Gəncənin dizini yerə gətirən YENİ KABUS... - Yusibovlar erası...
Bolge
Oxunub: 625
14 okt 2019 | 21:22
Gəncənin dizini yerə gətirən YENİ KABUS... - Yusibovlar erası...

Azərbaycanın ikinci şəhəri Gəncədə Vəliyevlər erası başa çatsa da, Yusibovlar kabusu hələ davam eləməkdədir.

Sui-qəsd edilən Elmar Vəliyevlə onun komandasının hökmranlığına son qoyulmasına baxmayaraq, daha bir sülalə irtica ilə ad çıxarır.

Reportyor.info-nun elektron mediaya və sosial şəbəkələrə istinadla yaydığına görə, söhbət Maliyyə Nazirliyinin Aparat rəhbəri Cavanşir Yusibovla onun Gəncə Dövlət Universitetinə rektorluq edən qardaşı Yusif Yusibovun qədim paytaxtda növbəti narazılıq dalğasını genişləndirmələrindən gedir.

Mətbuat Yusibovların arxalı-dayaqlı olduqlarını iddia edir və KİV yazır ki, qardaşlar GDU-dan əllərini çəkməsələr xoş olmayan hadisələrdən kimsə sığortalanmayıb.

Xoş olmayan hadisə dedikdə isə müəllim-tələbə kontingentinin boğaza yığılaraq ali məktəbin dəhlizlərində etirazlara qalxması nəzərdə tutulur.

Onlara hələlik heç bir “Stop” siqnalı verilməsə də, Gəncədə gedişatın məhz Yusibovların ucbatından ürəkaçan olmadığını bəlkə də bu məqalədən oxuyaraq nəticə çıxara bilərlər.

KİV-in xəbərlərində bildirilir ki, narazılıq dalğasının başlanmasına səbəb GDU müəllimləriinn prezidentin fərmanından kənar saxlanmasıdır.

Prezident İlham Əliyevin sentyabrın 1-dən əmək haqlarının qaldırılması ilə bağlı imzaladığı fərmanonlara şamil edilməyib.

Bu dərəbəyliyin başında Yusibovların dayandığı iddiaları səslənməkdədir. Hətta rektor Y.Yusibov müəllim və texniki işçilərdən əsassız yerə pul yığır. Bu da odun üstünə benzin töküb.

Maliyyə Nazirliyində pul köçürmələri hansı mexanizmlə, kimin müdaxiləsilə icra edilirsə, GDU müəllimləri artımdan hələki məhrumdur.

Üstəlik, illik təhsil haqlarının dövriyyəsi, sərfiyyatı barədə şübhələr, müəmmalar var. Çünki maliyyə xərcləri cəmiyyətə, GDU heyətinə hesabatsız həyata keçirilir.

İctimaiyyət bu vəsaitlərdən nə qədər əmək haqlarına, nə qədər maddi-texniki bazanın möhkəmləndirilməsinə xərclənməsindən məlumatsızdır.

Çünki rektor Yusif Yusibovun maliyyə naziri Samir Şərifovun aparat rəhbəri olan qardaşı Cavanşir Yusibov maxinasiyalar ustasıdır.

Yusibovların Gəncədə narazılıq yaratmasına görə yerli icra hakimiyyəti qarışa bilmir. Məsələyə Təhsil Nazirliyi və Maliyyə Nazirliyi müdaxilə edə bilər.

Amma təhsil naziri Ceyhun Bayramovun qardaşı Azər Bayramov maliyyə nazirinin müavinidir, Cavanşir Yusibovla yaxındır və ona görə tandem yaxşı alınıb.

İki qardaş maliyyədə, iki qardaş isə təhsil sistemində uzlaşma yaradıblar, onlara batan yoxdur və nəticədə əziyyət çəkən GDU müəllimləri, ziyan görən nüfuzlu ali məktəbdir.

Mediada səslənən iddialar budur ki, GDU-da pul işlərinə rektorun köməkçisi Elsevər Nağıyevlə prorektor Fəxrəddin Həsənov rəhbərlik edir.

Elsevər Nağıyev rektor Yusif Yusibovun qohumudur. Eyni zamanda Cavanşir Yusibovla yaxşı əlaqələrə malikdir.

Belə bir zəncirdən, labirintdən heç kəs çıxa bilmir, hara üz tutursansa, daşa dəyir, daha doğrusu, hər stansiyada Yusibovlar və onların adamları çıxır.

Yada salaq ki, Yusibovların və Bayramovların təzyiqi ilə GDU-nun keçmiş rektoru Yadigar Əliyevə məcburi istefa ərizəsi yazdırılmış, postuna Yusif Yusibovun əmri imzalanmışdı.

Bu gün də həmin əlaqələr və şəbəkə “meydan sulayır”.Cavanşir Yusibov Maliyyə Nazirliyində uzun müddət büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinə nəzarət edən xidmətin rəisi olub.

Deməli, maliyyə məsələlərinin təyinatı üzrə xərclənməsində “sərbəstdir” imiş. İndi aparat rəhbəri kimi imkanları genişlənib və güclənib.

Cavanşir Yusibovun böyük kapitala sahib olduğunu yazan media özünün və qohumlarının villalarından bəhs ediblər. Qohumları Rüfət Yusifov, Sevinc və Könül Yusibovaların Bakının seçilən yerlərində villaları var.

Habelə, Y.Yusibov universitetə qardaşının təzyiqi ilə hələ prorektor təyin olunanda, Gəncədə “Gülüstan qəsəbəsi” yaxınlığındakirayədə yaşayırmış.

Amma rektor təyin olunduqdan sonra, qısa müddətdə Gəncənin “Mahrasa bağı” ərazisində 150 min manata ev alıb. Əvvəllər şəxsi avtomobili olmasa da, indi 140 min manatlıq son model “Leksus”da gəzir.

REPORTYOR.info
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!