"Nə kompensasiya, nə də məzuniyyət haqlarımız ödəndi..." - GİLEY
Bolge
Oxunub: 679
22 avq 2019 | 21:20
"Nə kompensasiya, nə də məzuniyyət haqlarımız ödəndi..." - GİLEY

Göyçay rayonunda yerləşən Şirvan Meyvəçilik Mərkəzinin keçmiş əməkdaşlarının şikayəti var. Onlar rəhbərliyin əmək hüquqlarını pozduğunu deyirlər.

Şikayətçilərdən Duman Əzizov bildirib ki, o, 2007-ci il sentyabrın 15-də Göyçay-Şirvan Meyvəçilik Mərkəzinə ekskavator sürücüsü kimi işə düzəlib. 2018-ci il dekarın 29-dək həmin vəzifədə işləyib. Bu vəzifəni tək icra etməyib. Onunla birgə 21 nəfər də bu vəzifədə çalışıb. Duman Əzizov deyir ki, onlara 2018-ci ilin sonunda bir ərizəyə qol çəkdiriblər. Deyiblər ki, bu ərizə əsasında onları başqa təşkilata köçürəcəklər. Ancaq belə olmayıb:

“İnandıq, imzaladıq. Bundan sonra bizi heç yerə köçürmədilər, eləcə işdən çıxardılar. Mən və məndən sonra gələn bütün əməkdaşlar işlədiyimiz müddət ərzində məzuniyyət görməmişik. İstirahət nədir, bilməmişik. Ancaq təsadüfi halda çoxlu qar yağarsa, bir neçə gün evdə qalmışıq. Buna baxmayaraq, məzuniyyət haqlarımızı almamışıq”.

Şikayətçi deyir ki, onları işdən çıxaranda qanunla 3 aylıq əmək haqlarını ödəməli idilər. Ancaq bunu da etməyiblər:

“Nə kompensasiya, nə də məzuniyyət haqlarımız ödəndi. Mən işdən çıxdığıma görə narazı deyiləm, lazım deyil iş. Heç olmasa, 10 illik məzuniyyət kompensasiyamı və 3 aylıq ödəməmi versinlər”.

Şikayətçilərdən biri də Bəhruz İsmayılovdur. Hazırda işsizdir və ailəsini dolandırmaqda çətinlik çəkdiyini söyləyir. Deyir, Şirvan Meyvəçilik Mərkəzi 2011-ci ildə “Şirvan Holdinq”in tərkibində yaranıb. 2012-ci ilin yanvarında MMK MMC-yə çevrilib. 2017-ci ildə isə əhalinin rifahını yüksəltmək üçün meyvə bağları yaradılıb. Bəhruz İsmayılov da həmin meyvə bağlarında çalışıb. Özü də cəmi 188 manat əmək haqqına. Deyir, onsuz da bu pulla ailəsini güclə dolandırırmış, indi isə vəziyyəti daha da ağırlaşıb:

“Uşaqlarım qalıb ac. Onları məktəbə göndərə bilmirəm. İş axtarıram, tapa bilmirəm. Ailəmin qarşısında xəcalətli qalmışam”.

Bəhruz İsmayılovun işə ehtiyacı var. Ancaq aylardır heç yerdə iş tapa bilmir:

“Sonra da deyirlər, bölgələrdə yeni iş yerləri açılır, insanlar işlə təmin edilir. Hanı? İşdən çıxarmasınlar, qalsın, yeni iş yeri yaratmaqları. Bizi işdən aldadıb çıxarıblar. Ancaq əmək kitabçamıza yazılıb ki, guya öz xahişimizlə işdən ayrılmışıq. Bu zəmanədə kimsə özxoşuna işdən çıxacaq qədər havalanmayıb”.

Azər İslamov da şikayətçidir. Onun şikayəti digərlərindən fərqlidir. Deyir, o, məzuniyyət haqqını alıb. İş də tapıb, hazırda işsiz deyil. Sadəcə işdən çıxanda məlum olub ki, 7 ilə yaxın olan iş stajı əmək kitabçasına yazılmayıb:

“Bunun səbəbini soruşanda dedilər ki, sən qeyri-leqal işçi olmusan. Əmək kitabçana staj yazsaq, batarıq biz. İllərdir işlə, çalış, vuruş, amma əmək kitabçana heç nə yazılmasın. Bəs mənim bu illər ərzində ödədiyim vergi, DSMF-yə köçürdüyüm o pullar hara gedib? Bunu deyən yoxdur. Bu müəssisə insanların hüququnu bir maddə üzrə pozmayıb. Hərədə bir problem var. Hamısı da müxtəlif. İllər ərzində 3 dəfə adını dəyişib ki, soruşanda desinlər bizlik deyil. Bu, böyük fırıldaqçılıqdır. Dövlət hara baxır?”
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb