Zaqatalada səhiyyə gül vurur... - İTTİHAM
Bolge
Oxunub: 603
1 avq 2019 | 21:30
Zaqatalada səhiyyə gül vurur... - İTTİHAM

Əgər xatırlayırsınızsa Oqtay Şirəliyev səhiyyə naziri vəzifəsinə təyin olunarkən bir çox insanlar, bu sahədə islahatların aparılacağına və rüşvətin qarşısının alınacağına ümid edirdilər. Amma vaxt ötdükcə görürsən ki, bunlar yalnız arzuymuş və səhiyyə sistemində nəinki islahatlar aparılmadı, əksinə səhiyyə ocaqlarında rüşvət az qala rəsimləşərək kəllə-çarxa çıxdı. Rayondakı mənbələrə istinadən cumhuriyyet.az bildirir ki, mövcud qanunlarda səhiyyə xidmətlərinin pulsuz olması öz əksini tapsa da xəstəxanaların böyük əksəriyyətində ölkə başçısının tövsiyə və tapşırıqlarına məhəl qoyulmur. Xəstələrin müayinə və müalicəsi üçün elə böyük həddə rüşvət istənilir ki, bu da əhalinin kasıb təbəqəsində haqlı narazılıqlara səbəb olur.
Bütün bunlarla bağlı mətbuatın dəfələrlə yazmasına baxmayaraq, xəstəxanalardakı və doğum evlərində neqativ hallar davam edir. Belə olduğu halda əhali arasında ümid tükənir və hakimiyyətə qarşı inmsızlıq yaranır. O da heç kimə sirr deyil ki, bazar prinsipləri ilə fəaliyyət göstərən xəstəxanalar vətəndaşlarda hakimiyyətdən narazılıq hissləri yaradır. İndi isə cumhuriyyet.az olaraq rüşvətin və korrupsiyanın qol-qanad açdığı tibb müəssisələrindən biri olan Zaqatala rayonu Mərkəzi Xəstəxanasının doğum evininin fəaliyyətinin qənaətbəxş olmaması və əhalidən tələb olunan rüşvətin həddən ziyadə yüksək olmasından bəhs edəcəyik. Sözü keçən doğum evinə üz tutan sakinlər burada əsl bazar qanunlarının hökm sürdüyünü deyir.

Mənbənin bu barədə cumhuriyyet.az-a verdiyi məlumatlarda göstərilir ki, burda ayrı-ayrı xidmətlərə xüsusi qiymət qoyulub. Məsələn, bildirilir ki, qeyserlə doğuş 600-700 manat, sərbəst doğuş isə 300-500 manata başa gəlir. Bu da əhalinin haqqlı olaraq narazılığına səbəb olur. Bütün bu prosesin başında isə baş həkimin durduğu bildirilir. Baş həkim Xatirə doktorun yuxarılara təqdim etdiyi süni hesabatlardan fərqli olaraq doğum evində rüşvət tüğyan edir. Lap bu günlərdə xəstəxanaya müraciət edən bir vətəndaş doğum prosesi üçün 500 manatödədiyini bildirir. Bütün bu proses isə heç şübhəsiz Zaqatala rayonu Mərkəzi Xəstəxanasının doğum şöbəsinin müdiri Rəna Sultanova tərəfindən həyata keçirilir. Bununla bağlı internet üzərindən apardığımız araşdırmalarda maraqlı bir fakta rast gəldik. Belə ki bir müddət öncə Zaqatalada doğum evinin giriş hissəsində yerlesdirilen elan medianın diqqətinə gəlmişdi.Həmin elanda doğum şöbəsinə üz tutan xəstələrə müəyyən dərman və tibbi ləvəzımatları özləri ilə gətirməyin vacib olduğu bildirilirdi. Xəstələrə özünü tibb işçısı kimi təqdim edən xanım məlumatın baş həkimin tapşırığı əsasında divara vurulduğunu deyirdi: “Əlbəttə baş həkim deyib, o deməsə bunu vurmağa kimin ixtiyarı var?”. Düzdür məsələ ictimailəşdirildikdən sonra həmin kağız parçası vurulduğu yerdən götürülüb. Amma fakt faktlığında qalır. Faktiki olaraq isə dövlət tibb şöbəsində hər şey pulludur, rüşvətsiz xəstə qəbul olunmur, övlad dünyaya gətirən ananın həyat yoldaşından, yaxınlarından hər addımdan pul qoparılır. Əgər gecə saatlarında şöbəyə təcili xəstə gətirilsə və doğuş sancıları tutarsa, pul almamış ona baxmırlar. Sakinlər bildirirlər ki, doğum şöbəsində əvvəlcə xəstənin yaxınlarını “doğuzdururlar”, soğan qabığı kimi soyub buraxmayana qədər əl çəkmirlər. Bu da kasıb əhali arasında ciddi narazılıq yaradıb. Səhiyyə Nazirliyinə şikayətlər yazılmasına baxmayaraq, R.Sultanovanın doğuş bazarı bağlanmayıb. Sakinlərin narazılığını əks etdirən video faktlar da sosial şəbəkələrdə var. Onlarla belə videodan yalnız birini təqdim edəcəyik ki, oxucular vəziyyətdən agah olsunlar. Səhiyyə Nazirliyi isə tükünü də tərpətmir və belə çıxır ki, R.Sultanova nazirlikdəki himayəçilərinə güvənir. Mənbənin bildirdiyinə görə R.Sultanovanın “toxunulmazlıq statusu” var. Onun əli “yuxarıların” ətəyindədir . Ona görə də ona “gözün üstə qaşın var deyən yoxdur”. Amma yox, o, bilməlidir ki, cəmiyyətdə heç kəsin belə “toxunulmazlıq statusu” yoxdur və antikorrupsiya tədbirlərinin gücləndiyi indiki vaxtda öz vəzifəsindən sui-istifadə etmək, dövlətin və xalqın mənafeyini şəxsi mənafeyinə qurban vermək VƏTƏNƏ XƏYANƏTDİR.

P.S. İrəlləyən günlərdə adıçəkilən doğum evində baş verən digər qanunsuzluqlar barədə yazacağıq və biləcəksiniz ki, baş həkimin korrupsiya yuvasına çevirdiyi doğum evində baş verən qanunsuzluqların ört-bastır edilməsində hansı nüfuzlu şəxslərin adı çəkilir.
Qarşı tərəfin də fikirlərinə yer verməyə hazırıq!Zaqatalada səhiyyə gül vurur... - İTTİHAM
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası