"Yağış və qar yağan kimi yatağımızda vanna qoyub yatırıq..." - GİLEY
Bolge
Oxunub: 616
2 okt 2019 | 19:52
"Yağış və qar yağan kimi yatağımızda vanna qoyub yatırıq..." - GİLEY

“Yağış və qar yağan kimi yatağımızda vanna qoyub yatırıq. Neçə illərdir ki, icra hakimiyyətinə vəziyyətimizi izah edirik, şikayətlər yazırıq, heç bir faydası yoxdur. Yağış evimizin içinə damcılayır, dam örtüyünü isə dəyişən yoxdur.”

Xaçmaz rayon, Heydər Əliyev küçəsi, 30 ünvanında yaşayan sakinlər belə deyir. Onların sözlərinə görə, bina Xaçmaz şəhərinin mərkəzində, paytaxtdan gələn bütün qonaqların səfər marşrutuna daxil olan “Şəxsiyyətlər Parkı”-nın yanında yerləşsə də, onların problemi hələ heç kəsin diqqətini cəlb etməyib.

Təxminən 1950-ci illərin sonlarından istifadəyə verilən bu binanın bir tərəfi, içərisində onlarla görkəmli şəxsiyyətlərin heykəlləri yerləşən “Şəxsiyyət Parkı”na tərəf boylanır. Maraqlıdır ki, bir üzü müasir arxitektura qaydaları və materialları ilə dəbdəbəli qaydada təmir olunsa da, binanın o biri tərəfi sözün əsl mənasında “Şanxay”ın dağınıq, köhnə evlərini xatırladır. Təhlükəli eyvanlar, sınıq pilləkənlər, köhnəlmiş divarlar sanki bir xarabalığı xatırladır. Bu bina sahibsiz qalan tikili kimi ömrünün son günlərini yaşayır.

Binanın sakini Züleyxa Mustafayeva mövcud vəziyyətlə bağlı dəfələrlə yuxarı instansiyalara şikayət etsə də, hələ də heç bir nəticə əldə edə bilməyib.

“Adam gedib-gəlməkdən utanır, şikayət etməkdən yorulur. Balaca bir şəhərdə nə qədər parklar salınıb, heykəllər ucaldılıb, bunu bəyənirik, ancaq bu balaca binanın dam örtüyünü dəyişmək nə böyük problem olub ki, bunu neçə illərdir heç kəs etmək istəmir? Bir maral, zürafə heykəli az olsun, ancaq damımızı dəyişib, bu qədər ailəni də belə faciədən qurtarsınlar da. Axı buna böyük maliyyətvəsaiti tələb olunmur?! Heç olmasa küçənin kimin adına olmasına baxıb, ondan utanıb, bir iş görmürlər. Çöl tərəfdən, görünən yerlərə bəzək vurmaqla deyil ki!”

Eyni binanın sakini Fəridə Məmmədova isə şikayətlərin faydasız olduğunu görüb, icra hakimiyyətinə müraciət etməkdən yorulub, nəhayət kredit alaraq öz hesabına binanın bir hissəsini təmir edib.

“Başqa çarəm qalmadı, başımıza su tökülürdü. Adam nə qədər gedib başqa yerdə qala bilər ki? Bu boyda kişinin adına olan küçənin gününə baxın. Heç olmasa, o ad və soyaddan ayıbdi ki…

Ona görə də, bu yaşımda gedib “Kapital bank”-dan kredit aldım. İndi də bu qoca yaşımda market və dükanlarda süpürgəçilik edirəm ki, həm dolanım, həm də borcu qaytarım. Təkcə təqaüdlə dolanmaq olmur, 62 yaşım var, mənim xadiməçilik edən yaşım deyil axı?! 3 min manat kredit almışam, iki il də məcburən faiz ödəmək üçün, süpürgəçilik etməliyəm”.

Mövzu ilə əlaqədar Xaçmaz Rayon İcra hakimiyyəti ilə əlaqə saxladıq. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov bildirdi ki, problemin həlli gələn il görüləcək işlər siyahısındadır.

“Hazırda maliyyə vəsaitimiz kifayət qədər olmadığından, həmin binanın dam örtüyü və sair təmir işlərini gələn il yerinə yetirəcəyik. Bu il bir neçə çoxmənzilli binaların dam örtüyü dəyişmişik. Misal üçün deyə bilərəm ki, Xudatda bir neçə yaşayış binasının dam örtüyü dəyişdirilib, Xaçmaz şəhərində Nərimanov, Dağıstan, Səid Qurbanov küçələrindəki çoxmənzilli binalarda təmir işləri görmüşük. Gələn il isə bu və başqa binaların dam örtüyünün dəyişdirilməsi nəzərdə tutulub”

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə Xaçmaz rayonunda abadlıq-quruculuq işləri aparmaq üçün maliyyə vəsaiti ayrılması üçün sərəncamlar verib. Sonuncu dəfə 2018-ci il 4 may tarixli sərəncamı ilə ölkə başçısı rayonda abadlıq işləri və 12 küçədə əsaslı yenidənqurma işləri aparmaq üçün 3 (üç) milyon manat ayrılması üçün sərəncam imzalayıb. //konkret.az//"Yağış və qar yağan kimi yatağımızda vanna qoyub yatırıq..." - GİLEY"Yağış və qar yağan kimi yatağımızda vanna qoyub yatırıq..." - GİLEY"Yağış və qar yağan kimi yatağımızda vanna qoyub yatırıq..." - GİLEY
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb