Adil Vəliyev bir az da sakinlərlə maraqlansın... - GİLEY
Bolge
Oxunub: 568
16 avq 2019 | 15:17
Adil Vəliyev bir az da sakinlərlə maraqlansın... - GİLEY

“İlin əvvəli gəlib sənədləri topladılar, dedilər, gözünüz aydın, Nazirlər Kabineti sizin də binanın sökülməsi ilə bağlı qərar çıxarıb. May ayında köçürüləcəksiz. Avqust yarı olub, hələ xəbər yoxdur. Bilmirik nəyi gözləyirlər - daş-kəsəyin altında qalmağımızı, yoxsa evlərimizdən könüllü imtina edib, çıxıb getməyimizi...”

DİA.AZ bildirir ki, Bakının Sabunçu qəsəbəsi, Yusif Qasımov küçəsindəki 39 nömrəli, ikimərtəbli ev qəzalı vəziyyətdədir. 150 il əvvəl inşa edilmiş bu evdə 8 ailə yaşayır. İllərdir ki, bu ailələr ya binanın təmir-bərpa olunmasını, ya da başqa yaşayış yeri ilə təmin olunmasını arzulayır və buna görə aidiyyəti qurumlara müraciətlər edir.

Bina sakini Ofelya Məmmədova deyir, bu yazışmaların nəticəsi də yalnız ondan ibarətdir ki, indiyədək binaya dəfələrlə baxış keçirilib, qəzalı olması bildirilib: “Divarlarda dərin çatlar var, döşəmələr adamın ayağının altından qaçır, binanın dam örtüyü dağılıb, tavanlarımız başımıza uçur. Yağış yağanda, külək əsəndə aparıb uşaqları qohum evlərində qoyuruq ki, bir hadisə baş versə, daş-kəsəyin altında qalmasınlar”.

Binanın digər sakini İmran Rzayev də narahatdır. Deyir, Bakıda bəlkə də bu binadan çox heç bir binaya baxış keçirilməyib. Gəlib baxan rəsmi qurumların nümayəndələri özləri də sakinlərə ehtiyatlı olmağı, uşaqları qorumağı, evdə tək buraxmamağı tapşırırlar.

İmran Rzayev: “Deyirlər, diqqətli olun, Allahın işini bilmək olmaz, tavandır da, uçar, uşaqlar qalar altında. Deyirəm, hər şeyi niyə aparıb Allaha yükləyirsiz, bu bəlanın qabağını almaq sizin əlinizdədir, ölməyimizi istəmirsizsə, ya başqa yerə köçürün, ya kompensasiya verin, gedək başımıza çarə edək, ya da bizi müvəqqəti kirayəyə göndərin, sökün, yerində yenisini tikin, qaytarın bizi bura... Hər şey sizin əlinizdədir, üstəlik bunun üçün pul ad ayrılıb”.

"Deyirlər, binadan nə vaxtsa köçürülmə olacaq, ancaq həmin gün nə vaxt yetişəcək, onu dəqiq deyən yoxdur. İş orasındadır ki, bu evlərdə onsuz da canımızı dişimizə tutub yaşayırıq, hər gün dağıntı altında qalacağı anı həyəcanla gözləyən sakinlərdən üstəlik kommunal xərclər də tələb olunur. Nə qədər həyasız, abırsız olasan ki, vətəndaşın bu vəziyyətdə yaşaya, sən də gəlib pul tələb edəsən,”- şikayətçi deyir.

Binadakı kommunal xətlər də çoxdan sıradan çıxıb. İşıq kabelləri çürük-çürükdür. Əsasən də qışda elektrik cihazlarından istifadə edərkən tez-tez qısaqapanmalar baş verir, ailələr yanğın təhlükəsiylə üz-üzə qalır. Fövqəladə Hallar Nazirliyinin qış aylarında bu ünvana gələn nümayəndələri sakinlərə kabellərin yüklənməməsi üçün elektrik cihazlarından az istifadə etmələrini tapşırırlar.Adil Vəliyev bir az da sakinlərlə maraqlansın... - GİLEYAdil Vəliyev bir az da sakinlərlə maraqlansın... - GİLEYAdil Vəliyev bir az da sakinlərlə maraqlansın... - GİLEY
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi