Gəncədə polis işçilərinin peşə bayramı qeyd olunub
Bolge
Oxunub: 757
4 iy 2019 | 14:22
Gəncədə polis işçilərinin peşə bayramı qeyd olunub













Gəncədə 2 iyul – Polis işçilərinin peşə bayramı günü qeyd olunub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov, Gəncə Şəhər Prokuroru Fazil Həsənəliyev, Dövlət Təhlükəsizlik Xidmətinin Gəncə Şəhər İdarəsinin rəisi Əli Əliyev, Gəncə Şəhər Hərbi Prokuroru Əmrah Mehdiyev, Gəncə Şəhər Baş Polis İdarəsinin şəxsi heyəti və veteran polislər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin Gəncənin Baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Daha sonra onlar Şəhidlər Xiyabanında olub, ötən il Gəncədə ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşısının alınması zamanı şəhid olmuş polis polkovniki İlqar Balakişiyevin və polis polkovnik-leytenantı Səməd Abbasovun, habelə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən igid oğulların məzarlarını ziyarət ediblər.

Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov şəxsi heyəti peşə bayramı münasibətilə təbrik edib. O bildirib ki, hüquq mühafizə sistemi müstəqil dövlətin ən böyük təsisatlarından biridir. Dövlət yalnız mükəmməl hüquqa əsaslananda güclü olur. Vətəndaş yalnız demokratik və ədalətli hüquqlarla əhatə ediləndə azad olur. Azərbaycanın dövlətçilik tarixində bu ənənələr daim əsas götürülüb. O qeyd edib ki, Azərbaycan polisi bu gün 101 yaşını qeyd edir. Bu çətin və bir o qədər də şərəfli peşənin sahibləri daim dövlət və dövlətçiliyə sədaqət nümayiş etdiriblər və bundan sonra da xalqın xidmətində olacaqlar.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov polis işçilərini peşə bayramları münasibətilə təbrik edib, onlara məsuliyyətli işlərində uğurlar arzulayıb. O qeyd edib ki, Ulu öndər Heydər Əliyev daim hüquq-mühafizə sisteminə xüsusi diqqət yetirib. Danılmaz faktdır ki, hüquq-mühafizə sistemində polisin rolu xüsusi əhəmiyyət kəsb edir. Niyazi Bayramov xalqın əminamanlığının keşiyində dayanan polislərə daim ayıq-sayıq olmağı, öz xidməti vəzifələrini vicdan və məsuliyyətlə yerinə yetirmələrini diləyib.

Gəncə Şəhər Prokuroru Fazil Həsənəliyev öz çıxışında vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycan polisinin xidməti və fəaliyyətinə yüksək dəyər verilir. O qeyd edib ki, Azərbaycan polisi Ümummilli lider Heydər Əliyevin dövlətçilik və müstəqillik, sabitlik və inkişaf ideyalarına sadiq olmalı, dövlətə və xalqa sədaqətlə xidmət etməlidir. Xalqın keşiyində dayanan polis elə xalq deməkdir. Fazil Həsənəliyev Gəncə Şəhər Baş Polis İdarəsinin şəxsi heyətinə cinayətkarlığa qarşı mübarizə sahəsində, hüquq qaydalarının və qanunun aliliyinin qorunması işində uğurlar arzu edib.

Tədbirdə veteran polislər, habelə şəhid olmuş polislərin ailə üzvləri çıxış edərək, bu şəfərli peşənin çətinliyi və məsuliyyətindən söz açıb, qanun keşikçilərini peşə bayramları münasibətilə təbrik ediblər.

Tədbirin sonunda Azərbaycan polisinin yaranmasının 101 illiyi münasibətilə Gəncə Şəhər Baş Polis İdarəsinin bir qrup üzvünə Daxili İşlər Nazirliyinin Fəxri fərman və mükafatları təqdim olunub.
Bu gün, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Bu gün, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Bu gün, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Bu gün, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Bu gün, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh