19-08-2019, 23:44 Oxunub: 368

Biləsuvardan prezidentə müraciət olundu... - Yerli məmurlar göydən düşüb?

Biləsuvardan prezidentə müraciət olundu... - Yerli məmurlar göydən düşüb?

Biləsuvar rayon İsmətli kəndinin bir qrup sakini dövlət başçısı İlham Əliyevə müraciət edib. DİA.AZ bildirir ki, onlar şikayətləniblər ki, kənddə pambıq və həyətyanı sahələr susuzluqdan məhv olur.

İsmətli kəndinin dörd min əhalisi olduğunu bildirən müraciət müəllifləri qeyd ediblər ki, su əsasən əkin sahələri olan məmurların ixtiyarına verilir. Onların vurğulamasına görə, Biləsuvarda yüzlərlə hektar əkin sahələri olan məmurlar var. Müraciət müəllifləri, üstəlik, suyun qonşu rayonlara satıldığını da iddia ediblər.
Şikayətçilərin vurğulamasına görə, sadə vətəndaşlar isə pambıq sahələrini suvara bilmir. Onlar qeyd ediblər ki, “Cənub Muğan” kanalından çəkilən yeni kanalın kənd ərazisinə çatmasından ötrü 25 metrlik iri diametrli dəmir boruya ehtiyac var. Müraciətdə o da vurğulanıb ki, dəfələrlə şikayət etmələrinə baxmayaraq Biləsuvarda aidiyyatı qurumlar problemlərini həll etmirlər.
Biləsuvarda pambıqçılar ayağa qalxdı: - “4 gündən bir su verirlər, sahələr məhv oldu” Biləsuvarda pambıqçılar ayağa qalxdı: - “4 gündən bir su verirlər, sahələr məhv oldu” Gundem / Dunya / Bolge / Video Başçı Biləsuvarda narazılıq yaradır... - Məmur əkin əkir, kəndli dərd çəkir... Başçı Biləsuvarda narazılıq yaradır... - Məmur əkin əkir, kəndli dərd çəkir... Dunya / Bolge Biləsuvarda çiçəklənən korrupsiya... - İTTİHAM Biləsuvarda çiçəklənən korrupsiya... - İTTİHAM Dunya / Bolge 25 hektar pambıq sahəmizi nə üçün külə döndərirlər? 25 hektar pambıq sahəmizi nə üçün külə döndərirlər?" - GİLEY Bolge Əhmədzadənin Zərdabdakı adamı narazılıq yaradır... - Əhmədzadənin Zərdabdakı adamı narazılıq yaradır... - "Susuzluqdan pambıq sahəm yanır..." Dunya / Bolge