Saatlının təhsil şefinin şok dosyesi: saxta arayışlar, saxta pul kartı və rüşvət
Bolge
Oxunub: 1 469
24 iy 2015 | 07:08
Saatlının təhsil şefinin şok dosyesi: saxta arayışlar, saxta pul kartı və rüşvət














Təxminən bir il bundan öncə “Bank Respublika” ASC-nin Sabirabad filialında baş verən qanunsuzluqlar haqda rəsmi məlumat yayılmışdı

Baş Prokurorluğun mətbuat xidmətinin o zaman yaydığı məlumata görə, “Bank Respublika” ASC-nin Sabirabad filialının vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi barədə həmin qurumdan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı cəmiyyətin Sabirabad filialının vəzifəli şəxslərinin 38 halda Saatlı rayon sakinləri ilə onların müxtəlif vəzifələrdə işləmələri və əmək haqqı almaları barədə idarə, müəssisə və təşkilatlar tərəfindən verilmiş saxta arayışların və təqdim edilmiş digər sənədlərin qanuniliyini yoxlamadan qanunsuz olaraq istehlak krediti müqavilələri rəsmiləşdirməklə 137 700 manat məbləğində vəsaitin kredit kimi ödənilməsinə şərait yaratmalarında şübhələr üçün əsaslar olduğundan, faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb”.
Hadisədən artıq bir il ötüb və aldığımız məlumata görə cinayət işi ilə bağlı məhkəmə prosesi keçirilir. Bu olayla bağlı cumhuriyyet.az olaraq apardığımız müstəqil araşdırmalar isə ilginc faktları üzə çıxarıb. Belə ki, redaksiyamıza daxil olan məlumata görə maliyyə maxinasiyalarının əsas iştirakçılarının bir çoxu hələ də azadlıqdadır. Məlumatlı mənbə bununla bağlı cumhuriyyet.az-a bildirib ki, əslən Saatlıdan olan 42 vətəndaşın adına saxta arayışlar yazılmaqla təxminən 450 min manat pulun fırıldaqla mənimsənilməsi üzə çıxıb. Saatlıda həmin bankın filialı olmadığına görə Sabirabad filialının rəhbəri Ağəddə Babayev Cabir Cahangirov adlı əslən Saatlıdan olan bir şəxslə əlaqəyə girərək həmin rayondakı təhsil, səhiyyə, o cümlədən gigiyena-epidemologiya, baytarlıq, suvarma və tikinti idarələrinin saxta arayışları hesabına külli miqdarda pul mənimsəyiblər. Cinayət işi başlandıqdan sonra C.Cahangirov həbs olunub, A.Babayev isə azadlıqda qalıb, sadəcə onun bankdakı vəzifəsi dəyişdirilib.
Baş vermiş cinayətin dairəsi Bank filialının rəhbərliyi və vasitəçi ilə yekunlaşmır. Yuxarıda da göstərildiyi kimi 42 Saatlı vətəndaşının adına saxta sənədlər tərtib olunub. Mənbəmiz Saatlı rayonunun müxtəlif dövlət idarələri tərəfindən verilən bu saxta sənədlərlə də bağlı konkret bilgi verib: “21 arayış təhsil şöbəsi, 6 arayış baytarlıq idarəsi, 3 arayış gigiyena-epidemologiya idarəsi, 4 arayış səhiyyə şöbəsi, 6 arayış su idarəsi, i arayış isə icra nümayəndəliyi tərəfindən verilib”. Maraqlıdır ki, saxta arayışlara imza atıb möhür vuran idarə rəisləri cəzasız qalıb. Bu sırada xüsusi aktivlik göstərən isə saxta arayışların tam yarısına imza atan Saatlı rayon təhsil şöbəsinin rəhbəri Şamil Nurəliyev olub. Mənbəmizin sözlərinə görə o imzaladığı saxta arayışlara görə haqq da alıb, məsələnin üstü açıldıqda isə kadrlar şəbəsinin müdiri Vidadi müəllimə bütün saxtakarlığı z üzərinə götürməyi təklif edib. Əvvəl buna razılaşmayan Vidadi müəllim sonradan rayon maliyyə idarəsində işləyən Faiq adlı qardaşının təsiri ilə saxta arayışların məsuliyyətini öz üzərinə götürüb. Beləliklə də, bank maxinasiyalarından küllü miqdarda pul qazanan Şamil Nurəliyev məsuliyyətdən qaça bilib.
Amma Ş.Nurəliyevin belə asanlıqla cəzadan qaçacağını düşünmək olmaz. Çünki artıq onun özü təhsil şəbəsində əl-qolu bağlı vəziyyətdədir. Belə ki, rayon mədəniyyət idarəsindən təhsil şəbəsinə köçürülən yeni mühasib Rahib adlı şəxs cənab Nurəliyevin bütün qara işlərinin faş edir. Deyilənə görə təhsil şöbəsinin müdirinin sürücüsü belə yeni mühasib tərəfindən ixtisara salınıb. Bu da son deyil. Ş.Nurəliyev üçün ən böyük problem onun rüşvət və dələduzluq əməli ilə bağlı ola bilər. Ş.Nurəliyevin əməlləri ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə bu şəxs bir il bundan əvvəl Saatlı rayon sakini olan X. xanımdan (ad şərtidir, olah sırf dələduzluq və rüşvət olduğu üçün adları hüquq mühafizə orqanlarının araşdırmasından sonra açıqlayacağıq – red) onun qızını Minbaşılı kənd orta məktəbinə müəllimə işinə götürmək üçün iki min manat pul alıb. Üstündən aylar keçəndən sonra Saatlı rayon təhsil şöbəsinin müdiri həmin xanıma bir bank kartı verərək deyib ki, qızın daha işə düzəlib. Ötən ayların maaşı kimi isə karta 800 manat pul yüklənib və bu pulun da yarısını Ş.Nurəliyev götürüb. Sonradan isə məlub olub ki bu işlə bağlı heç bir rəsmi sənədləşmə aparılmayıb və Nurəliyev vətəndaşı aldadır. Bildirək ki, bu olayın tam təfərrüatları ilə bağlı məlumatlar əlimizdədir. Gün ərzində Ş.Nurəliyevin iş telefonu zənglərimizə cavab vermədi. Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək…
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb