Torpağı zəbt olunan Göyçay sakini məhkəmələrdə qalıb - GİLEY
Bolge
Oxunub: 828
5 avq 2019 | 18:46
Torpağı zəbt olunan Göyçay sakini məhkəmələrdə qalıb - GİLEY

Göyçay şəhəri, Natəvan küçəsi 70-də yaşayan Mayılova Minayə Seyidağa qızı tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Hörmətli Mehriban xanım! Göyçay şəhəri, Nəsimi küçəsi 22 nömrəli evdə yaşayan Hacıyev Habil Məsim oğluna qarşı əldən çıxmış faydaya görə pul tələbinə dair qaldırdığım idda Göyçay Rayon Məhkəməsi (Hakim İbrahim Fəttahov 29.05.2019-cu il tarixli 2(046)-749/2019 nömrəli qətnamə) tərəfindən təmin edilməmişdir. Mən Göyçay Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişəm və Şəki Apellyasiya Məhkəməsi tərəfindən mənim bu şikayətim baxılması üçün icraata götürülüb. 06 avqust 2019-cu il tarixində saat 12: 00-da Şəki Apellyasiya Məhkəməsinin 16 nömrəli zalında birinci məhkəmə iclası keçiriləcək.

Qeyd edim ki, cavabdeh Hacıyev Habil Məsim oğlu xususi mülkiyyətimdə olan və Göyçay rayon Potu kənd ərazisində yerləşən 0,9849 ha torpaq sahəsini zəbt edərək qanunsuz özü üçün yaşayış evi tikmiş, 15 oktyabr 2002-ci il tarixindən 29 noyabr 2016-cı il tarixinədək həmin torpaq sahəsində mənim istifadə etməyimə imkan verməmiş və bunun nəticəsindədə mənə 85 000 (səksən beş min) manat dəyərində ziyan vurmuşdur. Mənim Göyçay Rayon Məhkəməsində cavabdeh Hacıyev Habil Məsim oğluna qarşı qaldırdığım qanunsuz edilmiş tikililərin sökülməsi və həmin torpaq sahəsindən Hacıyev Habil Məsim oğlunun çıxarılması yenidən daxil olmasına qadağa qoyulması iddiası ilə etdiyim müraciət Göyçay Rayon Məhkəməsi tərəfindən 21 may 2015-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir.

Cavadehin Göyçay Rayon Məhkəməsinin 21 may 2015-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin 04 fevral 2016-cı il tarixli qətnaməsi ilə Göyçay Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına verdiyi kasassiya şikayətidə təmin edilməmişdir. Bundan sonra Göyçay Rayon Məhkəməsinin 21 may 2015-ci il tarixli qətnaməsi icra olunması Göyçay rayon icra və probasiya şöbəsinə daxil olmuşdur. Göyçay rayon icra və probasiya şöbəsi tərəfindən məhkəmə qətnaməsi icra olunaraq mülkiyyətimdə olan torpaq sahəsindəki cavabdehə məxsus qanunsuz tikililər sökülərək boşaldılmış və torpaq sahəsi mənə təhvil verilmişdir..

Beləliklə cavabdeh Hacıyev Habil Məsim oğlu mülkiyyətimdə olan torpaq sahəsini zəbt etdiyi gündən yəni 15 oktyabr 2002-ci il tarixindən qanunsuz tikililərin sökülərək mənə verildiyi 29 noyabr 2016-cı il tarixınə kimi cavabdeh mənə bu torpaq sahəsindən istifadə etməyə qanunsuz olaraq imkan verməmiş buna görədə mənə yuxarıda qeyd etdiyim kimi 85 000 (səksən beş min) manat dəyərində ziyan vurmuşdur.Cavabdehə qarşı qaldırdığım əldən çıxmış faydaya görə pul tələb etməyimə dair iddiam Göyçay Rayon Məhkəməsi tərəfindən qanunsuz və əsassız olaraq təmin edilməyib. Baxmayaraq ki, məhkəməyə kifayət qədər fakt və subut təqdim etmişəm. Həmin faktların və subutların tərkibində bir neçə məhkəmə qətnamələri və qərarları, Göyçay Rayon Məhkəməsinin 21 may 2015-cı il tarixli qərarının icra olunması ilə bağlı icra və probasiya şöbəsi tərəfindən tərtib olunmuş akt məhkəməyə təqdim olunub.Bütün bu faktlara və subutlara məhkəmə əhəmiyyət verməmiş, qanunvericiliyin tələblərini kobud şəkildə pozmuş və müddəları düzgün tətbiq etməmişdir. Çünki, məhkəməyə təqdim etdiyim sənədlərdən aydın oluür ki, cavabdeh Habil Hacıyev saxta sənədlərdən istifadə edərək xususi mülkiyyətimdə olan torpaq sahəsini zəbt etmiş, bu torpaq sahəsindən qanunsuz olaraq istifadə edərək sahiblik etmiş və dəfələrlə ona xəbərdarlıq etməyimə baxmayaraq həmin torpaq sahəsini mənim istifadəmə verməmişdir. Buna görədə həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilməmişəm. Nəticədə bu torpaq sahəsindən istifadə etməklə 15 oktyabr 2002-ci il tarixdən 29 noyabr 2016-cı il tarixə kimi əldə ediləcək gəlirdən məhrum olmuşam.

Hörmətli Mehriban xanım!

Xahiş edirəm 06 avqust 2019-cu il tarixdə saat 12:00-da Şəki Apellyasiya Məhkəməsinin 16 nömrəli zalında hakim İnşallah Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasının obyektiv və ədalətli keçirilməsinə köməklik göstərəsiniz.İnanıram ki, mənim bu müraciətimi diqqətdə saxlayacaqsınız. Əvvəlcədən sizə öz təşəkkürümü bildirirəm".

Qarşı tərəfi də dinləməyə hazırıq...
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!