Azərbaycan səhiyyəsi xəstəni necə dağa-daşa salır... - GİLEY
Bolge / Video
Oxunub: 809
14 sen 2019 | 20:46
 Azərbaycan səhiyyəsi xəstəni necə dağa-daşa salır... - GİLEY

Sumqayıt şəhərində məskunlaşan Salyan rayon sakini Bəxtiyar Hüseynov həkim Fuad Ağayev tərəfindən yalnış əməliyyat edildiyini və bunun nəticəsinə hazırda qolunun sağalmamasını iddia edir.
Məsələ ilə bağlı Yeniavaz.com-a müraciət edən B. Hüseynov həkim F. Ağayevin əməliyyat üçün ondan 1500 manat aldığını bildirərək dedi: “Mən 2006-cı ildə Yeni Yasamalda işləyərkən 10-cu mərtəbədən yıxıldım qolum sındı. İki dəfə əməliyyat oldum. Bir dəfə öz hesabıma, bir dəfə şirkətin hesabına. Dəymiş ziyanı ödədiklərinə görə, həmin şirkətlə barışıq ərizəsi imzaladım. Sümüyümü Şirvanda olan həkimlər tam bitişdirə bilmədi. Mil qoymuşdular, onu da çıxartdılar qolum əyri qaldı. Mən usta kimi ev tikirdim, digər işlər görürdüm. 2017-ci ili noyabr ayında qolumda şiddətli ağrılar oldu. Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına müraciət etdim. Məni orda Fuad Ağayev adlı həkim qəbul etdi. Qolumu müayinə elədi və təcili əməliyyata ehtiyac olduğunu bildirdi. Əməliyyatın xərci 1400-1500 manat civarında oldu. Özümün imkanı olmadığı üçün əhali köməklik etdi pulu yığıb Fuad həkimə verdik. Həkim mənim qolumu əməliyyat etdikdən sonra qolum düzəlmədi və yenə əyri qaldı. Dedi ikinci dəfə əməliyyat edib düzəldəcəm. İkinci dəfə əməliyyat zamanı sağlam sümüyümü kəsərək digər sümüyə caladı. Qolum balacalaşdı. Qoluma iki dəfə fərqli cihaz (aparat) qoydu və dedi ki, sənin qolunu müalicə ilə sağaldacam. Sonra mən başqa yerdə qolumu rentgen etdirdim. Rentgenin cavabından sonra mənə qolumun əməliyyat olunmasa sağalmayacağını bildirdilər və dedilər ki, Fuad həkim səni aldadıb.
Daha sonra Səhiyyə Nazirliyinə müraciət etdim məni Travmotologiya İnistitutuna (Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu-red.) həkim Fikrət Bayramovun yanına göndərdilər. Fikrət həkim qolumu bir dəfə əməliyyat etdi və dedi ki, ikinci əməliyyatdan sonra qolun düzələcək. Ancaq iki aydan çoxdur ki, sümükdə bitişmə getmir. Mənim sizdən xahişim budur ki, kömək etmək istəyən insanlar yardım etsin və Fuad həkim də mənə dəyən ziyanı ödəsin, mən gedim Türkiyədə, İranda, Rusiyada qolumu əməliyyat elətdirim”.
Məsələ ilə əlaqədar həkim Fuad Ağayevlə əlaqə saxladıq. B. Hüseynovun qolunda yaranan problemin həkim məsləhətini dinləmədiyi üçün yarandığını bildirən F. Ağayev dedi: “Onun qolunda olan travma 10 il əvvəlin travmasıdır. 10 ildən sonra qolunda problem yaranıb bizə müraciət edib. Müalicə olunandan sonra əməliyyat olunub. Əməliyyatdan sonra bu adam qolunu fiziki yükə salıb. Ondan sonra qolunda ağrılar olduğundan qoluna cihaz (aparat) qoyuduq. O, bizə müraciət etdi ki, qolumdakı aparat ağrı verir dözə bilmirəm və çıxartdı. Xəstə müalicəyə tabe olmalıdır. Bəxtiyar Hüseynov isə müalicə müddətində öz bildiyini edir. Bu tip əməliyyatlarından sonra sümüyün bitişmə müddəti 9 ay bəzən də bir ilə qədər olur və uzunmüddətli müalicələrdən sonra tam sağalır. Ona görə də əməliyyatdan sonra həkimin dediklərinə əməl etmək və müalicəni davamlı etmək lazımdır. Bu adam sümüyün bitişmə müddətini gözləmədən gedib yenidən əməliyyat elətdirib və qolunda problem yaranıb. Bu isə bizim günahımız deyil. Onun məqsədi başqadır. B. Hüseynov gəlib dedi ki, mənə 17 min manat verəcəksən, səni şantaj etməyi dayandıracam. Mən də bu məsələ ilə əlaqədar pokruoluğa müraciət etdim və ondan sonra Bəxtiyar yoxa çıxdı. Əgər Bəxtiyarın məqsədi sağalmaqdırsa biz ona dəfələrlə gəlib xəstəxanada müalicə olunmağı təklif etmişik. O, məndən təzminat istəyir. Əməliyyatdan sonra xəstənin yarası çirk edərsə, yarada infeksiyalaşma olarsa, xəstədən orqan çıxarılarsa həkim xəstəyə təzminat ödəməlidir. Bunlarınsa heç biri baş vermədiyi üçün o bizdən təzminat istəyə bilməz. Onun qolunda yaranan problem həkim məsləhətlərini dinləmədiyi üçün yaranıb”.
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi