Dövlət Komitəsinin rəsmisinə ŞOK İTTİHAM - Tovuzda dini durumu nəzarətdən çıxarmağa çalışır
Bolge
Oxunub: 667
28 sen 2019 | 22:53
Dövlət Komitəsinin rəsmisinə ŞOK İTTİHAM - Tovuzda dini durumu nəzarətdən çıxarmağa çalışır

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) arasında olan ziddiyyətlər yerlərdə açıq qarşıdurmalara çevrilə bilər. Komitənin bölgədəki nümayəndələrinin idarənin rayonlardakı rəsmilərini hədəf götürdükləri bildirilir.

Bu gün Tovuz rayonunda dini zəmində qarşıdurma yox səviyyəsindədir. Buna baxmayaraq, vəziyyət hər an dəyişə bilər. Musavat.com-a daxil olan məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyev bu işdə əsas rol alan vəzifə daşıyıcısıdır. Onun dəstəkçiləri isə rayonda radikal dini baxışları ilə tanınan şəxslərdir. Rasim Tağıyevin adı həmin şəxsləri rayonun axundu Hacı Nərimana qarşı qaldıran vəzifəli şəxs kimi keçir.

Bildirilir ki, radikallara İmişlidən olan axundun rayondan çıxarılması üçün hərəkətə keçəcəkləri təqdirdə məscidin onların ixtiyarına veriləcəyi vəd edilib. Rasim Tağıyevin bu cür hərəkətliliyinə rayondakı vəzifəli şəxslərin susqunluq nümayiş etdirmələrinin özəl səbəbi qeyd edilir. Bildirilir ki, tutduğu vəzifəyə təyinatı belə qanunsuz olaraq gerçəkləşib. Belə ki, dövlət qulluğuna qəbul zamanı şəxsin ailəsində əvvəllər məhkum olunmuş şəxslərin olmaması şərti var. Rasim Tağıyev vəzifəyə təyinat alanda onun 2 qardaşı həbsdə olub. Rasim Tağıyevin qardaşı Zöhrab Tağıyev Naxçıvanda Azərbaycan əsgərini güllələyib. Buna görə 14 il cəza verilib. Digər qardaşı Mətləb Tağıyevin də adı bir cinayət işində təqsirləndirilən şəxs olaraq keçib. Bu isə onu deməyə əsas verir ki, Rasim Tağıyevi dövlət qulluğuna qəbul edəndə onun ailəsini araşdırmayıblar.

Rasim Tağıyevin faəliyyətindən Dini Qurumlarla İş üzrə Dövlət Komitənin sədri Mübariz Qurbanlının məlumatsız olması ehtimal edilsə də, onun əsas himayəçisi kimi sədrin müavini Siyavuş Heydərov göstərilir. Bildirilir ki, qardaşları məhkumluq həyatı yaşayan şəxsə 5 rayonda dini vəziyyətə nəzarəti həyata keçirməyi də sədrin müavini həvalə edib. Onun tapşırığına əsasən Rasim Tağıyev rayondakı bəzi rəhbər şəxslərlə görüşüb, onlara hədiyyələr verib. Ona görə də Tovuzda hazırda bütün rəhbərlər Rasim Tağıyevin dediyini deyir. Bu isə rayonda olmayan yerdə böyük bir qarşıdurmanın meydana gəlməsinə yol aça bilər.

“Yeni Müsavat” məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə informasiya sorğusu ilə müraciət edib.

Həmin sorğunu təqdim edirik: ““Yeni Müsavat”a daxil olan məlumatda iddia olunur ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyev rayonda radikal dini baxışları ilə tanınan şəxslər üzərindən Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi axunda qarşı addımlar atır. İmişli rayonundan olan axundun niyə görə Tovuza təyinat alması məsələsi qaldırılır. Rasim Tağıyevə bu işdə dəstək verən şəxs kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərovun adı çəkilir. Qeyd olunur ki, Rasim Tağıyev dövlət qulluğuna qəbul edilib vəzifəyə təyinat alanda onun 2 qardaşı həbsdə olub. Rasim Tağıyevin qardaşı Zöhrab Tağıyev Naxçıvanda Azərbaycan əsgərini güllələyib. Buna görə 14 il cəza verilib. Digər qardaşı Mətləb Tağıyevin də adı bir cinayət işində təqsirləndirilən şəxs olaraq keçib. Rasim Tağıyevi dövlət qulluğuna qəbul edəndə onun ailə üzvləri arasında əvvəllər məhkum olunmuş şəxslərin olub-olmaması araşdırılmayıb. Redaksiyamıza daxil olan iddialara münasibət bildirməyinizi, həqiqət olub-olmamasına aydınlıq gətirilməsini xahiş edirik".

Sorğu sentyabrın 26-da verilib və cavablandırılmayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sorğunu cavablandırdığı təqdirdə ictimailəşdirəcəyik.
“Yeni Müsavat”
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
Dünən, 11:36
Terror dalğası Avropa sıçradı: türklər hədəfdə - VİDEO
Dünən, 10:20
Ermənistan 4 kəndi bu tarixə qədər qaytara bilər - Bakının PLANI
Dünən, 10:14
Azərbaycanın quru sərhədləri açılmayacaq