Dərəbəylik! İcra başçısı iş adamına 210 min manat pul atdı…
Bolge
Oxunub: 1 297
30 iy 2015 | 08:45
Dərəbəylik! İcra başçısı iş adamına 210 min manat pul atdı…













Ölkədə tüğyan edən məmur özbaşınalığından əziyyət çəkən minlərlə, on minlərlə sadə vətəndaşlar, xırda və nisbətən iri sahibkarlar prezident İlham Əliyevin son müşavirələrdə səsləndirdiyi bir sıra fikirlərdən ürəklənərək pozulmuş hüquqlarının bərpasına nail olmaq üçün yenidən səfərbər olunublar. Elə ona görə də son günlər müraciət edən şikayətçilərin sayında nəzərə çarpacaq artım müşahidə olunur


Görünür, əli hər yerdən özülən, məmurların etdikləri çoxsaylı özbaşınalıqlara baxmayaraq sonadək cəzasız qalacaqlarını ehtimal edərək öz aqibətləri ilə barışan insanlar prezidentin son günlər məmurları sərt tənqid etməsindəın, problemləri təfsilatıyla sadalyaraq ölkədə məmurların günahı ucbatından baş verən bütün eybəcərliklər barədə kifayət qədər məlumatlı olmasını dilə gətirməsindən sonra “bəlkə də nəsə oldu” deyib yenidən haray çəkirlər…
Bu harayın biri də iş adamı Nadir Feyziyevə aiddir. N. Feyziyev İmişli rayon icra hakimiyyəti başçısından sinədağlıdır və etiraf edək ki, onun söylədiklərini olduğu kimi oxuculara təqdim etsək hamını heyrət bürüyər və bəlkə də çoxları inanmaz ki, hüquqi dövlətdə belə bir rüsvayçılıq baş vermiş ola, bunu edənlər də cəzadan yaxa qurtararaq hələ şikayətçini hədələyə. Amma N. Feyziyev də inadından dönənə oxşamır və deyir ki, son nəfəsindək 2 il öncə İmişlinin abadlıq – quruculuq işlərinə xərclədiyi və bu günədək ala bilmədiyi 370 min manat pulu Vilyam Hacıyevdən almaqda israrlıdır. Onun iddiasına görə, yeri gəlmişkən bu iddia məhkəmə qətnaməsi ilə də təsdiqini tapıb ki, o İmişli rayonun abadlaşdırılması üçün ümumilikdə 580 min manatlıq iş görsə də icra hakimiyyəti yalnız 210 min manat pul ödəyib, yerdə qalan 370 min manatı isə daş atıb başlarını turular ki, vermirik…
Maraqlı bir məqamsa ondan ibarətdir ki, İmişli rayon icra hakimiyyəti öz pulunu israrlı şəkildə tələb edən iddiaçıları qorxutmaq üçün məhkəməyə də müraciət edib. Amma nə qədər qəribə və bu günki ölkə reallıqlarına zidd olsa belə məhkəmədə iddiaçının deyil, cavabdehlərin haqlı olduğu sübuta yetirilib və icra hakimiyyəti tərəfindən həmin pulların ödənilməsi haqqında qətnamə də çıxarılıb. Amma Vilyam Hacıyevin bu günədək məhkəmə qətnamələrinə əhəmiyyət vermədiyini bildiriən Nadir Feyziyev deyir ki, müraciət etmədikləri ünvan qalmayıb. Hətta iş o yerə çatıb ki, dəfələrlə Prezident Administrasiyasında olub, Prezident Administrasiyasının rayon üzrə kuratoru da onunla birlikdə İmişliyə ezam olunub, icra başçısına bu pulun ödənilməli olduğunu bildirib, amma bu cür yüksək çinli məmurun müdaxiləsi də bir işə yaramayıb.
N. Feyziyevin təqdim etdiyi sənədləri, məhkəmə qətnamələrini araşdırdıqca adamı dəhşət bürüyür və prezident İlham Əliyevin bir müddət öncə “mən bilirəm ki, rayonlarda icra başçıları sahibkarları işlədir, sonra pullarını verməkdən boyun qaçırırlar, bu dözülməzdir” deməsi yada düşür. Bəli, gerçəkdən də dözülməzdir. Görəsən, ölkənin rəhbərindən başqa daha kim bu cür açıq mətnlə “balaca padşahlar”ın iş adamlarına qan uddurmasına etiraz səsini qaldırmalıdır ki, bu kimi məsələlər həllini tapsın? Yoxsa prezidentin də qərəzli danışdığını iddia edənlər tapılacaq?
Biz də fürsətdən istifadə edərək Prezidentin səsinə səs veririk və özünün də bu günlərdə ifadə etdiyi kimi, onun dostu, köməkçisi olaraq addımbaşı eşitdiyimiz, gördüyümüz məmur özbaşınalıqlarıyla bağlı haray çəkirik. Yuxarıda qeyd olunan problemin də həllini tapması üçün prezidentin tapşırıqlarının vicdanla yerinə yetirilməsinə, halallıq və ədalətin bərpasına nail olunmasına ehtiyac var. Ümid edirik ki, Prezident Administrasiyası rəhbərliyi prezident İlham Əliyevin göstərişlərinə, tapşırığına səs verərək bu kimi problemlərin həllinə əncam çəkəcəklər.(moderator.az)
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...