Gəncə Dövlət Universitetində Asif Cavadov macəraları
Bolge
Oxunub: 1 674
26 in 2015 | 07:53
Gəncə Dövlət Universitetində Asif Cavadov macəraları













GDU-nun “qara qutu”su – tərbiyə işləri üzrə prorektorun rüşvət və korrupsiya dünyasında siyasi xəyanətdən tutmuş övladının avtoqəzasına qədır detallar

Gəncə Dövlət Universitetində baş verən qanunsuzluqlar və təhsil yarıtmazlıqları haqda mediada dəfələrlə yazılıb. Bəzi söz-söhbətlərə görə bu təhsil müəsisəsinin bu şəkildə “vurulması” şəhər və universitet rəhbərliyi arasında olan konfliktlə bağlıdır. Həmin iddialara əsasən guya GDU haqda kompramatlar Gəncə şəhər icra başçısı Elmar Vəliyev tərəfindən mediaya ötürülür və qarşılıqlı olaraq eyni proses də sözügedən təhsil müəsisəsi tərəfindən E.Vəliyevə qarşı aparılır.
Bu iddiaların nə dərəcədə real olub olmamasını deyə bilmərik. Amma ortada olan fakt budur ki, GDU ilə bağlı bütün sandıqlar açılıb və bu sandıqdan tökülən pambıqla baş kəsmək olar. Bu dəfə isə, Gəncə Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru Asif Cavadov haqda ilginc iddialar yayılıb və cumhuriyyet.az olaraq elektron poçtumuza daxil olan həmin məlumatları diqqətinizə çatdırırıq. Artıq hər işin başının rüşvətə bağlandığı Gəncə Dövlət Universitetində nizam-intizam və tədris qaydaları pozulmuş, mənəvi dəyərlər ayaqlar altına atılmışdır. Belə ki, pedaqoqa yaraşmayan hərəkətlərinə və rüşvətxorluguna görə vəzifədən alınan Asif Cavadov yenidən təqdimat ilə tərbiyə işləri üzrə prorektor təyin olunub. Müxtəlif qəzetlərə verdiyi müsahibələrdə bu adam 13 aydır ki, işsiz oldugunu iddia edir, halbuki vəzifədən alındıqdan sonra da universitetin tam ştat dosenti olmuşdur. Bu şəxsin işlədiyi sahə ilə əlaqəsi belə yoxdur. GDU-da rüşvət mexanizminin və narazılıqlarla dolu “idarəetmə sistemi”nin başında duran, GDU-nu faktik idarə edən Asif Cavadov haqqında kütləvi informasiya vasitələrində kifayət qədər yazılıb və müvafiq dövlət qurumlarına professor-müəllim heyəti dəfələrlə müraciət edib. Amma Təhsil Nazirliyi və müvafiq orqanlar hələ də susur. Gəncə şəhər icra hakimiyyətinin fəaliyyətindən, şəxsən cənab başçı E.Vəliyevdən müxtəlif orqanlara böhtan xarakterli qərəzli məlumatlar yayan Asif Cavadovdur, onun bu xidmətləri isə layiqincə qiymətləndirilib, özü prorektor, həyat yoldaşı isə kafedra müdiri təyin olunub. Çox maraqlıdır ki, “siyasi keçmişi” şübhəli olan Asif Cavadovun məşğul olduğu işlərin heç biri onun daşıdığı tərbiyə işləri üzrə prorektor vəzifəsinin funksiyasına uyğun gəlmir. Görünür “qara qutu” olmaq üçün və pul yığmaqdanötrü vəzifəyə gətirilib.

Rüşvət mexanizmin başçısı və ideoloqu

Asif Cavadov indi rüşvət mexanizminə, faktiki GDU-ya başçılıq edir. Vaxtı ilə müxtəlif müxalifət partiyalarına çox sədaqətlə xidmət edən şəxslərin universitetdə rəhbər vəzifələrə təyin olunması buradakı siyasi baxışlara da aydınlıq gətirir. Öz maskasını dəfələrlə dəyişən, vəzifəsindən rüşvətxorluğuna görə qovulan Asif Cavadov tələbələrə necə siyasi- tərbiyəvi baxışlar aşılaya bilər? GDU-nun tələbələri isə yeni tariflər qarşısında qalmışlar. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatlarda göstərilir ki, məhz bu tariflərə görə Gəncə Dövlət Universitetində növbəti semestrin bütün imtahanlarının birgə, yəni “topdansatış” qiyməti təxminən 500-600 manat civarında müəyyənləşdirilib. Universitetdə oxudun-oxumadın hamıdan bir nəfər kimi pul yığılır. Tələbələr imtahanda sualların cavablarını düz yazsa da, onlara heç olmasa ”3″ də vermirlər. “3”ün qiyməti 70, ”4″ün 80, “5”inki isə 100 manatdır. Pedaqoji təcrübəyə getməmək müqabilində isə 150-200 manat pul yığılır.Hətta pedaqoji təcrübəyə getmək istəyənlər olsa da onlardan 50 manat pul tələb olunur.
Özbaşınalıq, rüşvətxorluq, müxtəlif maxinasiyaların baş alıb getdiyi universitetdə bütün vəzifələrə təyinat rüşvətlə həyata keçirilir, dekan(20000 manat), kafedra müdirləri (10000 manat) və müəllimlər (5000-8000 manat), hətta laborantlar (3000-5000 manat) belə rüşvət müqabilində təyin olunurlar.Gəncə Dövlət Universitetinin tarixində indiki kimi rüşvətxorluq olmayıb. Bunlar çirkli işlərin əsas koordinatoru, vaxtilə müsavat partiyasının üzvü olan tərbiyə işləri üzrə prorektorun sayəsində mümkün olub. Universitetdə yaşananların çoxundan rektor Y.Yusifovun heç xəbəri yoxdur. Çünki bu gün GDU-nun faktiki idarəçiliyi tərbiyə işləri üzrə porektorun əlindədir. O, tədris işlərinə də nəzarət edir, əslində tədrisin doğru-dürüst aparılmasına mane olur. Məhz bu prorektorun sayəsində universitetin ştat siyahısı “ölü canlarla” da xeyli zənginləşmişdir.

Tədris- köməkçi heyətinin attestasiyası niyə keçirilir və ya Şərab festivalı üçün hər dekandan 500 azn

Bir neçə gün bundan qabaq keçirilmiş universitetin elmi şurasında Asif Cavadovun rəhbərliyi ilə tədris-köməkçi heyətinin attestasiyasını keçirmək barədə qərar qəbul olunub. Bu attestasiyalar isə işçiləri qorxudub rüşvət yığılmasından başqa bir şey deyil. Universitetin rəhbərliyi 3000-5000 manat rüşvət alıb işə işçi götürür, sonra isə attestasiyaya keçirib “ixtisara düşürsən” bəhanəsi ilə 500-1000 manatdan yenidən rüşvət yığırlar. İxtisasca tarixçi, tərbiyə işləri üzrə prorektor olan Asif Cavadov rüşvət qutusunun başında durduğuna görə belə pul çıxan məsələlərə də o başçılıq edir.
Bu ilin payızında Gəncədə ənənəvi şərab festivalı keçirilmişdir. Bununla əlaqədar olaraq, Asif Cavadov şəxsi təşəbbüsü ilə rektorun özünün də xəbəri belə olmadan hər bir dekandan 500 manatdan pul yığmış və guya “yuxarıların” göstərişi ilə bunu etdiyini bildirmişdir. Halbuki tədbir tamamilə şəhər icra hakimiyyəti tərəfindən maliyyələşdirilirdi.

GDU-nun “qara qutusu”nun hansı əlavə səlahiyyətləri var?

Müəllimlər İnstitutunun Gəncə filialının bağlanması ilə əlaqədar olaraq orada təhsil alan tələbələrin və müəllimlərin GDU-ya yerləşdirilməsi üçün komissiya yaradılmışdır. Bu iş birbaşa tədris işləri üzrə prorektorun sahəsi olmasına baxmayaraq, cumhuriyyet.az-a daxil olan məlumatlarda bildirilir ki, tədris işləri üzrə prorektor F.Məmmədov bu işdən tamamilə kənarlaşdırılmış, Müəllimlər İnstitutunun Gəncə filialının tələbə və müəllimlərinin yerləşdirilməsində güclü rüşvət yığıldığı üçün bu iş də “qara qutu” işləri üzrə prorektor Asif Cavadova tapşırılıb. Universitetdə yığılan rüşvətdə müəllimlərin nə iştirakı, nə də payı yoxdur, Asif Cavadov yığılan rüşvətin təhsil nazirliyi tərəfindən əllərindən alındığını iddia edir”.
Nazirlik Gəncə Dövlət Universitetini saxta diplom verilməsi ilə ittiham etdiyi bir vaxtda, o, 3000-5000 manata ikinci ixtisas vermək adıyla, müxtəlif şəxslərdən pul alıb qeyri-qanuni olaraq birbaşa ikinci kursa qəbul etdirmişdir. Maraqlıdır, kimya ixtisasını bitirmiş şəxs Hüseynova Cəmalə Şahin qızı 3500 manata ikinci kursa qəbul olunub necə tarixçi ola bilər? Yenə də bu pulların yığılmasında “qara qutu” işləri üzrə “prorektor” Asif Cavadov əsas rol oynamışdır. Yığılmış rüşvət və pul verən tələbələrin tam siyahısı Asif Cavadovun otağındakı pəncərənin qarşısında olan dəmir seyfin içərisində saxlanılır. İmtahanlardan yıgılan pullar, vəzifələrə təyin olunan şəxslərin verdiyi rüşvət, digər çirkli pullar… onun qarşısında öhdəlik götürdüyü müxalifət partiyalarınin maliyyələşdirilməsinə xərclənir.

Hətta İcra başçısı da bütün gəncəlilərin yanında buna münasibət bildirib

Gəncə Dövlət Universitetinin müəllim və tələbə kollektivinin universitetdəki özbaşınalıqlarla bağlı, surəti möhtərəm Prezidentə göndərilmiş müraciətindən sonra, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev də məsələyə sərt reaksiya verib. Elmar Vəliyevin yarımillik hesabat yıgıncagında sərt tənqid olunacağını bilən prorektor Asif Cavadov iclasa gəlmədi. Məlumat üçün qeyd edək ki, icra hakimiyyətindəki “yaxınları” tərəfindən Elmar Vəliyevin sərt tənqidi ilə üzləşəcəkləri barədə əvvəlcədən məlumatlandırılmışdı. Yığıncaqda Elmar Vəliyev üzünü zala tutaraq dedi: “Mən başa düşə bilmirəm ki, GDU-da bu özbaşınalıqlar nə vaxta qədər davam edəcək? …Mən saytlarda gedən yazıları oxumuşam, bunlar hamısı həqiqətdir, orada yalan yazılmayıb. Mən Asif Cavadovun prorektor təyin olunmasının əleyhinəydim. Bilirdim ki, Asif Cavadov tutduğu vəzifəyə yaraşmayan əməllərinə görə vəzifədən qovulmuşdu. Onun bu vəzifəyə layiq olmadıgına baxmayaraq, Yusif müəllim nədənsə xahiş edib, nazirə onu bu vəzifəyə qoydurdu”.

Məmur özbaşınalığı

Asif Cavadovun oğlu Amil Cavadov isə bir nəfəri maşınla öldürmüş, bir ailəni bədbəxt etmiş və semestrdə yığılan pullardan çox cüzi hissəsini – 40000 manat verərək şikayət olunmanın qarşısını almışdır. Bundan əlavə cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, Asif Cavadov həm də maşın alveri ilə məşğul olur, başqa bir məlumata görə Gəncə şəhər icra hakimiyyətinin fəaliyyətindən müxtəlif orqanlara qərəzli məlumatlar yayan da həmin Asif Cavadovdur, çox maraqlıdır, siyasi keçmişi şübhəli olan Asif Cavadovun məşğul olduğu işlərin heç biri onun daşıdığı tərbiyə işləri üzrə prorektor vəzifəsinin funksiyasına uyğun gəlmir, Təhsil Nazirliyi isə seyrçi mövqeyindədir.

Rəhbərin eşidən “qulağı”

A.Cavadov müəllimlər, kafedra müdirləri, şöbə müdirləri, bəzən də dekanlar, hətta 1-2 prorektorlar haqqında olmayan yalan məlumatları tez-tez hörmətli rektor Y.Yusifovun qulaqlarına “pıçıldayır”, onu buna inandırmağa çalışır, “xalq düşmənləri”nin ovuna çıxır. Bu günlərdə isə təhsil nazirinə “guya GDU-da heç bir müəllimin, professorun incidilmədiyi barədə” savadsız bir müraciət yazaraq məcburi şəkildə müəllimlərə imzalatdırmışdır. Deyilənə görə, Y.Yusifov artıq ona əvvəlki qədər inanmır.

2003-cü ilin məşhur tostu

Asif Cavadov hələ 39 saylı Gəncə şəhər Kəpəz seçki dairəsində işləyən zaman prezident seçkiləri zamanı ulu öndər Heydər Əliyevin əleyhinə təbligat aparırdı. Həmin seçkilər ərəfəsində LALƏ ŞÖVKƏT hər dəfə Gəncəyə gələndə Asif müəllimin evində gecələyirdi. Gəncədə hamı bilir ki, Asif Cavadov Müsavat partiyasının, həyat yoldaşı isə Lalə Şövkətin partiyasının üzvü olmuşdur. Bütün şüurlu fəaliyyətini dövlətçiliyimizə həsr edən layiqli kadrlar dura-dura, bu günə qədər (bəlkə indi də) ailəlikcə Heydər Əliyevin əleyhdarı olan, maddi və mənəvi cəhətdən müxalifəti dəstəkləyən bir şəxsi Təhsil Nazirliyi hansı səbəbdən bu cür mühüm posta rəhbər təyin etmişdir? İnsan öz simasını xamilyon kimi nə qədər dəyişə bilər? Görünür, Təhsil Nazirliyinə bu cür kadrlar daha sərfəlidir.
Heydər Əliyevin əleyhinə təbliğat aparan Asif Cavadov Müsavat Partiyasının Gəncə şəhər şöbəsinin sədri Cahangir Əmirovun oğlunun Kəpəz restoranında keçirilən toy məclisində iştirak edən İsa Qəmbər, Rauf Arifoğlu, Arif Hacılı və digər müxalifət liderləri ilə ” Bəy havası” rəqsi oynayaraq “Azərbaycanın gələcək prezidenti Sizsiz İsa bəy. Siz Azərbaycanın ən layiqli oğlusuz, sizinlə qürur duyuram” deyə tostlar deyirdi.

İcra hakimiyyətinə şikayət

Tələbələr özbaşınalıqlarla bağlı, Gəncə şəhər icra hakimiyyətinə qrup halında bir dəfə şikayətə getmişdilər Buna görə, məhz Asif Cavadov tələbələri sıxışdırmağa başladı, “üzünüzə tüpürüm” dedi.Tərbiyə işləri üzrə prorektor tələbənin üzünə tüpürürsə, dekan Mübariz Yusifov “Sizə belə bir məlumatı verən adam başını daşlardan-daşlara döyür. O işin başında duranı çağırmışıq, həmin tələbənin o üzünə, bu üzünə tüpürmüşük, çıxıb gedib.”deyirsə,başqa bir dekan “Əcəb eləmişəm. O zəng vurur, bu zəng vurur. Kim yazıb onun adını yazın da. Yazın ki, bu köpəkoğlu edib də…”deyirsə, Etika komissiyasının sədri Əliqıllı Quliyev 77 yaşı olmasına rəgmən öz cavan işçisi olan ailəli xanımla kabinetində biabırçı eşq səhnələri yaşayırsa və s… bütün bunları əlbəttə,Asif Cavadovun apardığı tərbiyəvi işlərin səviyyəsinin, keyfiyyətinin, etik qaydaların və sairənin mövcud vəziyyətinin bir işartısı hesab etmək olar…

Öz işi ilə məşğul olmur

Universitetdə tələbələr arasında da tərbiyəvi söhbətlər aparılmır ,tərbiyə işləri üzrə prorektor öz funksiyasını yerinə yetirmir,çünki universitetdə çirkli pulların yığılması işinə bir başa bu prorektor başçılıq edir.Ona görə də tərbiyəvi-əxlaqi işlər sıfır səviyyəsindədir.Elə bunların nəticəsidir ki, iki ay bundan öncə riyaziyyat fakültəsının 1-ci kurs tələbələri universitetdə mübahisə etmış və nəticədə Orxan Qarayev öz qrup yoldaşı Toğrul Mirzəyevə 4 bıçaq zərbəsi vurmuşdur.

Etika komissiyası

Bundan başqa universitetdə yaradılmış etika komissiyasının sədri adı müxtəlif qalmaqallarda hallandırılan 77 yaşlı Ə.Quliyev olsa da,faktiki rəhbəri də Asif Cavadovdur. Bu komissiyada isə etikadan başqa hər şey müzakirə olunur. Rəhbərliyin rüşvətxorluq siyasətinin əleyhinə çıxan, aylığa buraxılmış tələbələrə qayibyazan müəllimlər burada «mühakimə» olunurlar.

“Perevodla” bağlı hadisə

Bu yaxınlardauniversitetdə qalmaqallı dahabir olay yaşandı.Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə G…….. adlı tələbə GDU-danbaşqa bir tədrismüəssisəsinə köçürülmək üçünrektorluğa müraciət etmişvə bu zamanona Asif müəllimlə əlaqəsaxlamağı məsləhət bilmişlər. Asif müəllimisə həmin tələbədən”perovod” üçün 10.000manat almışdır. Günlər kecdikcə perovodunləngidiyini görən tələbəninvalideyni təhsil nazirliyinə müraciətetmiş, nazirlikdə ona buişin artıq gec və mümkünsüz olduğunu demişlərvə söhbət əsnasındatələbənin valideyni 10000 manat verdiyini dilindənqaçırmışdır. Nəticədə rektor Yusif Yusifovu nazirBakıya çağırıb danlamışvə ondan buna və mətbuatdayayımlanan digər biabırçılıqlara sonqoymağı tələb etmişdir.

Son söz əvəzinə…

Təhsil səviyyəsinin aşağı salınması və belə biabırçı hallar gənc kadrların yetişdirilməsində ciddi maneəyə çevrilir. Nəticədə ölkəmizin hərtərəfli inkişafı xaricdə təhsil alan kadrların ümidinə qalır. Təbii ki, xaricdə təhsil alanlar ölkəmizə mütərəqqi ideyalarla yanaşı, həm də əcnəbi əsarəti də gətirirlər. Necə ki, bu gün həmin təhlükəni yaxından hiss edirik. Nurcuların bütün dövlət orqanlarını sarmaşıq kimi sarımasında öz ali məktəblərimizdə yetişən kadrların yarıtmazlığının da payı az deyil. Bütün bunları nəzərə alan ölkə rəhbərliyi,xüsusilə hörmətli Prezidentimiz Azərbaycanı gözləyən potensial təhlükədən xilas etmək üçün təcili tədbirlərə əl atmalı və ilk növbədə işə tarixi sağlam köklərə malik universitetlərdən başlamalıdır. Ümidvarıq ki, dövlətimizin inkişafında həmişə qətiyyətli mövqeyiylə seçilən hörmətli Prezidentimiz İlham Əliyev bu məsələyə öz münasibətini bildirəcək və başda Gəncə Dövlət Universiteti olmaqla bir sıra ali məktəbləri uçuruma sürükləyən yarıtmaz rəhbərlərindən xilas edəcək.
Bu gün, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)