“Həmin sürücü barədə polisə dəfələrlə şikayət etmişdik...” - NAZİRLİK MASALLIDA QIRĞIN TÖRƏDƏN “MERCEDES VİTO” SÜRÜCÜSÜ HAQDA
Bolge
Oxunub: 657
9 iy 2019 | 17:19
“Həmin sürücü barədə polisə dəfələrlə şikayət etmişdik...” - NAZİRLİK MASALLIDA QIRĞIN TÖRƏDƏN “MERCEDES VİTO” SÜRÜCÜSÜ HAQDA

Bu gün iyulun 9-da Ələt-Astara magistral yolunun Masallı rayonunun Hüseynhacılı kəndi ərazisindən keçən hissəsində 8 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən dəhşətli yol qəzası törədən sürücü Nizami Mustafayev qeyri-leqal sərnişindaşıma ilə məşğul olub. Və yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna, qeyri-leqal sərnişindaşıma ilə məşğul olduğuna dair barəsində dəfələrlə polisə şikayət edilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bu haqda virtualaz.org-a bildirib.

N.Allahverdiyeva deyib ki, Bakı Beynəlxalq Avtovağazalından kənarda sərnişin daşıma ilə məşğul olan Nizami Mustafayevin barəsində məxsus Dövlət Yol Polisi tərəfindən dəfələrlə cəza tədbiri də görülüb. Amma buna baxmayaraq, sürücü qeyri-qanuni fəaliyyətini davam etdirib.

Onun sözlərinə görə, Dövlət Avtomobil Nəqliyyatı Xidməti qanuni daşımalarla bağlı məsul qurumdur, qurumun qeyri-qanuni daşımalarla bağlı hər hansı qanunvericilikdə nəzərdə tutulan cəza tədbiri görmək ixtiyarı yoxdur. Amma dəfələrlə DYP-yə qanunsuz fəaliyyət göstərən daşıyıcılarla bağlı məlumat verilib.

“Dəfələrlə Dövlət Yol Polisi ilə birgə yay mövsümü gələndən xüsusilə gücləndirilmiş rejimdə regionlarda iş görmüşük. Sərnişinlərə də dəfələrlə deyilib ki, avtovağzaldan kənarda sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələrinə minməsinlər. Təəssüflər olsun ki, bu cür “Vito”ları qeyri-qanuni daşımaları icra edən daşıyıcılar gətirirlər və onlarda guya öz yaxınlarını daşıdıqlarını iddia edirlər. Belə sürücüləri haradasa saxladıqda sərnişinlər də eyni ailədən nümayəndələr olduqlarını bildirirlər. Yəni sərnişindaşıma olduğunu heç sərnişinlər özləri də etiraf etmirlər. Polisə bu halların qarşısını almaq üçün mütəmadi olaraq müraciətlər olunur”,-nazirlik rəsmisi deyib.

N. Allahyarova qeyd edib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti reyd də keçirə bilmir, amma monitorinqlər keçirərkən uyğun fərqlənmə nişanı əldə etməyən, sərnişindaşıma üçün qanuni tələblərə cavab verməyən avtonəqliyyat vasitəsilə sərnişin daşıyan sürücü ilə bağlı aidiyyati qurumlar qarşısında məsələ qaldırır.

Virtualaz.org qeyri-qanuni sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, əksər hallarda gecə reyslərinə çıxan, tez-tez qəzalar törədib çoxsaylı insanların ölümünə səbəb olan mikroavtobus sürücüləri ilə bağlı əvvəllər dəfələrlə yazıb. Problemlə aidyyatı strukturların diqqətini cəlb etməyə çalışıb.

Təkcə son aylarda ölkənin yollarında “Mercedes Vito” mikroavtobuslarının iştirakı ilə baş vermiş qəzalarda onlarla insan, o cümlədən azyaşlılar, qadınlar, körpələr həlak olub.

Bəs qəza törədən avtobuslara, xüsusən, qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən sürücülərə niyə nəzarət olunmur? Bu suallarla Dövlət Yol Polisinə müraciət etdik. İdarədən sorğumuza tezliklə cavab veriləcəyini bildirdilər.
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR