21-06-2019, 20:19 Oxunub: 459

Təzə icra başçısı da gəncəliləri dinləmir... - Müraciət

Təzə icra başçısı da gəncəliləri dinləmir... - Müraciət













Gəncənin ilk şəhidi Bəxtiyar Əliyevin adını daşıyan küçənin sakinləri yolsuzluqdan əziyyət çəkirlər. DİA.AZ-a daxil olan müraciətdə bildirilir ki, bərbad yollar sakinləri təngə gətirib.

Sakinlər qeyd edirlər ki, dəfələrlə yerli icra hakimiyyətinə müraciət etsələr də, onları dinləyən yoxdur, hətta başçının qəbuluna da düşmək istəkləri alınmayıb: "Ən çox əziyyət çəkənlər isə məktəblilərdir. Yollar yararsız olduğundan, onlar məktəbə gedib-gəlməkdə çətinlik çəkirlər".

Əraziyə işləyən 25 nömrəli marşrut avtobusunun sürücüsü isə deyir ki, tez-tez avtomobil ustalarına müraciət etməli olurlar.

Sakinlərin sözlərinə görə, yağışlı havalarda o qədər palçıq olur ki, yollar keçilməz hala gəlir. Bəs görəsən, sakinlərin bu problemlərinə nə vaxt əncam çəkiləcək? Bəxtiyar Əliyev küçəsi, 1-ci döngədə yaşayan sakinlərin sözlərinə görə, onlar şəhərdə aparılan təmir işləri çərçivəsində sözügedən ərazinin problemlərinin də öz həllini tapacağına ümid edirlər.

Dia.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...
Asif Ağayev sakinləri dinləmir... - GİLEY Asif Ağayev sakinləri dinləmir... - GİLEY Bolge Ağstafanın icra başçısı buraları görmür? - GİLEY Ağstafanın icra başçısı buraları görmür? - GİLEY Bolge Göyçay sakinlərinin yolsuzluq dərdi - FOTOLAR Göyçay sakinlərinin yolsuzluq dərdi - FOTOLAR Bolge Yasamalın başçısı ilə deputatı Alatavanı Suriyaya “çevirib” Yasamalın başçısı ilə deputatı Alatavanı Suriyaya “çevirib” Gundem Camaat palçığa batır Camaat palçığa batır Sosial