Şəmkirdə 17 illik meyvə bağı məhv olub: Susuzluq ucbatından... - Əhmədzadənin sayəsində...
Bolge
Oxunub: 624
28 avq 2019 | 19:18
Şəmkirdə 17 illik meyvə bağı məhv olub: Susuzluq ucbatından... - Əhmədzadənin sayəsində...

Şəmkirdə 17 illik böyük meyvə bağı bərbad suvarma sistemi, meliorasiya işlərinin aparılmaması səbəbindən məhv olub. Bununla bağlı məlumatı jurnalist və sahibkar kimi tanınan Şahin Nəcəfov öz “feysbuk” səhifəsində paylaşıb.

“AzPolitika.info”nun məlumatına görə, Şəmkirdə yaşayan fermer Şakir Yunusovun meyvə bağından görünrtülərin əks olunduğu paylaşımda bildirilir ki, müvafiq qurumlar tərəfindən su və melioarasiya işlərinin təşkil edilməməsi səbəbindən 500 ton meyvə məhv olub. Fermer heç bir qurumun ona dəstək vermədiyini, əvəzində bir artezianın qazılması üçün 20 min manat tələb edildiyini bildirir. Hansı ki, bu iş üçün prezidentin fondundan vəsait ayrılıb və həmin iş pulsuz həyata keçirilməlidir.

Sahibkarın şikayətlərinin və korrupsiya ittihamlarının əks olunduğu statusu təqdim edirik: “Ölkədə meliorasiya işinin düzgün təşkil edilməməsi kənd təsərrüfatında uğursuzluğumuzun ən böyük səbəbidir. Meliorasiya və su təsərrüfatı işi günün tələbinə uyğun təşkil edilmədən, bu sahədəki pərəkəndəlik və korrupsiya ortadan qaldırılmadan, vahid idarəçilik və cavabdehlik yaradılmadan kənd təsərrüfatında uğur əldə etmək mümkün olmayacaq.
Şəmkirli fermer Şakir Yunusovun məhv olmuş meyvə bağlarından video paylaşıram. 30 hektara yaxın alma, gavalı, zoğal, armud , üzüm bağları su dərdindən demək olar ki, tamamilə məhv olub. 17 il ömür verib yaratdığın bir bagın gözünün önündə məhv olması ayrı bir dərddir. Orta hesabla bu bağlardan bu il ən azı 450-500 ton meyvə toplanmalıydı. Hamısı məhv olub getdi.

Amma bir nəfər də olsun yetgili şəxs, dövlət qurumu maraqlanmadı. Zatən bizim məmurlar dirinin yiyəsidirlər, batanla işləri olmaz… Sahibkarın öz hesabına vurdurduğu artizian quyusu bu ilin əvvəllərindən xarab olub. Sahibkarın döymədiyi qapı qalmır, xahiş edir, yalvarır, minnətci düşür ki , öz hesabına artizian quyusunun bərpa olunması ücün texnika versinlər . Deyirlər texnikamız yoxdur , adınızı gələn ilin növbəsinə yazırıq. Nə yazıq ki , gələn ili gözləməyə taqəti qalmayan meyvə ağacları bu il meyvə yox, can verdi. Bu il bağlarda 500 ton meyvə batıb getdi.

Meyvənin bazarda baha olmasından şikayət edən Baş nazirin müavini Əli Əhmədov bazarla yanaşı əkin sahələrini də gəzsəydi problemin onun da daxil olduğu hökumətdən qaynaqlandığını bəlkə də ürək ağrısı ilə izləyərdi.”
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ