Masallının baş həkiminə ağır ittihamlar
Bolge
Oxunub: 1 983
18 iy 2015 | 07:53
Masallının baş həkiminə ağır ittihamlar



















Cəlil Nəzərov RMX-nın personalını tikdirdiyi özəl klinikanın inşaat işlərinə cəlb edir

Artıq uzun müddətdir ki, ölkə mətbuatının səhifələrində, eləcə də qəzetimizdə dərc olunan tənqidi materiallarda Masallı Rayon Mərkəzi Xəstəxanasının (RMX) fəaliyyətində müşahidə olunan çeşidli qanun pozuntularına dair açıqlamalar öz əksini tapmaqdadır. Bu xüsusda müxtəlif mənblər tərəfindən təqdim olunan məlumatlar fərqli xarakterli olsa da, mahiyyət etibarı ilə onların hamısı rayonun səhiyyə sistemində yer almış rüşvətxorluq və korrupsiya hallarına dəlalət edir. Eləcə də redaksiyamıza daxil olan məlumatlarda xəstəxananın baş həkimi Cəlil Nəzərovun yol verdiyi rüşvətxorluq və digər korrupsiya hallarından bəhs olunur. Məlumatlarda bildirilir ki, Masallının səhiyyə sistemi bu gün olduqca bərbad haldadır. Belə vəziyyətin yaranmasını isə şikayətçilər birbaşa baş həkimin yarıtmaz fəaliyyəti ilə bağlayırlar. Məlumat üçün bildirək ki, hazırda rayonun səhiyyə şəbəkəsinə RMX, 2 kənd sahə xəstəxanası, 1 Ağciyər Xəstəlikləri Xəstəxanası, 30 kənd həkim məntəqəsi, 28 tibb məntəqəsi daxildir. Rayon Mərkəzi Xəstəxanasında cərrahiyyə, terapiya, doğum mama ginekoloji, uşaq, yoluxucu və reanimasiya şöbələri fəaliyyət göstərir.

Rayon sakinlərindən Masallı RMX-nın fəaliyyətinə dair aldığımız şikayət məktublarında ilk növbədə bildirilir ki, rayonun səhiyyə sistemində ən çox saxtakarlığa yol verilən sahələrdən biri tibb müəssisələrinə dərmanların alınmasısır. Vurğulanır ki, məhz bu əməliyyatlar zamanı çeşidli maxinasiyalara yol verilir, qaimə sənədlərində şişirdilmiş qiymətlər göstərilir. Başqa sözlə desək, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Digər tərəfdən isə, bu da azmış kimi, rayonun tibb müəssisələrində Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təmin olunmalarına dair verdiyi təlimatlar da kobud şəkildə pozulur. Belə ki, xəstəxananın rəhbərliyi hətta güzəştli kateqoriyadan olan xəstələrə də pulsuz dərmanların verilməsinə icazə vermir. Buna görə də vətəndaşlar məcburiyyət qarşısında qalaraq həmin dərmanları pulla alırlar.

Rayondan aldığımız digər bir məlumatda isə qeyd olunur ki, RMX-nın Ginekologiya şöbəsində aparılan qanunsuz abortlar nəticəsində həkimlər yaxşı gəlir əldə edirlər. Sözsüz ki, həmin vəsaitin çox hissəsi Cəlil Nəzərovun kisəsinə gedir. Elə doğum şöbəsində də doğuş üçün konkret qiymətlər müəyyənləşdirib və ana olmaq istəyənlərdən həmin pul alınmadan pasient şöbəyə ümumiyyətlə buraxılmır. Bu gün Masallı Rayon Mərkəzi Xəstəxanasında primitiv səviyyədə göstərilən tibbi xidmətlərə görə yüksək məbləğlərin alınması, dərman preparatları ilə spekulyasiyalar, xəstəxanalarda cərrahiyə və digər tibbi əməliyyatların antisanitariya şəraitində həyata keçirilməsi kimi faktlar müşahidə olunmaqdadır. İnfeksion xəstəliklərin profilaktikası məsələsində isə burada ümumiyyətlə tam fəaliyyətsizliyin şahidi olmaq olar. Bir çox mənbələr tərəfindən qeyd olunur ki, ən yaxın vaxtlarda vəziyyətə Səhiyyə Nazirliyi tərəfindən müdaxilə olunmazsa, rayonda müxtəlif uşaq xəstəliklərinin, hətta ölüm hallarının kəskin artımı müşahidə oluna bilər.

Maraqlıdır ki, mənbələrin iddialarına görə, Cəlil Nəzərov bütün maxinasiya və mənimsəmələr nəticəsində əldə etdiyi gəlirlərlə də kifayətlənməyərək, xəstəxanada çalışan bütün tibbi və texniki personaldan da aylıq alır və bu ödənişdən imtina edənlər nəinki Masallı RMX-da, ümumiyyətlə rayonun səhiyyə sistemində çalışa bilməzlər. Həmçinin daxil olan məlumatlarda qeyd olunur ki, Cəlil Nəzərov RMX-ya tələb olunandan xeyli artıq sayda sanitar-xadimələr işə götürüb. Onların hər birinə isə 140 manat məbləğində aylıq maaş yazılır. Lakin bu pulların da düz yarısı qarşılıqlı razılıq əsasında baş həkim tərəfindən mənimsənilir.

Digər tərəfdən də mərkəzi xəstəxanada “ölü canlar” saxlanılır, yəni saxta “xəstəlik tarixləri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilir. Bütün bu və digər saxtakarlıqlar nəticəsində əldə olunan külli-miqdarda maliyyə vəsaitlərinin xərclənməsinə gəlincə isə, yerli mənbələr həmin pulların baş həkimin çoxşaxəli biznes şəbəkəsinin yaradılmasına yönəldildiyini vurğulayırlar. Bildirilir ki, hazırda bu şəbəkəyə bir ferma, Boradigah kəndində fəaliyyət göstərən “Qamo” istirahət mərkəzi və inşası başa çatmaq üzrə olan özəl klinika daxildir. Mənbələr xüsusi olaraq vurğulayırlar ki, Cəlil Nəzərovun tikdirdiyi bu özəl klinika RMX-nın yaxınlığında yerləşdiyindən, baş həkim xəstəxananın bir çox əməkdaşlarını orada müxtəlif işlərə cəlb etməklə, onların əməklərini istismar edir.

Bununla belə mənbələr Cəlil Nəzərovun heç də bütün işçilərə qarşı sərt rəftar olmadığını da qeyd edirlər. Məsələn, bildirilir ki, baş həkimin sürücüsü bu yaxınlarda avtoxuliqanlıq hərəkətləri nəticəsində, idarə etdiyi xidməti avtomobilin aşmasına səbəb olmuş yol qəzası törətmişdir. Lakin Cəlil Nəzərovun səyləri nəticəsində avtoş-sürücü buna görə heç bir cəza almamışdır...

"Bizim Dövr" qəzeti
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...