"Böyük-kiçik hamımız canımızdan bezmişik..." - GİLEY
Bolge
Oxunub: 770
10 okt 2019 | 22:22
"Böyük-kiçik hamımız canımızdan bezmişik..." - GİLEY

“7 il əvvəl baş verən zəlzələdə evimiz uçub. İllərdir bir otağın içində 8 nəfər yaşayırıq. Kənddə tikilməmiş 4 qəzalı ev qalıb, biri bizimdir. Hələ ki, bizim evimizi tikmirlər”.

Balakənin Qazma kəndində yaşayan 57 yaşlı Şümeysət Əliyeva belə deyir. Bildirir ki, dəfələrlə evlərinə gəlib baxıblar, şəkillərin çəkiblər, qəzalı rəyi də veriblər, ancaq ev tikməyi günü-gündən uzadırlar. Artıq qəzalı evdə yaşamaq onlar üçün təhlükəli hal alıb:

“Deyirlər: “bəli, qəzalıdır”. Ancaq tikmirlər, uzadırlar. Nəticədə, biz 7 ildir ki, həmin qəzalı evdə yaşayırıq. Müraciət etmədiyimiz yer də qalmayıb. Kənd bələdiyyəsi, icra hakimiyyəti, hətta Fövqəladə Hallar Nazirliyi, hamısına yazmışıq. Hamısı da deyir ki, tikiləcək, narahat olmayın. Biz də gözləyirik”.

2012-ci il mayın əvvəli Zaqatala və Balakən rayonlarında daha çox hiss edilən zəlzələ olmuşdu. 7 bala çatan zəlzələ Azərbaycanın bir xeyli rayonunda, Qax, Şəki, Oğuz, Qazax, Tovuzda da hiss edilmişdi. Xüsusən, Zaqatala və Balakəndə bir neçə kənddə ciddi dağıntılar yaranmışdı. Hələ o vaxtdan bir xeyli qəzalı ev qeydə alınaraq, yenidən tikilmiş, əsaslı təmir edilmişdi.

Şümeysət Əliyeva deyir ki, belə şəraitdə yaşamaq çox çətindir. Evin bütün otaqlar sıradan çıxıb. Cəmi 1 otaq qalıb, orada da çox çətinliklə, birtəhər yaşayırlar:

“Ailəmiz 8 nəfərdən ibarətdir. 2 oğlum, 2 qızım, 2 nəvəm, yoldaşım və mən. Oğlumun biri Bakıda ofisiantlıq edir, orada yaşayır. Qalan 7 nəfər bir otağın içində qalırıq. Bunun nə demək olduğunu anlayırsız? Eyni otaqda yeyir, yatır, yemək bişiririk. Üstəlik, 2 uşaq var. Bu bir otağın içində dərs oxumalı, boş vaxtlarını keçirməlidirlər. Böyük-kiçik hamımız canımızdan bezmişik”.

Şikayətçi deyir ki, 7 ildir gözləyirlər, artıq səbirləri qalmayıb. Uşaqlar böyüyüb, böyüklərin yaşı artdıqca, bir otaqda yaşamaq çəkilməz olub:

“Faktiki kənddə dağılmış bir çox ev tikildi. Qaldı, 6 qəzalı ev. Onlardan da ikisini tikməyə başlayıblar. Qalıb 4-ü. Bir az tezləşdirsələr, nə olar ki? Kim bu şəraitdə 7 il yaşayar? Vallah pulumuz olsa, bu zülmə dözmək məcburiyyətində qalmazdıq”.

Şümeysət Əliyeva deyir ki, ailəsinin maddi durumu da yaxşı deyil. Yoxsa öz imkanları ilə evlərini tikib, bitirərdilər. Necə ki, bunu çoxu etdi:

“8 nəfərik. Bir oğlum dediyim kimi, Bakıdadır. Digəri kənddə fəhləlik edirdi. Bu yaxınlarda həkim dedi ki, olmaz. Belində problem var, ciddidir. İndi oturub evdə. Qızım da işləmir, 2 uşaqla ayrılıb, evi yoxdur, bizimlə yaşayır. Yoldaşım və mən də yaşlı adamlarıq, həm işləmirik, həm də istəsək belə, iş nə gəzir? Təkcə Bakıda işləyən oğlumun ümidinəyik. 5 böyük, 2 uşaq, hamımıza o baxır”.

Ailə yaşayışları, problemləri ilə bağlı dəfələrlə kənd icra nümayəndəliyinə, bələdiyyəyə, Balakən Rayon İcra Hakimiyyətinə müraciət edib. Hətta Bakıya, Fövqəladə Hallar Nazirliyinə də dəfələrlə məktub göndəriblər:“Cavab gəlib ki, tikiləcək, narahat olmayın. O tikilən, bu tikilən, artıq çox narahatıq. Evdə 2 xəstə var. Çətindir bir otağın içində. Nəvəmin ürək çatışmazlığı var. Mən də ürək xəstəliyindən, yüksək təzyiqdən əziyyət çəkirəm. Yaşam şəraitimizi yaxşılaşdırsınlar heç olmasa”.

Şümeysət Əliyeva deyir ki, hazırda qaldıqları bir otaq da yaxşı durumda deyil. Ev ötən əsrin 40-cı, otaq isə 60-cı illərdə tikilib:

“Mən gəlin gələndə bu otağı artırıblar. Digər hissələrlə arasında 10-15 il fərq olduğundan hər tərəf uçub, bura qalıb. Yoxsa çöldə qalardıq”."Böyük-kiçik hamımız canımızdan bezmişik..." - GİLEY"Böyük-kiçik hamımız canımızdan bezmişik..." - GİLEY
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ