İnam Kərimov nədən fermerlərə sahiblənmir? - GİLEY
Bolge
Oxunub: 698
3 avq 2019 | 22:44
İnam Kərimov nədən fermerlərə sahiblənmir? - GİLEY

Bərdə rayonunun Saatlı kəndində yaşayanları narahat edən ən əsas məsələ heyvanlarını otarmaq üçün ayrılmış örüş sahəsinin zəbt olunmasıdır. Kənd sakinləri Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildiriblər ki, 1997-ci ildə torpaq islahatı aparılan zaman Bərdə rayon Aqrar İslahat Komissiyası Saatlı sakinlərinə örüş sahəsi ayırıb. Kənd camaatı ayrılan bu örüşdə 7 il ərzində heyvanlarını otarıb. 2004-cü ildə isə həmin ərazi kənd sakinlərinin iradəsinə zidd olaraq ayrı-ayrı şəxslərin istifadəsinə verilib. O gündən başlayaraq Saatlı sakinləri saxladıqları mal-qaranı yolların qırağında, əkin üçün nəzərdə tutulmuş şəxsi torpaqlarında otarmağa məcbur olublar.

Kənd sakinləri onlara ayrılmış örüş sahəsinin istifadəyə qaytarılması üçün əlaqədar təşkilatlara, o cümlədən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciətlər ünvanlayıblar.

Örüş tələb edənlərdən biri olan Mətləb Lətifov yaranmış vəziyyətdən danışıb: “9 hektardan çox örüş sahəmiz ola-ola meydançada qoyun otarırıq. Elxan və Məcid adlı iki nəfər örüşümüzü zəbt etdiyinə görə mal-qaranı otarmağa yer tapmırıq. Bu barədə bütün əlaqədar orqanlara, hüquq-mühafizə orqanlarına müraciət edib, köməklik istəmişik”.

Mətləb Lətifov örüş sahəsinin satıldığını, həmin ərazini zəbt edənlərin özbaşına hərəkət etmədiklərini iddia edib. O, adlarını çəkdiyi şəxslərin örüş sahəsini ələ keçirməkdən ötrü saxta sənədlər düzəltdiklərini, kəndin otlaq sahəsinə tam qanunsuz yiyələndiklərini bildirib.

Saatlılar örüşün qaytarılması tələbini üç aydır başladıblar. Onların əlaqədar orqanlara müraciətləri də artıq bəhrəsini verməkdədir. Kənd sakini Hətəm Əliyevin bildirdiyinə görə, məsələ rayon prokurorluğunda araşdırılır.

“Qonşu kəndlərin hər birində örüş yeri var. Həsənqaya, Mirəsəfli, Qəhrəmanlı kəndlərində örüş yerləri olduğu halda Saatlı kəndində mal-qara otarmağa yer yoxdur. Hansı ki, 7 il bizə ayrılmış örüş sahəsində heyvanlarımızı otarmışıq. İndi kənd bələdiyyəsinin sədri, İcra Hakimiyyətinin kənd üzrə nümayəndəsi deyirlər ki, örüş üçün ayrılan sahə 9,30 ha deyil, guya 1,50 hektar olub. Hansı ki, 7 il həmin sahədə heyvanlarımızı otarmışıq” – deyə kənd sakini bildirir.

Kənd sakinləri ilə söhbət zamanı məlum olub ki, örüş sahəsi indiki bələdiyyə sədrindən əvvəl bölüşdürülüb. Onlar Bərdə Rayon İcra Hakimiyyətinə də müraciət edərək, örüş sahəsinin kənd camaatına qaytarılmasını xahiş ediblər. Ancaq onlara köməklik göstərilməyib. Əvəzində məhkəməyə müraciət etmək məsləhət görülüb.

Zaur Mətləboğlu bildirir ki, onun əsas məşğuliyyəti qoyun saxlamaqdır. Amma heyvanları otarmağa ayrılan örüş sahəsi zəbt olunub.

“Mən qoyun saxlamaqla dolanıram. 100 baş qoyunum var. Bəzi məmurlar örüş sahəmizi satıb, yeyiblər. Hansı ki, həmin sahəni ayıran zaman hər kəsin payından 4 sot kəsib, ümumi örüş sahəsi formalaşdırıblar” – deyə müsahibimiz vurğulayıb.

Kənd sakini dövlətin özünəməşğulluğa yaratdığı şəraiti xatırladaraq, vətəndaşlara dəstək göstərildiyini deyib. Ancaq onlar dövlətdən pul yardımı yox, lazım olan şəraitin yaradılmasını istəyirlər. O, örüş sahələri olsa, daha çox qoyun saxlaya biləcəklərini bildirib: “Üç uşağım var. Onları saxlamaq, böyütmək üçün nə etməliyəm? Örüşdən ötrü kiminləsə dalaşmalıyam? Qanuni yolla örüş sahəsinin kənd camaatının istifadəsinə qaytarılmasını istəyirik”.

Kənd sakini Dilqəm Qarayev isə Saatlı kəndindəki örüş sahəsinin ayrılması haqqında qərara aydınlıq gətirib: “1997-ci ildə torpaq islahatı aparılarkən kənd sakinlərinin hər birinin payından kəsilməklə 9.30 hektar örüş sahəsinə ayrılıb. Örüş sahəsi nə bələdiyyənin ehtiyat fondundan, nə də inkişaf fondundandır. Bizim pay torpağımızdandır. 6-7 il orada heyvan otarmışıq. Aidiyyatı qurumlar aydınlaşdırsınlar görək, 7 il bu örüş sahəsindən istifadə etdiyimiz halda, niyə əlimizdən alınıb bir neçə adama verilib?”

Bərdə rayon Həsənqaya kənd bələdiyyəsinin sədri Mayıl Qurbanov bildirib ki, Saatlı kənd bələdiyyəsi əvvəllər ayrı bələdiyyə olub. Sonradan Həsənqaya bələdiyyəsinə birləşdirilib. Birləşməyə qədər Saatlı bələdiyyəsindəki baş verənlərdən məlumatlı deyil: “Hazırda bələdiyyə ərazisindəki örüş probleminə görə kənd sakinlərinin müraciəti əsasında Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır. Örüş sahəsi deyilən yerə verilmiş sənədlərin hüquqi qüvvəsi yoxlanılır. Əgər oradakı istifadəçilərin sənədləri etibarsız olsa, iddia olunan örüş sahəsi sakinlərin istifadəsinə qaytarılacaq”.

Bələdiyyə sədri kənd sakinlərinin örüş sahəsinə görə heyvan saxlamaqla bağlı üzləşdikləri çətinliyi təsdiqləyib. O özü də kənd camaatının örüş tələbini haqlı sayır.

Ümid edirik ki, Bərdə rayonunun Saatlı kənd sakinlərinin haqlı tələbi təmin olunacaq. Hər kəs özünəməşğulluqla daha səmərəli şəkildə məşğul ola biləcək. Bununla da onlar həm öz güzəranlarını yaxşılaşdıracaqlar, həm də dövlətin ərzaq tədarükünə daha çox fayda vermiş olacaqlar.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?