"İnsanların aqibəti ilə maraqlanmırlar..." - Siyəzəndə narazılıq
Bolge
Oxunub: 683
8 iy 2019 | 23:16
"İnsanların aqibəti ilə maraqlanmırlar..." - Siyəzəndə narazılıq













Vaxtilə “Si̇yəzənneft” Neft-qazçıxarma İdarəsinin balansında olan fəhlə yataqxanasının binasında məskunlaşan sakinlər narazıdır.

Onlar şikayət edirlər ki, hazırda Siyəzən Rayon İcra Hakimiyyətinin balansında olan binanın mavi qazını illər öncə kəsiblər. Sakinlər müvafiq qurumlara vəziyyətlə bağlı dəfələrlə müraciət etsələr də, heç bir nəticəsi olmayıb.

“Bu illər ərzində bizi dəfələrlə binadan çıxarmaq istəyiblər. Etirazımızı bildirmişik ki, əvvəlcə yaşamaq üçün bizi evlə təmin edin. Lakin sözümüzə əhəmiyyət verən olmayıb”, - yataqxana sakini Rəna Həmidova belə deyir:

“Çox ağır şəraitdə yaşayırıq, bina çox köhnədir, məcburiyyətdən burada qalırıq. Kimin imkanı varsa, mənzilində orta şərait yaradıb. Ayaqyolu ümumidir. Vəziyyət gündən-günə daha da pisləşir, anti-sanitariya baş alıb gedir. Bütün bunlara dözmək olar, heç olmasa, qazımızı bərpa etsinlər. Dəfələrlə aidiyyati qurumlara müraciət etmişik, lakin heç bir köməklik etmirlər”.

“Yaxşı olan odur ki, supulu vermirik”- bunu digər sakin Murad Məmmədov deyir və əlavə edir ki, əsas problemləri mavi qazın olmamasıdır:

“Qaz vermirlər, beş adamdan da birinin borcu olanda, gəlib hamının işığını kəsirlər. Uzun illərdir ki, yataqxanada dözülməz şəraitdə yaşayırıq, amma səsimizi çıxarmırıq. Çünki gedəcək yerimiz yoxdur. İnsanların aqibəti ilə maraqlanmırlar, antisanitariyadır, vərəmxanadır bura. Ayaqyolunu gördünüz, min cür xəstəlik tapmaq olar burada. Nevroz olmuşuq. Bir ara bizi çıxarmaq istəyirdilər. Deyirdilər ki, bina yenidən təmir-bərpa edilib, otel kimi istifadəyə veriləcək”.

Əntiqə Vəliyeva da giley-güzar edir. Deyir ki, qışda qazları olmur:

“Yayda da köhnə bina olduğuna görə bit-birənin əlindən tərpənmək olmur. Dərmanlamaqdan yorulmuşuq. Burada təxminən 15 ailə yaşayır. Hər ailədə də 3-4 uşaq var. Bina İcra Hakimiyyətinin balansına veriləndən sonra qazı kəsdilər. İşıqpulunu da çatdırmaq olmur. Dünyanın pulunu yazır. Uzun illərdir, binanı təmirə saxlayırlar, amma ortada heç bir nəticə yoxdur. Gətirib, sayğac quraşdırsınlar, biz də işlətdiyimiz qazın pulunu verək. Bununla bağlı dəfələrlə Siyəzən Rayon İcra Hakimiyyətinə müraciət etmişik, bizə qaz vermək istəmirlər. Bəhanələri də odur ki, bura təhlükəli yerdir”."İnsanların aqibəti ilə maraqlanmırlar..." - Siyəzəndə narazılıq"İnsanların aqibəti ilə maraqlanmırlar..." - Siyəzəndə narazılıq
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO