Qarayevin işçisinin QARA İŞLƏRİ... - İTTİHAM
Bolge
Oxunub: 733
26 sen 2019 | 17:46
Qarayevin işçisinin QARA İŞLƏRİ... - İTTİHAM

Xeyli müddətdir ki, Şəki Regional Mədəniyyət İdarəsində həyata keçirilən yarıtmaz idarəçiliklə bağlı baş qaldıran şübhələr, əmələ gələn söz-söhbətlər və s. bu gün də səngimək bilmir. Belə bir səbəblər üzündəndir ki, Mirvari xanım Zeynalovanın atdığı “mirvari addımlar” haqda məlumatlı olan bəzi KİV nümayəndələri, yaşananlarla bağlı çalışdıqları mətbu qurumlarda silsilə tənqidi açıqlamalar dərc etsələr də, nədənsə vəziyyət düzəlmir ki, düzəlmir. Bu günlərdə redaksiyamızın elektron poçtuna yerli sakinlər tərəfindən Şəki Regional Mədəniyyət İdarəsində baş verən eybəcərliklərlə, qol qoyulan çoxsaylı qanunsuzluqlarla bağlı xeyli məlumatlar daxil olub. Sən demə adı çəkilən bu qurumda yaşanan acınacaqlı durum, heç də nə dünən, nə də ki, bugünlərdə əmələ gəlməyib. Sakinlərin iddialarına görə, hələ 2013-cü ildə Şəki Mədəniyyət və Turizm İdarəsində Hesablama Palatası tərəfindən yoxlamalar aparılır və aparılan yoxlamaların nəticəsi olaraq nə az, nə də çox, düz 4,3 milyon manat maliyyə vəsaitinin mənimsənilməsi faktı aşkara çıxarılır. Düzdür, həmin vaxtlarda Mirvari xanım Şəki şəhər mədəniyyət və turizm şöbəsinin müdiri vəzifəsini daşıdığından, belə bir mənimsəmə faktının birbaşa ona aidiyyəti olmasa da, amma müəyyən qədər bağlılığının olduğu söylənilir. Çünki, heç cür o halın varlığını inkar etmək olmaz ki, şəhərin mədəniyyət və turizm şöbəsinə rəhbərlik edən bir şəxs, belə bir məbləğdə mənimsənilən vəsaitin mənimsənilməsində azacıq da olsa iştirak etməsin. Elə ki, aparılan yoxlamalar zamanı Şəki Mədəniyyət və Turizm İdarəsinin vəzifəli şəxslərinin hərəkətlərində ağır nəticələrə səbəb olan, yəni vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı, külli miqdarda dövlət əmlakının mənimsənilməsi və s. faktları aşkara çıxarılır, o halda toplanmış materiallar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanır və sonda qurumun müdiri, baş mühasıbi həbs olunurlar. Qeyd etdiyimiz belə bir olayın varlığı təkcə Şəki Mədəniyyət və Turizm İdarəsində baş vermişdisə, o halın varlığına diqqət yetirmək lazımdır ki, bu gün beş rayonu özündə birləşdirən Şəki Regional Mədəniyyət İdarəsində hansı məbləğdə vəsaitlər “qeybə çəkilir”.
Yerli sakinlərin iddialarına görə, hazırda Şəki Regional Mədəniyyət İdarəsinin tabeçiliyində olan qurumlarda, ələlxüsus musiqi məktəblərində vəziyyət heç də ürəkaçan deyil. Çünki, verilən məlumatlarda o da iddia olunur ki, beş rayonu əhatə edən Regional idarənin tabeçiliyindəki musiqi məktəblərində müəllim-şagird davamiyyəti, heç də günün tələbləri səviyyəsində deyil. Bəzi məktəblərdə elə müəllimlər var ki, həmin şəxslər Mirvari xanım Zeynalova ilə “anlaşa bildiyindən”, onlar məktəb üzü tanımırlar. Rayonlardakı mədəniyyət evlərinin, klubların, ələlxüsus kənd kitabxanalarının giriş qapılarına asılan “zamoklar” həftələrlə açılıb-bağlanmadığından, onları “pas” elə tutur ki, “zamoklar”ı açıb-bağlamağın özü müşkül məsələyə çevrilib. Amma, belə bir halların varlığına baxmayaraq, Regional idarənin ştat cədvəlində olan və qeyd olunan qurumlarda vəzifə sahibi olan şəxslərə hər ay dövlət büdcəsində əmək haqqı ayrılır. Nyus.az saytının əldə etdiyi məlumatlara görə, Mirvari xanım Zeynalova ilin müxtəlif günlərində, yəni Yeni ildə, Novruz bayramında, Həmrəylik günündə və digər vaxtlarda “mirvari addımlar”ını atmaqla da xeyli “irəli düşə bilir”. Yəni, adı çəkilən xanımın rəhbərliyi altında və “dobro” deməsindən sonra, guya ki, tabeli qurumlarda bir çox tədbirlər həyata keçirilib deyə, vəsaitlər ayrılır, az sonra da mənimsənilir.
Nazirlik tərəfindən ayrılmış büdcə vəsaitlərindən Regional idarə rəisinin təyinatı üzrə istifadə etmədiyi, yəni, həmin vəsaitlərin böyük bir hissəsinin şişirdilmiş smetalar tərtib olunmaqla mənimsənildiyi də söylənilir. Fakr budur ki, Şəki Regional Mədəniyyət İdarəsinin tabeçiliyində olan kitabxanaların, klubların, mədəniyyət evlərinin, mədəni-tarixi abidələrin və s. bərpa və təmir olunmalarına ayrılan vəsaitlər sənədlər üzərində rəsmləşdirilsə də, bu yöndə heç bir addımların atılmadığı iddia olunur. Mirvari xanım Zeynalovanın atdığı “mirvari addımlar”ın nəticəsi olaraq, onun bu gün də Qax rayon Uşaq İncəsənət Məktəbini, Oğuz rayon Uşaq Musiqi Mərkəzini, Turan qəsəbə Uşaq Musiqi Məktəbini, Şəki şəhər 2, 3 və 4 saylı Uşaq Musiqi Məktəblərini, Şəki rayon Uşaq İncəsənət Məktəbini və digər müəssisələri öz marağına uyğun “biznes mərkəzinə” çevirməsi haqda da söz-söhbətlər dolaşmaqdadır. Nyus.az saytına daxil olan məlumatlara görə, bu gün təkcə Şəki rayonunda 150-ə yaxın mədəni-maarif müəssisəsi fəaliyyət göstərməkdədir. Adı çəkilən müəssələrdən hər birinin rəhbər şəxslərinin, ayda idarə rəisi ilə hesablaşdıqları qeyd olunur. Bu sırada Balakən, Zaqatala, Qax, Oğuz rayonlarındakı mədəni-maarif müəssisələrinin rəhbər şəxslərinin də, oxşar addımlar atdıqları söylənilir.

Ümumiyyətlə, hal-hazırda Şəki Regional Mədəniyyət İdarəsində elə bir hoqqalar, elə bir çoxsaylı qanunsuzluqlar baş verir ki, bəlkə də baş verənləri qələmə almaq üçün, hər bir KİV nümayəndəsinə həftələrlə vaxt lazım gələr. O halda sual oluna bilər ki, cənab Əbülfəs Qarayev belə bir idarəçiliyi olan bu kadrı, səbəb nədir ki, hələ də Şəki Regional Mədəniyyət İdarəsinin rəhbərliyində saxlayır? Ona görə də düşünürük ki, baş verənləri araşdırmaq, əsl həqiqətləri üzə çıxarmaq üçün təkcə jurnalistlər deyil, həm Nazirlik əməkdaşlarının, həm də, Hesablama Palatasının ciddi yoxlamalar aparmasına ciddi ehtiyac duyulur. Əgər bu yöndə ciddi addımlar atılmazsa, o halda Şəki Regional Mədəniyyət İdarəsi ilə bağlı söz-söhbətlərin “tüstüsü” çox insanları “boğacaq”.
Nyus.Az
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ