Binəqədi İcra Hakimiyyətinin ikili oyunu: - sahibkarın şikayətinə niyə göz yumulub?
Bolge
Oxunub: 676
7 sen 2019 | 23:17
Binəqədi İcra Hakimiyyətinin ikili oyunu: - sahibkarın şikayətinə niyə göz yumulub?

Binəqədi rayon 8-ci mkr, Cəfər Xəndan 42 ünvanında öz şəxsi obyektində xırda bizneslə məşğul olan Rübabə Əkbərova tərəfindən Mia.az-a müraciət daxil olub.

Müracitdə bildirilir:

"Mən ailəmə məxsus olan obyektimizdə xırda biznes ilə məşğul oluram.

Obeyktimiz Binəqədi rayon 8-ci mkr, Cəfər Xəndan 42 ünvanında olan binanın birinci mərtəbəsində yerləşir. Eyni binada yaşayan Yaqub adlı bir sakinin binanın zirzəmisində 7kv/m qaraj sahəsi var.

2012-ci ildə bu vətəndaş binanın altında yerləşən qonşu obyektinin piləkənin yanında öz qarajına qapı açdırmağa cəhd edib (obyekt kimi istifadə etmək məqsədilə), lakin həmin addımın qarşısı İcra Hakimiyyətinin nümayəndələri tərəfindən alınıb və qazılmış qapı yeri bağlanıb.

Lakin Yaqub adlı sakin 2018-ci ilin 27 May tarixində gecə saatlarında binanın birinci mərtəbəsində yerləşən iki obyektin (biri bizim obyektimiz) pilləkənlərin arasında yol açmaq üçün qazıntı işlərini aparmış və ora qapı qoydurmuşdur. Soruşulanda "İcra Hakimiyyətindən icazə almışam" deyirdi (qeyri-rəsmi), lakin heç bir icazə sənədi göstərmir. Bununla əlaqədar Binəqədi rayonun İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin sabiq müdiri Qüdsi Bayramovun qəbulunda da olmuşduq. Məsələni olduğu kimi danışdıq, "məhkəməyə verin" dedi.

Qeyd edim ki, ərazidə yerləşən iki pilləkənin ümumi çəkisi 10 tona yaxındır. Bu qazıntı işinə görə, hər iki pilləkənin çökmə təhlükəsi var. Görəsən binanın qəzalı vəziyyətə düşməsinə hansı maraqlar daxilində icazəni yenidən veriblər, binanın özülün də və dayaq divarlarında baş verə bilən hər hansı bir dəyişikliyə cavabdehliyi görəsən kim daşıyır?

Binəqədi rayon icra hakimiyyətinin verdiyi sənəddə tikintinin qanunsuz olduğu bildirilir

Hələ düz bir il əvvəl Rübabə Əkbərovanın Azərbaycan Respublikasının Birinci Vitse- prezidenti Mehriban Əliyevaya yolladığı məktubun cavabı olaraq Binəqədi İcra hakimiyyətinin müavini öz imzası ilə Rübabə Əkbərovaya 6 avqust 2018-ci ildə cavab yazır.

"Sizin, Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsi 42 ünvanda istifadənizdə olan qeyri-yaşayış obyektinin yaxınlığında aparılan qanunsuz tikinti ilə bağlı, həmçinin FHN-in TTNDA-dən eyni məzmunlu şikayət araşdırılmışdır. Əməkdaşlarımız əraziyə baxış keçirmiş, fakt öz təsdiqini tapmışdır. Həmçinin bildirilir ki, sözügedən ərazinin nəzarətdə saxlanıəlması məqsədi ilə tərəfimizdən rayonun aidiyyatı qurumlarına müvafiq göstərişlər verilmişdir”.

Bu məktub Binəqədi rayon icra hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanovun imzası ilə təsdiq olunmuşdur. Acınacaqlı hal odur ki, məktubda faktları təsdiqləyən İlqar Süleymanov hansı səbəblərdənsə işə ciddi yanaşmır.

FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi də tikintinin qanunsuz olduğunu təsdiq edir

Rübabə Əkbərovanın növbəti məktubuna verilən cavabda deyilir: "Nazirliyin 13 iyun 2018-ci ildə göndərdiyi məktubda da fakt özünü bir daha təsdiq edir. Cavab məktubunda bildirilir. "Araşdırma zamçanı qeyd edilən ünvanda tikinti işlərinin aparılması faktı aşkar edilmiş və tikinti işlərinin aparılması barədə heç bir sənəd təqdim edilməmişdir.

Qeyd edilənləri nəzərə alaraq, baş verə biləcək xoşagəlməz işlərin qarşısının alınması, mənzilin və binanın təhlükəsiz istismarının, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həmin ünvandakı zirzəminin əvvəlki vəziyyətə qaytarılması üçün müvafiq tədbirlərin görülməsinə dair Binəqədi rayon İcra Hakimiyyətinə agentliyin rəis müavini Təyyar Hüseynlinin imzası ilə məktub daxil olmuşdur”.

Şikayətçi Rübabə Əkbərova yazır ki, bəli, 6 avqust 2018-ci ildə cavab məktubunda bu yazılıb, amma ötən gün işin yenidən başlanması barədə məlumatlar alıb: "Bu da biz sakinlərdə təəssüf hissi doğurur. Təssüf ki, sözügedən yerdə aparılan işlər gözdən pərdə asmaq üçün həyata keçirilmiş, guya problem aradan qaldırılmış, əsil həqiqətdə isə problem olduğu kimi qalmaqda davam edir.

Elə buna görə də, Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun ədalətli insan olduğuna inanıb xahiş edirəm ki, binanı, özünün şəxsi maraqları naminə qəzalı vəziyyətə salmağa çalışan Yaqub adlı şəxsin və onun havadarlarının bu çirkin əməllərinin qarşısının alınmasında bizə yardımçı olsunlar. Binanı qəzalı vəziyyətə salan faktları təsdiq edən şəkilləri də ünvanlayıram. Şəkillərdən də açıq aydın görünür ki, görülən işlər gözdən pərdə asmaq üçündür. Problem hələ də qalmaqdadır".

Qarşı tərəflərin də iddialara münasibətini yaymağa hazırıq.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb