"5 ilini başa vurdu, bəsidir..." - GİLEY
Bolge
Oxunub: 677
17 sen 2019 | 21:19
"5 ilini başa vurdu, bəsidir..." - GİLEY

Alimpaşa Məmmədovun Şəmkir rayonuna 8 oktyabr 2014-cü ildə İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinatından sonra rayon əhalisinin qara günləri başladı. Ona görə ki, onun rayona rəhbərliyinin ilk aylarından Şəmkirlilərə qarşı çox qərəzli və aqresiv olduğu ortaya çıxdı. Bəzi KİV-də onun qaranlıq keçmişi barədə narazıların məlumatlarına əsasən silsilə yazılar dərc olundu.

DİA.AZ-a daxil olan müraciətdə isə Şəmkir camaatı gələn ay 5 ilini vəzifə başında tamamlayacaq Alimpaşa Məmmədovun yola salınmasını arzu etdiklərini ifadə ediblər. Müraciətlərinə "5 ilini başa vurdu, bəsidir..." deyə başlayan şəmkirlilər yazırlar:

"Rayonumuzda qanunsuz tikintilər məmurların, vəzifədə olan şəxslərin əlləri ilə həyata keçirilir. İcra Hakimiyyəti onun strukturları nəzarət etməkdənsə, bu qanunsuzluqlara himayədarlıq edir. Qanunları özləri pozur, vətəndaşlar deyil.

Alimpaşa Məmmədovun komandası rayonda qanunsuz tikintilərə rəhbərlik edir. Mərkəzi İcra Hakimiyyəti orqanlarını da aldadırlar. Vətəndaşları narazı salırlar".

Daha sonra dia.az-a daxil olan müraciətdə bildirilir: "Ölkə başçısı möhtərəm Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, ölkəmizdə heç kim toxunulmaz deyil, məmurlar xalqın xidmətçiləridirlər, onların sahibkarlara süni maneələrin yaratması yol verilməzdir. Belə olduğu halda A.Məmmədovun Şəmkir rayonunda sahibkarları sıxışdırması, vətəndaşların haqq və hüquqları pozması, onları dövlətdən və eyni zamanda dövlət başçısından narazı salması heç cür anlaşılan deyil.

Bu gün Şəmkirin hamısı keçmiş vergi işçisi olan Alimpaşa müəllimə haqq verir. Biz inanmırıq ki, bu yığılan pullardan dövlətə pay çatsın. Çünki özünü "Polad Ələmdar"a bənzədən başçımız sahibkarlara vergini dövlət yolu ilə yox, mafiya yolu ilə kəsir, racon kəsir".

Sakinlər bildirir ki, onlar artıq 5 ilini başa vurmaqda olan başçının yenisi ilə - xalqa yaxın birisi ilə əvəzlənməsini ölkə rəhbərliyindən xahiş edirlər.

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Bu gün, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR