçdikdən sonra onun səhhəti yenidən pisləşib. O, martın 11-də Müalicə-Diaqnostika Xəstəxanasında yenidən müayinə olunub və hepatitə yoluxduğu aşkarlanıb.
Xəstənin yaxınları onu təcili Bakı şəhərinə gətiriblər və martın 12-də Ə.Həsənova paytaxtdakı Mərkəzi Kliniki Xəstəxanada təkrar müayinədən keçirilib. Müayinə zamanı onun hepatitə yoluxduğu təsdiqlənib.
“Bizə bildirildi ki, yoluxma faktı yenidir və böyük ehtimalla Qazaxda Cəbrayıl həkimin həyata keçirdiyi əməliyyat zamanı baş verib. Sonradan bunu əməliyyat edən həkim Cəbrayıl Vəlizadə də özü də bizimlə söhbətində təsdiqlədi. Dedi ki, xəstəxanada cərrahi ləvazimatların təmizliyini təmin etmək üçün vacib olan maddələr yoxdur, həmin maddələrin alınması üçün dəfələrlə baş həkim Kamandar İbrahimova müraciət edib, ancaq heç bir nəticəsi olmayıb. Cəbrayıl həkim hətta onu da dedi ki, “əgər mənə inanmırsınızsa, gedək, Kamandar müəllimin özündən soruşun”. Bu biabırçılıqdır” – deyə şikayətçi bildirib.
Onun sözlərinə görə, xəstənin vəziyyətinin stabilləşməsi yalnız uzun sürən və kifayət qədər bahalı müalicədən sonra mümkün olub. Nəticədə ailə gənc ananın həyatına yaranmış təhlükəni aradan qaldırmaq üçün bütün maddi imkanlarını səfərbər edib, üstəlik, ağır stress, psixoloji gərginlik yaşamalı olub: “Mənim, yaxınlarımın, balalarımın hansı hisslər keçirdiyimi təsəvvür edə bilməzsiniz. Onlar həyatıma yaranan bu təhlükədən sonra gecə-gündüz yata bilmirdilər, səksəkə içində idilər. İndi biz tələb edirik ki, məni ağır xəstəliyə düçar edənlər, heç olmasa, müalicə xərclərini ödəsinlər, mən heç mənəvi təzminatdan danışmıram. Bu həm bizim haqlı istəyimizdir, kimlərinsə səhlənkarlığına görə niyə indiki çətin iqtisadi şəraitdə bir ailə vardan-yoxdan çıxmalıdır, həm də qoy bu, insanların taleyi ilə, sağlamlığı ilə çox rahatlıqla oynayanlara dərs olsun, bilsinlər ki, məsuliyyətdən asanca yayına bilməzlər”.
“Həkim Cəbrayıl Vəlizadənin və Kamandar İbrahimovun işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaları ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmaları üçün Səhiyyə Nazirliyinə də, hüquq-mühafizə orqanlarına da, məhkəməyə də müraciət edəcəyəm. Əminəm ki, şikayətim diqqətlə, obyektiv şəkildə araşdırılacaq. Əks halda ölkə rəhbərliyinə üz tutacağam” – deyə şikayətçi əlavə edib.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...