Tovuzda kimlər meydan sulayır... - İTTİHAM
Bolge
Oxunub: 778
6 sen 2019 | 20:42
Tovuzda kimlər meydan sulayır... - İTTİHAM

Keçən ilin aprel ayında cənab Sahil Babayev dövlət başçısının sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyin olunandan sonra sabiq nazir Səlim Müslümovun komanda üzvlərinin bir çoxu ya dərhal, ya da tədriclə görəvdən alındılar. Bəziləri isə "batan günəş olunca gözləməyib" öz xoşları ilə, necə deyərlər, "üzüsulu" kreslolarını tərk etdilər. DSMF Tovuz rayon Şöbəsinin sabiq müdiri Rəşad Zeynalov isə tərəddüd içində qalmışdı. Kəşfiyyat aparıb o qənaətə gəlmişdi ki, gec-tez "silkələnmək" növbəsi ona da gəlib çatacaq.

R.Zeynalovun barəsində KİV-də yayılan məlumatlarda o, artıq təqaüd almaq arzusunda olanlar üçün təmənna qarşılığında "staj artırma" xidməti göstərməkdə, müxtəlif müəssisə rəhbərləri ilə əlbir olaraq rəsmi sənədlərdə işləyən fəhlələrin sayının real saydan xeyli az göstərilməsinə göz yummaqda ittiham edilirdi. Hətta bildirilirdi ki, adam Səlim Müslümovun villalarını kameraya çəkən blogger Mehman Hüseynovun qohumudu,onu üç gün də evində qonaq edib. İfşa olunacağı təqdirdə R.Zeynalovun daha bir qələti də üzə çıxacaqdı ki, bu barədə də irəliləyən sətirlərdə məlumat verəcəyik.

Əlbəttə, Sahil Babayev onu belə bir dosye ilə vəzifədə saxlamayacaqdı. Amma R.Zeynalov nə edəcəyini də bilmirdi, fırtınalı dənizdə yelkənsiz gəmi kimi qalmışdı. Və elə bu vaxt üfüqdə mayak göründü - Prezidentin 7 iyun 2018-ci il tarixli sərəncamı ilə Rəşadın həmkəndlisi, "Zəhər Mamed" ləqəbli Məmməd Cahangir oğlu Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi. Bu xəbər R.Zeynalovu çox sevindirdi - deyəsən, qoltuğunun altına girə biləcəyi potensial himayədarını tapmışdı. Odur ki, R.Zeynalov "Zəhər Mamed"i baldan da şirin dillə qarşılayan yerli məmurların önündə gedərək, onun qılığına girməyi bacardı. Yerli ictimaiyyətdə kim kimdir, nə işlə məşğuldur, nəyi var-nəyi yoxdur, "yuxarı"da kimin adamıdır və sair bu kimi məlumatları təzə başçıya ötürmək məsələsində də hamını qabaqladı. Axı tovuzlu olsa da, Məmmədov uzun müddət paytaxtda çalışdığından, doğma rayonu barədə müfəssəl bilgilərə malik deyildi. Digər yandan, Rəşad işini ehtiyatlı tutub saytlarda özünü yeni nazir S.Babayevin tapşırıqlarını qüsursuz yerinə yetirən sosial xidmət məmuru kimi təqdim etdirirdi ki, "saman altdan su yeritməsindən" heç kəs xəbər tutmasın.

Nəhayət, R.Zeynalovun nüfuzlu kabinetlərin "arxa qapılardan" keçərək göstərdiyi cəhdlər bəhrəsini verdi - o, DSMF şöbə müdiri vəzifəsindən azad edilərək Tovuz Rayon İctra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsinə irəli çəkildi. Karyerasına da "fasilə ləkəsi" düşmədi. Ondan zaval görmüş, sosial müdafi məsələlərində süründürdüyü Tovuz vətəndaşları bu təyinata mat qaldılar. M.Məmmədov da R.Zeynalov üçün bu yüksək vəzifəyə təqdimat verməklə böyük səhv etdi ki, bunu da gec-tez anlayacaq. Axı, başçının birinci müavinini də məhz Prezident təyin edir.

Nə isə, indi isə keçək R.Zeynalovun "qələt" dediyimiz işdəycəsinə. Nyus.az saytının redaksiyasına daxil olan məlumata görə, R.Zeynalov ona dövlət qulluğunda çalışmağa imtiyaz verən ali təhsil haqqında sənədi saxtadır. Bu məlumatı dəqiqləşdirmək üçün R.Zeynalovun özünə zəng vurub münasibət bildirməsini xahiş etdik. Nə qədər təəccblü görünsə də, R.Zeynalov informasiyanı təkzib deyil, əksinə, təsdiq etdi: "Düz deyirlər, mənim diplomum saxtadır".

Ola bilsin ki, R.Zeynalov sualımızı cavablandırarkən, əhvalı ya həddindən ziyadə yaxşı, ya da əhvalı qibtə olunmayacaq dərəcədə təlx imiş - deyə bilmərik. Ya da ola bilsin ki, bizi tərəddüdlər içində buraxmaq üçün belə edib. Yəni, qoy elə bilək ki, onun diplomu əslində həqiqidir, istəyir yanlış məlumat yayaq, sonra da bizi məhkəməyə versin, nəhayətdə eşitdiyimizi yazmaq fikrimizdən vaz keçək.

Amma bütün hallarda məsuliyyət R.Zeynalovun öz üzərinə düşür. Çünki informasiyanı təsdiqlədiyi rabitə vasitəsilə qeydə alınıb.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...