Gəncədə vətəndaşlarla növbəti görüş keçirilib
Bolge
Oxunub: 312
24 sen 2019 | 13:48
Gəncədə vətəndaşlarla növbəti görüş keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb. Görüşdə Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Nizami Rayon İcra Hakimiyyətinin başçsısı Nizami Hacıyev, idarə, müəssisə və təşkilat rəhərləri də iştirak ediblər.

Niyazi Bayramov vətəndaşları salamlayaraq bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onları həll etməkdir. Şəhər rəhbəri qeyd edib ki, Gəncədə binaların fasadları yenilənir, dam örtükləri dəyişdirilir, şəhərin su təsərrüfatı və kanalizasiya sistemi yenidən qurulur, çoxmərtəbəli binaların liftləri yenilənir, yollarda bərpa işləri gedir. Niyazi Bayramov onu da vurğulayıb ki, bütün bu tədbirlər əhalinin rahatlığının təminatına və güzəranının yaxşılaşdırılmasına xidmət edir. O, bu qəbildən olan tədbirlərin davamlı olacağını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Açıq mikrofon şəraitində keçən görüşdə sakinlərin problemləri dinlənilib. Müraciətlər əsasən ara küçələrdə su-kanalizasiya xəttlərinin yenilənməsi, müxtəlif yerlərdə zibil qutularının yerinin dəyişdirilməsi, mavi yanacağın təzyiqinin artırılması, 11 nömrəli marşrut xətti üzrə çalışan ictimai nəqliyyat vasitəsinin yolunun uzadılmasına dair olub.

Bundan başqa sakinlər uşaq meydançanlarının yaradılmasını, həyətlərin abadlaşdırımasını, sahibsiz itlərə qarşı tədbir görülməsini xahiş ediblər.

M. Mehdizadə adına 4 saylı tam orta məktəbin müəllimlərinin də müraciəti dinlənilib. Bildirilib ki, səhər və günorta saatlarında məktəbin önündə tıxac yaranır, bu isə bir sıra narahatçılıqlara səbəb olur. Məsələ ilə əlaqədar olaraq icra başçısı Niyazi Bayramov məktəb yoluna Yol Patrul Xidməti əməkdaşlarının cəlb olunmasına, həmçinin məktəbin arxa giriş qapısının açılmasına dair göstəriş verib.

Görüşdə səsləndirilən əksər məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan problelərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi