Kürdəmirin icra başçısı vətəndaşı dinləmək belə istəmir - "Ha sürünürəm, bir yerə çıxa bilmirəm..."
Bolge
Oxunub: 790
13 iy 2019 | 21:49
Kürdəmirin icra başçısı vətəndaşı dinləmək belə istəmir - "Ha sürünürəm, bir yerə çıxa bilmirəm..."













“Normal kanalizasiya sistemi olmadığından evimiz çürüyüb, tökülür. Zirzəmisinə nə qədər su yığılıb. Ev özü də bir az çökəkdə yerləşir. Nəticədə, yaşanası vəziyyətdən çıxıb. Günü-gündən lap da betər duruma düşür”.

Kürdəmir sakini Elmira Həsənova belə deyir. Gənc yaşda həyat yoldaşını itirən Elmira xanım övladları ilə birgə yaşadığı evdən çıxarılıb. Deyir, uşaqlarını götürərək, doğulub böyüdüyü Kürdəmirə gəlib. Elə o vaxtdan canını dişinə tutub işləyib:

“Daha çox mövsümi işlərdə çalışırdım. Bağ-bostan, alaq, həyət-baca təmizliyi və s. Birtəhər böyütdüm uşaqları. Elə o zülmlə də bir balaca torpaq alıb, kiçik bir ev qaraltdım. İşləyib güclə, 8 ilə tikdim. Balalarımı böyütmüşəm, indi də ev uçub, başımıza tökülür. Baxan, maraqlanan yoxdur. Gəlib, baxsınlar, görsünlər, biz nə vəziyyətdə yaşayırıq. Hər şey yaxşıdır, insanlar əla yaşayır deməklə deyil ki… Qırılırıq, vallah”.

Elmira Həsənovanın bir övladı xəstədir. Deyir, onu həkimə, xəstəxanaya da apara bilmir. Pensiya yaşını artırmaqla isə onu alacağı məvacibdən də məhrum ediblər:

“Biz atlıyıq, o piyada. Hələ deyəsən neçə il 6 ay uzanacaq. Mən çatıram, o qaçır. Yaşlı adamam, daha işləyə də bilmirəm. Qızım boşanıb, qayıdıb. Evdəki uşaq da xəstə. İnanın, heç nədən yarımamışam. Ha sürünürəm, bir yerə çıxa bilmirəm”.

E.Həsənova deyir ki, artıq öz səhhəti də işləməyə imkan vermir. Sosial yardıma da müraciət edib.

“Sizə düşmür”, – cavabını alıb:

“Bu ölkədə bizim əlimiz hər şeydən üzülüb, bədbəxt olmuşuq. Yaşlı adamam, gedib harada işləyim, nə edim, bilmirəm. Ev də bir tərəfdən uçub-dağılır. Qalmışam belə. Biz səhər nə yeyəcəyimizi bilmirik, qaldı ki, ev təmir edək. Buna ümumiyyətlə, imkanımız yoxdur. Evin hər yeri çürüyüb. Döşəməyə ayaq basırsan, içəri batır. Deyirəm də, çürüyüb. Mən daha nə edim, bilmirəm, çarəsizəm. Keçən dəfə gecə yuxudan oyandım ki, çölə çıxım. Neçə yerdə ayağım döşəməyə girdi. Normal kanalizasiya sistemi olsa, evlərin altına su yığılmaz”.

Şikayətçi problemlə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətinə də müraciət edib. Deyir, baxan olmayıb. Heç məktublarına cavab da almayıblar:

“Xahiş edirəm, ya bizə normal bir şərait yaratsınlar, işləyək, pensiya alaq, dolanaq, ehtiyaclarımıza verək, ya da evimizi təmir etdirsinlər. İnanın, dolana bilmirik. Hamı sevinir ki, maaşlar artdı, vəziyyət düzələcək. Vallah, işsizə, bizə nə aidiyyatı? Biz sürünürük, yaşamırıq”(dia.az)
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"