“Mənim yerimə kim olsaydı, intihar eləmişdi” - Bu ailəyə dövlət yardım etməsə...
Bolge
Oxunub: 743
22 okt 2019 | 19:20
“Mənim yerimə kim olsaydı, intihar eləmişdi” - Bu ailəyə dövlət yardım etməsə...

Bərdənin Gəncə küçəsində yaşayan Faiq və Zəminə Süleymanovların həyat üzünə gülməyib. Faiq dörd il əvvəl nərdivandan yıxılaraq hərəkət qabiliyyətini itirib. Zəminə isə 2017-ci ildə xərçəng xəstəliyinə yoluxub.

Faiq həmin günü yaxşı xatırlayır. 2015-ci ilin oktyabrın 29-da bütün həyatı dəyişib. Yıxılanda onurğası zədələndiyindən ayaqları da daha hərəkət etmir. Bundan iki il sonra həyat yoldaşı Zəminənin ağır xəstəliyə tutulduğu məlum olub. Bədxassəli şiş üzündən qadının sinəsində amputasiya əməliyyatı aparmaq lazım gəlib. Zəminə deyir ki, Milli Onkologiya Mərkəzində əməliyyat üçün 1700 manat ödəyiblər.

“Buna qədər 800 manat da müayinəyə çıxmışdı. Əvvəlcə iki dəfə orada 300 manatdan kimyaterapiyadan keçdim. Baha olduğundan qalan dörd dəfə üçün Ağcabədiyə getdim. Möhkəm ağrılarım olur. Çox hərəkət eləyəndə qollarım şişir. Altı aydıan bir yoxlanıram”, - Zəminə danışır.

Zəminə Süleymanova eynəksiz yaşaya bilmədiyini deyir. Hər iki gözünün əməliyyata ehtiyacı var. Gözünün biri tam sıradan çıxmaq üzrədir: “Əməliyyat eləməyə pul yoxdu. Nəyimiz var, satmışıq. Qır-qızıl da qalmayıb. Çox ağır vəziyyətdəyik”.

Faiq Süleymanov faciəyə qədər restoranda inzibatçı işləyib. Deyir ki, çox qazanmırdı, amma onurğası zədələnməsəydi, ailənin bu ağır günlərində lazım gəlsə, bir neçə yerdə işləyərdi.

Evə hər ikisinin pensiyasını, həyat yoldaşının uşaq bağçasından aldığı 90 manat yarımştat maaşını üst-üstə gəlsək, evə cəmi 380 manat gəlir. Bununla həm müalicə olunmaq, həm dolanmaq, həm də ödənişli əsaslarla ali təhsil alan iki qızının xərclərini ödəmək mümkünsüzdür.

“İkisi üçün birlikdə 2400 manat ödəməliyik. Son kursdadılar. Hələ də ödəyə bilməmişik. Evi satlığa qoymuşuq. Borc içində boğuluruq. Eybi yox, daha yığcam evdə yaşayarıq, amma yükümüz azalar. Uşaqların ötən il üçün təhsil haqqını borca götürmüşdük, hələ də qaytara bilməmişik. Bu dəqiqə uşaqların təhsil haqqını ödəyə, bir də həyat yoldaşımın gözünü əməliyyat elətdirə bilsək, elə biləcəm, ayağa qalxıb gəzirəm”, - Faiq nə qədər əzab çəkdiyini gizlətməyə çalışır.

Zəminə üçüncü qrup əlildir. Xəstəliklə mübarizə aparan qadın deyir ki, bədən orqanını itirməsinə, bədxassəli şişlə yaşamasına görə ona birinci qrup əlil dərəcəsi verməyə borclu idilər.

“Mənim yerimə kim olsaydı, intihar eləmişdi”

Zəminə danışır ki, sosial yardım almağa çalışıblar. Bütün sənədləri hazırlayıblar, amma rədd cavabı gəlib. Halbuki Dövlət Sosial Müdafiə Fondunun Bərdə Rayon Şöbəsi, adətən, müraciət edənlərin qarşısına iş yeri tələbi qoyur. Zəminənin rəsmi iş yeri olduğundan, rədd cavabını məntiqsiz sayırlar.

“Nə torpağımız var, nə də maşınımız. Heç yaşadığımız ev də bizim mülkiyyət deyil. Yəni heç nəyimiz yoxdu”, - Zəminə bildirir.

Faiq deyir ki, qohum-əqrəbadan ummağın da yeri yoxdur: “Hamı imkansızdı. Hərdən xalam bazarlıq eləyib gətirir. Qohumlar özünü zorla dolandırır”.

Faiq həyat yoldaşına görə çox pis olur. Deyir “eybi yox, mən gəzməyim, amma onun gözləri düzəlsin”. Zəminə hərəkət qabiliyyətini itirən həyat yoldaşının hər cür qayğısına qalmağa çalışır. Mümkün qədər nikbin olmağa çalışırlar. Hətta bizimlə söhbət zamanı da təbəssümü qoruyurlar.

“Desəm ki, ağrıyıram, çox yumşaq ifadə olar. İndi sizə görə abrıma bükülüb səsimi çıxarmıram. Ağrıdan adam az qalır başını divara vura. Heç bir ağrıkəsici qarşısını ala bilmir. Onurğamda sinir sıxılması gedir. Düzgün müalicəyə ehtiyac var, amma pul yoxdu. Adicə ağrıkəsiciyə 80 manat verməli oluruq”, - Faiqi eşidirik.

Faiq çalışır ki, çox şikayət etməsin: “Hər şeyi demək istəmirəm. Mənim yerimə kim olsaydı, indiyə intihar eləmişdi”.

Faiq ailənin maddi ehtiyaclarını ödəyə bilmədiyimə görə çox sarsıldığını deyir. Zəminə ona təsəlli verir...
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək