Arzu Rəhimovun Gədəbəydəki adamı bazar açıb... - İTTİHAM
Bolge
Oxunub: 642
26 avq 2019 | 18:30
Arzu Rəhimovun Gədəbəydəki adamı bazar açıb... - İTTİHAM

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsi hərbi bilet satır, – bunu Anews.az-ın elektron poçtuna göndərdiyi şikayət məktubunda Gədəbəy rayon Arıqıran kənd sakini Ziyəddin Məmmədov bildirib.
“Məndən oğlumun hərbi bileti üçün əvvəlcə 4 min manat pul istədilər. Sonra 250 manata endirdilər. Oğlum Rəhman Məmmədov hərbi xidmətə yararsız olmasına baxmayaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsi hərbi bileti vermir. 3 il qabaq oğlum orta məktəbi bitirdi. Hərbi xidmətə getmək üçün Gədəbəy rayon Hərbi Komissarlığına dəvət olundu. Həkim yoxlanılması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeçiliyində olan hospitalda həkim yoxlamasından keçdi və həkimlərin rəyinə əsasən xidmətə yararsız kimi qiymətləndirildi. Həmin gündən 3 il keçməsinə baxmayaraq hələ də hərbi bilet ala bilmirik.” – deyə Məmmədov bildirir.
Bundan sonra bir neçə dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsinə müraciət etsə də Ziyəddin Məmmədov oğlunun hərbi bileti üçün ondan əvvəlcə 4 min manat pul istəyiblər. Həmin pulu verməyə maddi imkanı olmadığını deyəndə 4 min manat “güzəşt edərək” hərbi bileti 250 manata verəcəklərini söyləyiblər. “Biz aztəminatlı ailə olduğumuza görə, o pulu verməyə maddi gücümüz çatmır. Təklif etdim ki, əgər oğlum sağlamdırsa hərbi xidmətə getsin, xəstədirsə yararsızlıq hərbi bileti verilsin. Lakin vermədilər. Mənim oğlum ilə eyni dönəmdə yoxlamadan keçən xəstə uşaqlara hərbi bilet verildi. Hətta elə uşaqlar oldu ki, sağlam olmasına baxmayaraq pul ilə onlara xəstə kimi yararsız hərbi bileti verdilər”. – deyə Məmmədov əlavə etdi.
Ziyəddin Məmmədovun elektron poçt vasitəsilə göndərdiyi səs yazısını təqdim edirik:Növbəti belə xoşagəlməz hal Nurlan Süleymanov ilə baş verib. Onun yaxınlarının dediyinə görə, Nurlan xəstə uşaqdır. Böyrəyinin biri həm balacadır, həm də balaca olan böyrəyi öz funksiyasını yerinə yetirə bilmir. “3,5 ildən çoxdur ki, biz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsindən Nurlanın hərbi biletini ala bilmirik. Hər dəfə bilet üçün müraciət edəndə Bakıya yoxlamaya yazırlar. Bu müddət ərzində Nurlan Bakıda 5 dəfə həkim yoxlamasında olub. Hər dəfə də xəstə çıxıb. Lakin yenə də hərbi biletini vermirlər”, – deyə valideyn şikayətlənir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsinə dəfələrlə müraciət etsək də qurumdan cavab ala bilmədik. Bizə hərbi biletlərin hansı səbəbdən yararsız sayılan gənclərə vermədiklərinin səbəbini elə də izah etmədilər.
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?