“İcra başçısının yanına getsəm, kömək eləyər?..” - GİLEY
Bolge
Oxunub: 650
27 avq 2019 | 21:21
“İcra başçısının yanına getsəm, kömək eləyər?..” - GİLEY

Şəkidəki Bağbanlar küçəsində yaşayan Mehriban Nəbiyeva əmək qabiliyyətini itirib. Üstəlik, xeyli xəstəlikdən əziyyət çəkir.

DİA.AZ bildirir ki, Mehriban Nəbiyeva uzun müddət qaraciyər xəstəliyi sayılan hepatozla mübarizə aparıb. Bunun üstünə böyrək problemi də gəlib. Hər iki böyrəyində kista var. Böyrəkdaşı, sidik kisəsindəki daşlar ona normal yaşamağa imkan vermir. Qadın deyir ki, təcili əməliyyat olunmalı, daşlar götürülməlidir. Amma adi müayinəyə belə, gücü çatmır.

“Mən neçə illərdir bu vəziyyətdəyəm. Xəstəliklər göz açmağa imkan vermir. Evdə bir qalaq xəstəlik kağızı var. Əməliyyat üçün çox böyük pul istəyirlər. Bir analiz üçün 70 manat deyirlər. Böyrəyimdə beş-altı yekə daş var. Üstəlik, sidik kisəmdə də əmələ gəlib. Həyatım üçün təhlükəlidi, əməliyyat olunmalıdı. Bakıya qədər getmişəm. Çox böyük qiymət oxuyurlar. Dörd min manatdan artıq deyirlər”, - qadın çarəsizcəsinə danışır.

Qadın xəstəxanalardan çox şikayət eləyir. Şəki Mərkəzi Rayon Xəstəxanasında həmişə laqeyd münasibətlə qarşılaşdığını deyir. Bir əhvalatı xatırlayır:

“Xəstəxanaya getmişdik, halım pisləşmişdi. Uşaq tibb bacısına dedi ki, nə olar, bir stul qoyun, anam otursun. Qadın cavab verdi ki, “kamera çəkir, qoya bilmərəm”. Gedib pilləkənlərdə əyləşdim. Bir stul vermirlər, məni pulsuz əməliyyat eləyərlər, bala?!”.

Mehriban Nəbiyeva həyat yoldaşını altı ildir itirib. O da müxtəlif xəstəliklərlə mübarizə aparırmış. İndi qadın yeganə övladı Elxan Əhmədovla birlikdə yaşayır:

“Evə bir qəpik pul gəlmir. Ağlamıram, düzünü deyirəm. Mən əvvəllər kafedə işləyirdim. Səhər saat 11-də gedib, bir də gecə gəlirdim. Xəstələnəndən qapıdan çölə çıxmıram. Uşaq da xəstədi. Bir gün fəhləlik eləyəndə neçə gün ağrıdan dayana bilmir. Əsgərlikdən gələndən işsiz qalıb. Adicə yol qazmağa da öz adamlarını götürürlər”.

Bu yerdə Elxan söhbətə qoşulub deyir ki, normal iş yoxdur. Neçə yerə CV təqdim edib, gözləməyi məsləhət görüblər. Amma heç bir nəticə olmayıb.

Mehriban Nəbiyeva deyir ki, kommunal xərcləri ödəyə bilmir, su borcu 80 manata çatıb: “Qohumların hamısı fağır adamlardı. Bir qardaşa deyirəm ki, 10 manat iynə üçün pul ver. O biri qardaşa deyirəm ki, filan şey üçün 5 manat lazımdı. Onlar da mənim kimi pis vəziyyətdədir. Biz iki nəfərik, onlar külfətdi. Sistem köçürtdürürəm, bacıma deyirəm ki, nə olar, bunun pulunu ver də. Gündən-günə də vəziyyətim pisləşir”.

Qadın “yeməyə yumurta olanda sevinirik” deyir. “Ət yeyirsinizmi?” sualı yersiz görünür. Özü danışdıqca eşitmədiyi sualın cavabını verir:

“Axırıncı dəfə nə vaxt yarım kilo ət almağım yadıma gəlmir. Qurban bayramında iki nəfər ət vermişdi. Xırda-xırda doğradım ki, bir müddət yeyə bilək”.

Mehriban Nəbiyeva bilmir ki, aclığın dərdini çəksin, yoxsa səhhətinin günbəgün pisləşməsinin. Pensiyaya çıxmaq istəyir. Buna görə ondan pul umduqlarını deyir:

“Bir dəfə müraciət eləmişdim, konkret pul istəmişdilər. Tibbi sənədlərdə birinci dərəcəli böyrək xəstəliyi yazılıb. Belədisə, niyə pensiya vermirlər?”

Qadının hələ Ağciyər Xəstəlikləri İnstitutunda yatanda pensiya almaq şansı varmış. Ona verilən tibbi arayışa Şəki Mərkəzi Xəstəxanasında baxanda təqaüdə çıxmağa tam yaradığını bildiriblər, amma gözləməyi məsləhət görüblər. Mehriban Nəbiyeva illərdir gözləyir.

Düşünür ki, “gözlə” deyəndə pula eyham vururlarmış. Mehriban Nəbiyeva sosial yardım almağa da cəhd göstərib. Deyiblər ki, evdə, heç olmasa, bir nəfər işləməlidir.

“İşləyən adam sosial yardımı neyləyir ki?!”, - qadını Şəki rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin məntiqi təəccübləndirir. Ana-balanın köməyə çox ehtiyacı var. Nəyə ümid bəsləməli olduqlarını bilmirlər. Elxan sualla sağollaşır: “İcra başçısının yanına getsəm, kömək eləyər?..”
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO