Vəkil icra başçısından Prezident Administrasiyasına şikayətçi düşdü - QALMAQAL
Bolge
Oxunub: 803
13 sen 2019 | 22:21
Vəkil icra başçısından Prezident Administrasiyasına şikayətçi düşdü - QALMAQAL

Özünün tam fəaliyyət qabiliyyəti olmaması barədə saxta sənəd hazırladaraq qohumuna borclu olduğu 23.335 manat pulu ödəməkdən boyun qaçıran şəxs indi də mal oğurluğu üstündə saxlanılıb.

Axar.az xəbər verir ki, tam sağlam olan, avtomobil idarə edən və hətta banklardan rahatlıqla kredit belə götürən Cəlilabad rayon Maşlıq kənd sakini Səbuhi Abbasov saxta sənədlər hesabına sərbəst qaldığı üçün növbəti cinayətini törədib. S.Abbasov Cəlilabad Rayon Məhkəməsinin çıxardığı qərarla qabiliyyəti olmayan şəxs hesab edilsə də, o, uzun müddət rayonda normal şəkildə yaşayıb və məsuliyyətdən yayına bilib.

Bir neçə gün öncə isə S.Abbasov Cəlilabad rayonunda mal oğurluğu üstündə saxlanılıb. Belə ki, S.Abbasovun başçılıq etdiyi 3 nəfərdən ibarət dəstə rayonun gözdən uzaq ərazilərində otlayan heyvanları qaçıraraq satıblar.

Rayon polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı mal oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Onlardan biri də guya sağlamlıq imkanları məhdud olan və bu səbəbdən dəfələrlə törətdiyi cinayət məsuliyyətindən azad olmağı bacaran Səbuhi Abbasov olub.

S.Abbasov polis bölməsində əməlini etiraf edərək oğurladıqları heyvanları kəsərək Bakıdakı ət kombinatlarından birinə göndərdiyini etiraf edib.

Məsələ ilə bağlı Axar.az-a danışan S.Abbasovun 23.335 manat borclu olduğu şəxsin vəkili olan Səməd Vəkilov bildirib ki, onlar S.Abbasovun dələduz və cinayətkar olması ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinə dəfələrlə məlumat versələr də, buna əhəmiyyət verilməyib:

“Biz bu məsələ ilə bağlı mətbuata da açıqlama vermişdik, həmçinin Cəlilabad Rayon İcra Hakimiyyətinə də bu barədə bildirmişdik ki, özü haqqında saxta sənəd çıxaran adam olduqca sağlamdır. Onun cinayət törətmə ehtimalı yüksəkdir. Onunla bağlı dəfələrlə bir tədbir görülməsini tələb etsək də, bunu ciddiyə almadılar və heç bir tədbir görülmədi.

Hətta biz Səbuhi Abbasovun atasının himayəsinə verilməsi haqqında dəfələrlə məsələ də qaldırdıq. Bu iddiamız da təmin olunmadı və atasının himayəsinə verilmədi”.

S.Vəkilov bildirib ki, İcra Hakimiyyətinin bu məsuliyyətsizliyi və hərəkətlərindən (hərəkətsizliyindən) Prezident Adminstrasiyasına yazılı müraciət edəcəklər.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi