Məhkəmə Qarabağ əlillərinə qarşı... - ETİRAZ
Bolge
Oxunub: 717
15 okt 2019 | 22:53
Məhkəmə Qarabağ əlillərinə qarşı... - ETİRAZ

Nərimanov rayon məhkəməsinin xaricdə müalicəyə ehtiyacı olan, düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını apardığı Qarabağ əlili Xaliq Abbaszadənin “Rəvan” sığorta şirkətinə qarşı iddiası üzrə yarıqat edilən pensiyasını bərpa etməsindən yazmışıq. Hakim Vüqar Quliyev 06.05.2019 tarixli qətnamə ilə “İcra haqqında” qanunun 68.1.2 maddəsinə əsasən, yəni tələbin borclunun xidməti vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlərə görə ödənilən məbləğlərə yönəldilə bilməzliyini əsas tutub iddiaçı Qarabağ əlilinin pensiyasından “Rəvan” sığorta şirkətinin “rəvanlıqla” yediyi 350 manat vəsaitin “Rəvan” sığorta şirkətinə yanlış ödənildiyini qət edib və geri qaytarılmasına qərar verib.

DİA.AZ-a daxil olan məlumatda deyilir ki, məhkəməyə saxta icra sənədi təqdim etməsinə görə cavabdeh barəsində cinayət işinin qaldırılması üçün xüsusi qərardadla prokurora xəbər verilməsi haqqında Qarabağ əlillərinin 09.05.2019 tarixli ərizəsinə isə Nərimanov rayon məhkəməsi 6-cı aydır baxmır . Bu hələ harasıdır? Əlil iddiaçıya qətnamə 27.05.2019 tarixində verilib və bunu sübut edən zərfin surəti əlavə edilməklə 22.06.2019 tarixində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına şikayət edilib. Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 133, 362-364 maddələrinin tələblərinə əməl edilməsi üçün şikayəti birinci instansiyaya 01.07.2019 tarixli məktubla göndərsə də, 4 aydır Nərimanov məhkəməsi Qarabağ əlilinin apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə göndərməkdən imtina edir. Cavabdeh “Rəvan” sığorta şirkətinin apellyasiya şikayəti isə şikayətvermə müddəti keçməsinə baxmayaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Nərimanov rayon məhkəməsinin hakimi Vüqar Quliyevin tərəflərə eyni gözlə baxmamasının nədəni haradan qaynaqlanır? Bu təkcə cavabdehlə qeyri-prosessual münasibətdən qaynaqlanmır, eyni zamanda Suraxanı məhkəməsinin hakimi Ramil Həsənovun Nərimanov məhkəməsinə “həmkar özbaşınalığı” mesajından , icra məmuru Vüsal Əliyevin məhkəməyə və bütövlükdə məhkəmə sisteminə hörmətsizliyindən doğur.

Fikir verin, Suraxanı rayon məhkəməsinin hakimi Ramil Həsənov Ali Məhkəmənin 16.05.2017 tarixli qərarını hələ də tanımır və qanuni qüvvəsi olmayan 28.11.2016 tarixli saxta qətnaməsini Ali Məhkəmənin qərarından üstün tutur. Bu absurdluğa isə hələ ki hüquqi qiymət verilməsi təmin olunmur. Əksinə, Ramil Həsənovun şifahi göstərişi ilə Suraxanı icra məmuru Vüsal Əliyev qanuni qüvvəsi olmayan qətnamə əsasında xaricdə müalicəyə ehtiyacı olan, düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı Qarabağ əlilinin pensiyasını dələduzluqla yarıqat etdirib və reabilitasiya vasitəsi olan avtomobilinə də həbs seçdirib. Ortada isə icra sənədinin özü yoxdur! “İcra haqqında” qanunun 7.2 maddəsinə görə, icra sənədi hakim tərəfindən imzalanır və məhkəmənin möhürü ilə təsdiq olunur. Yəni məhkəmə möhürü ilə təsdiq olunmadığından cavabdehin məhkəməyə təqdim etdiyi icra sənədi saxtadır və bu saxtalıq Konstitusiyaya görə dövlətə qarşı ən ağır cinayət sayılır. Di gəl, məhkəmə hakimiyyətinin mənimsənilərək məhkəmənin adından saxta icra sənədi tərtib edilməsinə nəinki hüquqi qiymət verilir, heç icra məmuru Vüsal Əliyev 3-cü şəxs qismində də cəlb edilməsinə baxmayaraq məhkəməyə hörmətsizlik edərək, məhkəməyə gəlmir. Qarabağ əlilinin pensiyasını saxta sənəd ilə yeyən “Rəvan” sığorta şirkəti isə yediyinə məhkəmələri də ortaq edərək, hələ ki, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlilini məhkəmə zallarında “müalicə etdirir”. Hakimlər də bir -birinin ayağını tapdamır, nə qarşılıqlı iddia ərizəsinə baxılır, nə də prokurora xəbər verilməsi haqqında ərizəyə . Özbaşınalıq o həddə çatıb ki, apellyasiya hüququna da qadağa qoyulub.
Məğrur Bədəlsoy
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...