Lələtəpə döyüşçüsünə qarşı haqsızlıq... - GİLEY
Bolge
Oxunub: 821
1 iy 2019 | 18:22
Lələtəpə döyüşçüsünə qarşı haqsızlıq... - GİLEY













Qax rayon, Güllük kəndində yaşayan, 2-ci qrup hərbi əlil Osmanlı Altunay Sərvər oğlu Prezident İlhamƏliyevəşikayət ünvanlayıb. Bir nüsxəsi DİA.AZ-adaxil olan müraciətdədeyilir:

"Bildirmək istəyirəm ki, Müdafiə Nazirliyinin tərkibində 02 oktyabr 2010-cu ildən 01 aprel 2012-ci ilədək 191 saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuşam, 07 mart 2014-cü ildən 27 oktyabr 2017-ci ilədək 006 saylı hərbi hissədə xidmət etmişəm.

2016-cı ilin aprel ayında Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda “Lələ-Təpə” istiqamətində döyüşlərdə iştirak edmişəm.

Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərdən sonra səhətimdə ağrılar əmələ gəlməyə başladı, həmin vaxtdan etibarən mən uzun müddət müayinə və müalicələrdə oldum, belə ki, Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında 25.05.2017-ci il tarixdən 30.05.2017-ci il tarixədək müayinədə, 30.06.2017-ci il tarixdən 06.07.2017-ci il tarixədək müalicədə, 13.07.2017-ci il tarixdən 20.07.2017-ci il tarixədək müayinədə olmuşam, əlavə bir neçə dəfə xəstəxanalarda müalicə olunmuşam, axrıncı dəfə Qax rayon Mərkəzi Xəstəxanasında 25.09.2018-ci il tarixdən 16.10.2018-ci il tarixədək müalicədə, 24.04.2019-cu il tarixdən 17.05.2019-cu il tarixədək müalicədə olmuşam və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə şəhadətləndirilmişəm.

17.10.2017-ci ildə ehtiyata buraxılmışam və uzun müddət müalicə və müayinələrdə olduğum üçün səhətimdə olan xəstəliklərlə bağlı 09.02.2018-ci ildə mənə 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar əlillik təyin edilmişdir.

Qeyd etmək istəyirəm ki, bununla əlaqədar olaraq 09.02.2018-ci ildə mənə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya xidmətinə müraciət etmişəm və mənə 09.02.2018-ci il tarixdən 09.02.2023-cü ilədək 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar əlillik təyin edildi.

Nəzərinizə çatdırmaq istəyirəm ki, mənə əlillik təyin olunan gündən etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən pensiya alırdım.

Lakin iyun 2019-cu ildə pensiya ödənilmədiyi üçün yenidən elektron sistemə baxış keçirən zaman mənə məlum oldu ki, əlilliyim əsassız olaraq ləğv edilmişdir.

Bu da hesab edirəm ki, Azərbaycan Respublikasının qanunlarına hörmətsizlikdir, qanunlarımızın aliliyinə ziddiyətli bir mövqedir, belə ki, 1-ci vətənim Azərbaycan Respublikasına hərbi xidməti zamanı səhətini itirən əlil xəstə insana qarşı haqsızlıqdır və ədalətsizlikdir, 2-ci isə “Sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 4.2-ci maddəsinə əsassən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir” qeyd etdiyim qanunun aliliyinə, tələblərinə və mənə qarşı ziddiyyətli bir mövqedir.

Belə ki, Səhiyyə Nazirliyi tərəfindən mənə əlilik təyin olunması üçün Forma 88 elektron sistemə daxil edilmiş və mənə 09.02.2023-cü ilədək 5 il müddətinə əlillik təyin edilmişdir.

Sizdən xahiş edirəm ki, yuxarıda qeyd etdiklərimi nəzərə alasınız, Azərbaycan Respublikasının qanunlarının aliliyinə hörmətlə yanaşasınız, Ali Baş Komandan cənab İlham Əliyevin biz hərbicilərə, xüsusəndə əlil hərbiçilərə qarşı həsas yanaşaraq qayğısından ibrət götürəsiniz və mənim 09.02.2018-ci il tarixdən 09.02.2023-cü ilədək 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar əlilliyimin elektron sistemdə bərpa edilməsinə köməkdarlıq edəsiniz.

Diqqətinizə görə Sizə öz minətdarlığımı bildirirəm".
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”