Yevlaxda şantajçı müəllimə həbs olundu
Bolge
Oxunub: 3 188
8 in 2015 | 15:30
Yevlaxda şantajçı müəllimə həbs olundu
















Sən demə “xanım” müəllimə bəzi vəzifə sahiblərinə qənim kəsilməklə, daha çox var-dövlətə sahib olmaq niyyətində imiş

Bir müddət bundan əvvəl üzləşdiyimiz olayın hansı nəticə verəcəyini əvvəlcədən bilsəydik, yəqin ki, o halda vaxtında qabaqlayıcı tədbirlər də görərdik. Amma, keçmiş olsun deyək! Nə biləydik ki, Yevlax şəhər sakini Vidadi Nurəddinov adlı müəllimin ailəsində anadan olan Aysel “xanım,” şəhər 2 saylı məktəbində müəlliməlik fəaliyyəti ilə məşğul olmaqla bərabər, həm də bəzi vəzifə sahiblərindən pul qopartmağın müqabilində, onlara arabir “qənim” də kəsiləcək.

Ümumiyyətlə, əldə etdiyimiz məlumatlarda bildirilir ki, ali təhsilli Aysel “xanım” çalışdığı təhsil ocağında ingilis dili fənnindən dərs keçməklə bərabər, deyəsən dövlətdən aldığı əmək haqqı onu qane etmədiyindən, hətta dərs saatlarından əlavə şagird hazırlığı ilə də məşğul olurmuş. Və belə bir təminolunmalara baxmayaraq iştahasını cilovlamağı bacara bilməyən “xanım” müəllimə, sən demə son vaxtlar daha asan qazanc əldə etməyin başqa bir yolunu da tapıbmış. Həmin yol arabir ona qazanc gətirsə də, çox keçmədi ki, elə Aysel “xanım”ın özü qurduğu “oyun” qaydalarının qurbanı oldu.

Əvvəla onu qeyd edək ki, Yevlax şəhərinin Qaraoğlan kəndində anadan olan Aysel “xanım”ın atdığı addımları analiz etdikcə bəlli olur ki, onun qol qoyduğu əməllər nə Azərbaycan qadınının, nə Azərbaycan ziyalısının, nə də ki, adicə sadə bir vətəndaşın adına yazılası hal belə deyil. Yəni, bəzi vəzifə sahiblərini “şantaj” etməklə pul qazanan ziyalı qadının əməllərinə necə haqq qazandırmaq olar? Yəqin ki, bu haqda sorğu keçirilərsə sorğuda iştirak edən respodentlərin tam əksəriyyəti, geniş ictimaiyyət yalnız və yalnız qadın müəllimənin lənətlənməsinə qərar verərlər.

Gələcəyimiz hesab etdiyimiz gənclərə ingilis dilindən dərs keçən, onların təlim-tərbiyəsində müəyyən mənada iştirak edən, formalaşmalarında az-çox zəhməti olan Aysel “xanım,” sən demə “filan vəzifə sahibi mənimlə “görüşmək” üçün, məni filankəsin kafesinə dəvət etdi” deməklə, həmin şəxslərin gizli çəklişini və gizli səsyazmasını, çox zaman bir çox KİV nümayəndələrinə də ötürməkdən belə çəkinmirmiş. Bəlkə də o, həmin vaxt belə bir gizli çəklişləri və gizli səsyazmaları KİV nümayəndələrinə təqdim edərkən, onların vəzifə borcunun nələrdən ibarət olduğunu lazımınca dərk etmirmiş. Odur ki, bilib dərk etmək lazımdır ki, media təmsilçiləri qəbul olunmuş qanunla cəmiyyət həyatında baş verən sosial-iqtisadi, siyasi yönümlü məlumatları əldə etmək, yaymaq və.s kimi hüquqlara malikdirlər. Bu belə olduğu halda, bir neçə vəzifə sahibləri ilə bağlı həyata keçirdiyi gizli çəklişləri və gizli səsyazılarını “Azərbaycan İnformasiya Agentliyi”nin Mərkəzi Aran zonası üzrə bölgə müxbirinə təqdim edən Aysel “xanım” çox keçmir ki, onu da “şantaj” etməkdən belə çəkinmir. “Amma sən saydığını say, gör fələk nə sayır” deyimi, Aysel “xanım”ın başı üzərində qara bulud tək dolanır və çox keçmir ki, elə onu öz əməllərinin qurbanına da çevirir.

Diqqəti cəlb edən hal odur ki, əksər yaraşıqlı qadınlara məxsus göstəriciləri özündə cəmləşdirən “xanım” müəllimə, çox zaman bəzi vəzifə sahiblərini “ovsunlaya” bilib və hətta “şeytan libası”na girməklə, pul əldə etməyin müqabilində onları “yolundan” da çıxara bilir. Məsələn, onun belə bir addımı ilə üz-üzə qalan və hələlik adının çəkilməsini istəmədiyimiz vəzifə sahiblərindən biri də, Yevlax şəhər mühafizə polisində çalışan polis serjantı olur. Təəccüb doğuran hal odur ki, telefon danışıqları zamanı polis serjantının, onu “görüşə” dəvət etməsi üçün dəridən-qabıqdan çıxan Aysel “xanım,” sonradan həyata keçirdiyi gizli çəklişi və səsyazısını, ilk öncə “Azərbaycan İnformasiya Agentliyi”nin Mərkəzi Aran zonası üzrə bölgə müxbiri Mübariz Nağıyevə təqdim edir ki, toplanmış materialları aidiyyəti qurumların və geniş ictimaiyyətin diqqətinə çatdırsın. Həmin an bölgə müxbiri təqdim olunmuş olayların araşdırılması üçün bir qədər zamana ehtiyac olduğunu söylədikdə, “xanım” müəllimə dərhal onu “şantaj” etməkdən belə çəkinmir və bildirir ki, “demək sən qarşı tərəfdən “haqq-hesab” almısan” deyir. Hətta, bu azmış kimi o, DİN-nin 102 qaynar xəttinə zəng edib onu da bildirir ki, “polis əməkdaşınız məni cinsi zoraklığa məruz qoymaq istədi” deyə, şikayətini də ünvanlayır. Elə ki, daxil olmuş şikayət üzrə Yevlax şəhər Polis Şöbəsində

lazımi araşdırma aparılır, bu zaman “xanım” müəllimənin iç üzü aşkara çıxır və hər kəsə bəlli olur ki, onun məqsədi yalnız və yalnız bəzi vəzifə sahiblərini şantaj edib qazanc əldə etməkdir.

Bəli, bu gün heç kəs cəzasız qalmır və hər kəs də tutduğu əməllərə görə lazımımınca cəzalandırılır. Bu sırada Aysel “xanım”ın da öz payı oldu ki, o da tutduğu əməllərə görə 29 may 2015-ci il tarixdə Yevlax şəhər Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbsqətiimkan tədbiri ilə cəzalandırıldı. Bu gün Gəncə İstintaq Təcridxanasında cəzasını çəkən Aysel “xanım,” bəlkə də tutduğu əməllər haqda düşünür, günlər keçdikcə səhv etdiyini yavaş-yavaş başa da düşür. Amma, onun Vidadi Nurəddinov adlı və soyadlı ziyalı atasının danışdıqlarını analiz etdikcə, bir çox düşündürücü məqamlar ortaya çıxır. Yəni, belə bir övladın ona üzqaralığı gətirdiyini bilib peşman olmaq əvəzinə, Vidadi Nurəddinovun 31 may 2015-ci il tarixdə, saat 18-29 dəqiqədə “Azərbaycan İnformasiya Agentliyi”nin rəhbərinə (050)545-89-96 nömrəli mobil telefonla zəng edib hədə-qorxu gəlməsi, hələ də heç cür başadüşülən hal deyil. Valideyin olmaqdan əlavə, həm də müəllim olasan və belə bir əməl sahibi olan övladın əməllərinə haqq qazandırasan, o halda belə bir halın varlığı hər kəsi düşündürməsin neynəsin?

Problemin varlığını diqqətdə saxlayacağıq.

“Azərinfo.az”
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ