Saatlıda şok təhsil korrupsiyası: Faktlar danışır
Bolge
Oxunub: 1 502
8 iy 2015 | 10:20
Saatlıda şok təhsil korrupsiyası: Faktlar danışır
















Dövlət büdcəsindən müəyyən məqsədlər üçün atyrılmış vəsaitin təyinatı üzrə xərclənməməsi maliyyə fırıldağı hesab olunur. Artıq bəzi idarə müdirləri buna bir növ vərdiş ediblər.. Təəccüblüsü də odur ki, dövlət büdcəsinin fırıldaq yolu ilə talan edilməsinin qarşısını almağa məsul olan vəzifə sahibləri buna hələ də göz yumurlar. Görünür maliyyə fırıldaqlarına əl atan idarə müdirləri dövlət büdcəsindən oğurladıqları vəsaitləri tək mənimsəmirlər. Belə möhtəkirlər bu sahəyə nəzarət edən şəxslərlə əlbirdirlər

Belə olmasaydı, Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Şamil Nurəliyevin saxta ezamiyyə və bəzi müəllimlərə həddindən artıq dərs yükü yazılmasına şərait yaratması, qeyri-pedaqoji təhsillilərin məktəblərdə müəllim kimi fəaliyyət göstərmələrinə icazə verməsinin və bu yolla dövlət büdcəsindən ayrılmış vəsaitin külli miqdarda mənimsənilməsinin qarşısı alınardı. Təəccüblüdür ki, yaxın zamanlarda Maliyyə Nazirliyinin Saatlıda yoxlama aparan büdcəyə nəzarət üzrə yoxlama briqadası bu mənimsəmələri nədənsə “görməyib”. Belə maliyyə fırıldaqlarını görməmək isə məyyən şübhələrə gətirib çıxarır.
Rayonun Əlisoltanlı tam orta məktəbinin müəllimi Fərhad Muradovun adına 750 mant ezamiyyə pulu yazılıb. Halbu ki, Fərhad müəllim heç bir yerə ezam olunmayıb. Əgər ezam olunsa da, 750 manat pul hansı əsaslarla hesablanıb? Bu barədə cumhuriyyet.az-a daxil olan məlumatlardan görünür ki belə saxta ezamiyyələr Saatlı Təhsil Şöbəsində baş alıb gedir. Bəzən elə olub ki, bir müəllim ildə iki-üç dəfə “ezamiyyətə göndərilib”. Rayonun Məmmədabad tam orta məktəbinin ixtisasca rus dili müəlliminin adına 72 saat ingilis dili dərsi yazıması isə daha gülüncdür.. Dünyanın heç bir ölkəsində bir müəllimin adına 36 saatdan artıq dərs yükü yazılması halına rast gəlinməyib. Ancaq, göründüyü kimi, Saatlı Təhsil Şöbəsinin adı Ginnesin rekordlar kitabına yazılmalıdır. İxtisasca rus dili müəlliminə 72 saat ingilis dili dərsi vermək qeyri-adi “rekordur”. Bwtwn bunlar haqda cumhuriyyet.az-a verilən məlumata görə, bir neçə ay əvvəl təhsil şöbəsinin müdiri Şamil Nurəliyevlə baş mühasib İlqar arasında əlbəyaxa dava olub. Sən demə, adına 750 manat ezamiyyə pulu yazılan Əlisoltanlı tam orta məktəbinin müəllimi Fərhad Muradov baş mühasib İlqarın qaynı imiş. Ona görə də İlqar bu puldan yalnız 40 faizini Şamil Nurəliyevə verir. Şamil müəllim isə təkid edir ki, bütün saxta ezamiyyələrin 80 faizi mənə çatmalıdır. Çünki Təhsil Nazirliyindən və Maliyyə Nazirliyindən gələn qonaqları mən yola salıram. Baş mühasib də onun məsuliyyət daşıdığını və gələn yoxlamaların yola salınmasında onun da xərcinin çıxıdığını deyib. Müdirlə baş mühasibin saxta ezamiyyələrdən gələn pullar üstündəki dava–dalaşları onların yollarını ayırıb. Baş mühasib əlinə keçəni götürüb, bir müddət yoxa çıxıb. Rayona qayıtdıqdan sonra işə gəlməkdən imtina edib. Deyib ki, axır bir gün bu saxta ezamiyyələrin üstü açılacaq. Çünki bu yolla dövlət büdcəsi talan edilir.
Məmmədabad tam orta məktəbinin rus dili müəlliminə 72 saat ingilis dili dərsi yazılmasından əldə olunan gəlirə gəlincə isə, Şamil Nurəliyev qəti olaraq bildirib ki, bunun hamısı ona çatmalıdır. Çünki həmin müəlliməyə Universitetlərin birindən Yenidənhazırlanma və İxtisasartırma kursundan ingilis dili ixtisası diplomunu şəxsən Şamil müəllim özü alıb. Özü də həmin müəllimə kənd otra məktəbində əvvəlki ixtisası üzrə işləyə-işləyə. Şamil müəllimin deməsinə görə bu diplomun alınmasında 2 min manat xərci çıxıb. Yəni, rus dili müəllimi heç bir kursa getmədən dönüb olub ingilis dili müəllimi. Onun ingilis dilini bilib-bilməməsi isə vacib deyilmiş. Bu məməliyyatda da saxta ezamiyyədən külli miqdarda qazanc əldə olunub.
Saatlı Təhsil Şöbəsində dövlət büdcəsinin müxtəlif yollarla talan edilməsi faktları çoxdur. Nədənsə əlaqədar təşkilatlar bütün maliyyə fırıldaqlarına göz yumurlar. Bu da təhsil şöbəsinin müdiri üçün daha iri maliyyə fırıldaqlarına şərait yaradır. Görəsən bu özbaşınalıq, saxta ezamiyyə fırıldaqları nə vaxta qədər davam edəcək?

Akif Quliyev, Saatlı rayonu, xüsusi olaraq cumhuriyyet.az üçün
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?