Sakinlərin narazılığı başçının umrunda da deyil... - GİLEY
Bolge
Oxunub: 705
24 sen 2019 | 18:44
Sakinlərin narazılığı başçının umrunda da deyil... - GİLEY

Binəqədi rayonu, Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsinin sakinləri tərəfindən Moderator.az-a video şikayət göndərilib.

Bildirilir ki, “Firəvan” şadlıq evi tərəfdən başlayıb, ta Xocasənə qədər uzanan (“Babatürk”dəyirmanına gedən) böyük və əsaslı olan bu yolun müəyyən hissəsi əsaslı şəkildə asfaltlanıb. Amma qalan hissəsi qalıb. Hansı ki, hələ payız-qış ayları gəlməmiş artıq palçıq dizə qədərdir. Yerli camaatın dediyinə görə, bu əlverişsiz yoldan keçmək üçün məktəblilər ayaqqabılarının üstündən selofanlar bağlamaq məcburiyyətində qalıb. Hətta ən ucqar dağətəyi kəndlərdə belə yol bu vəziyyətdə olmur. Olsa da, dərhal təmir edilir. Lakin Sulutəpə qəsəbəsinə cavabdeh olan Xocasən bələdiyyəsi, eləcə də Binəqədi rayon İcra Hakimiyyəti yerli sakinlərin şikayətlərinə dırnaqarası yanaşmaqdadır.

Məsələni araşdırmaq üçün ilk öncə Binəqədi İH-nin İctimai Siyasi və humanitar məsələlər şöbəsi ilə əlaqə saxladıq. Sözçü Kənan Kərimov məzuniyyətdə olduğundan onun missiyasını yerinə yetirən şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyevlə danışdıq. Onu vəziyyətlə bağlı xəbərdar etdik. “Mən bu haqda ətraflı məlumat toplayım, sonra sizinlə əlaqə saxlayaram”, - deyə Moderator.az-ın əməkdaşı ilə danışan Şəmsi müəllim suallarımıza gün ərzində elektron poçtla cavab verəcəyini söyləsə də vədinə əməl etmədi.

Daha sonra Xocasən Bələdiyyəsinə zəng vurduq. Vətəndaşların qəbul şöbəsindən Səməd müəllim, “yaxınlaşın idarəmizə”, - deyə israrla ya idarəyə gəlməyimizi, ya da onlayn şəkildə müraciət etməyimizi vurğuladı:

“Başqa cür şikayətlərə və ya suallara cavab vermirik”.

Buna baxmayaraq, söhbət əsnasında bələdiyyə rəsmisi kanalizasiya sistemini və “Azərsu”nu da günahkar bildi:

"Kanalizasiya sistemindəndir. Bir müddət əvvəl yenə də belə bir problem yaranmışdı. “Azərsu” gəlib düzəltdi, yenidən yəqin nəsə olub...

Fürsətdən istifadə edərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin də münasibətini öyrəndik:

"Sözügedən yol bizim müəssisənin balansına aid deyil. Amma buna baxmayaraq, təmiri Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirəcək. İlin sonuna kimi həmin yolda təmir işlərinin yekunlaşdırılması nəzərdə tutulur".
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO