Niyazi Bayramov Edvard Karvardini qəbul edib
Bolge
Oxunub: 238
17 sen 2019 | 13:49
Niyazi Bayramov Edvard Karvardini qəbul edib

UNICEF Gəncədə yeni layihənin icrasına başlayacaq. Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşən UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin məlumat verib. Görüşdə UNİCEF-in Uşaq Fondunun Gəncədə gördüyü işlər ətrafında da müzakirələr aparılıb.

Niyazi Bayramov rəsmi qonağı salamlayaraq bildirib ki, Gəncə bilik, təhsil və tədris baxmından mərkəz şəhərə çevrilir. Gəncədə 3 universitet və 3 kollec fəaliyyət göstərir. Şəhərdə 46 tam orta məktəb var ki, onlardan da 39-u tam təmirlidir. Niyazi Bayramov həmçinin “Bilik günü”də Gəncədə Heydər Əliyev Fondunun və Təhsil Nazirliyinin dəstəyilə 2 məktəb və 1 uşaq bağçası-körpələr evinin istifadəyə veridliyini diqqətə çatdırıb. O qeyd edib ki, tədris müəssisələri əsaslı şəkildə yenidən qurularaq, bütün lazımı avadalıqlarla təchiz ediliblər.

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin səmimi qəbula görə təşəkkürünü bildirib. O, qeyd edib ki, səfərinin əsas məqsədi yeni inteqrasiyalı sosial xidmətlər proqramı ilə bağlı icra olunan işləri nəzərdən keçirməkdir. Qonaq səfər çərçivəsində uşaqların müdafiəsinə dair təşəbbüslərə cəlb olunan yerli tərəfdaşlarla da görüşəcəyini bildirib.

“Artıq 2 aydır ki, Gəncədə “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində baxımsz və sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün mərkəz fəaliyyət göstərir. Bu zaman ərzində Mərkəz tərəfindən 100 ailəyə müxtəlif sosial xidimətlər göstərilib. Bu xidmətlərin 3-də 2-si davamlı xarakter daşıyır”, - deyə Edvard Karvardin qeyd edib.

Edvard Karvardin əlavə edib ki, UNICEF-in Uşaq Fondu inklüziv təhsillə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Bu istiqamətdə Gəncənin 1 və 39 nömrəli məktəblərində resurs mərkəzləri yaradılıb. Həmin resurs mərkəzlərində müəllim və valideyinlərə inklüziv təhsillə bağlı müxtəlif təlimlər keçirilir. Bu istiqamətdə sonuncu təlim Gəncə Dövlət Universitetinin müəllimləri üçün təşkil olunub.

UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri yaxın aylar ərzində görüləcək işlərlə bağlı da məlumat verib. O bildirib ki, bu ilil sonunadək “Erkən uşaqlıq dövrünün inkişafı” layihəsinin icrasına başlanılacaq. Layihə çərçivəsində Gəncədə 2 mərkəzin yaradılması nəzərdə tutulur.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov görülən işləri müsbət qarşıladığını və qeyd olunan istiqamətlərdə lazım olan köməkliyin göstəriləcəyini bildirib.

Görüşün sonunda hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...