"Pul ala bilmədikdə isə evimi başıma uçurdular..." - VİDEO
Bolge / Video
Oxunub: 798
15 avq 2019 | 19:46
"Pul ala bilmədikdə isə evimi başıma uçurdular..." - VİDEO

Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları Qarabağ qazisi, şəhid ailəsinin evini başına uçurub. Bu haqda zərərçəkən dağıdılmış yarımtikilidə şikayət xarakterli video çəkərək məsələni ictimailəşdirib. Ad və soyadını bildirməyən qazi qardaşının Qarabağ uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğunu, özünün isə 3 il müharibədə iştirak etdiyini söyləyib: “Şəhid ailələrinə verilən 11 min manatla Səbail rayonunda ev tikirdim. Bu evi tikmək üçün üçün İcra nümayəndələri məndən 1000 manat pul istədilər, verdim. Sonra gəlib, 2 min manat da tələb etdilər. Pul ala bilmədikdə isə evimi başıma uçurdular”.
"Pul ala bilmədikdə isə evimi başıma uçurdular..." - VİDEO
Məsələyə münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Sherg.az”a söyləyib ki, Səbail rayon İcra Hakimiyyəti vicdansızlıq edib:

“Vaxtaşırı bu cür xəbərlər sosial mediada, mətbuatda yayılır. Bunlar həqiqətən də üzücü xəbərlərdir. Məmurlar başa düşmək istəmirlər ki, bu insanlar şəhid ailəsidir, qazidir.

Bu adam vətən uğurunda canını qoyub. Bu cür məsələlərdə həmin insan qanunsuz ev tiksə belə ona müəyyən güzəştlər edilməli idi. Qazi, şəhid qardaşı nə edir ki? Ev tikir. Bu cür insanlara dövlət ev verir. Belə insanlardan nə istəyirlər? Tamah o insanların gözlərini tutub, puldan başqa heç nə görmürlər. Səbail rayon ərazisində torpaq bahadır.
Onu kiməsə satıb, pulunu yeməkmi istəyirlər? Nə üçün belə vicdansızlıq edirlər? Bu məsələyə dövlət səviyyəsində münasibət bildirilməlidir. Həmin məmurlar da cəzalandırılmalıdır. Çünki onlar bu hərəkətləri ilə dövlətə zərər verirlər. Insanları dövlətdən narazı salırlar. Dəfələrlə belə məmurları başa salmağa çalışmışıq ki, bu insanları adam kimi qəbul edin.
Onların şikayətlərini dinləyib, kömək edin. Azərbaycanda çox təhlükəli məmur dəstəsi yaranıb. Onlar Azərbaycan dövlətinin maraqlarına zərbə vururlar. Ona görə bu kimi hadisələr Azərbaycan rəhbərliyinin nəzarəti altında olmalıdır. Qanunsuz hərəkət edən məmurlar dərhal cəzalandırılmalıdırlar”.
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb