Səhiyyə sistemimiz qəssabxana olanda... - GİLEY
Bolge
Oxunub: 595
30 okt 2019 | 23:49
Səhiyyə sistemimiz qəssabxana olanda... - GİLEY

Qubada yaşayan Samir Ağacanov keçən il övladını itirib. O, 12 yaşlı qızı Samirənin ölümünə görə həkimləri günahlandırır. Keçən il dekabrın 20-də Samirə Ağacanovanın halı pisləşib. Qəbzlik, qusma olduğuna görə uşağı əvvəlcə Quba Diaqnostika Mərkəzinə aparıblar. Samir deyir ki, orada həkimlər ötür-ötür ediblər, axırda qızına həkim Kamil Quluzadə baxıb. Uşağı rentgendən keçirib, imalə eləyib, bağırsağı yuyub, evə buraxıblar. Həkim deyib ki, qorxulu heç nə yoxdur, bağırsaqları dolaşıb, qəbzlik də ondan yaranıb.

“Çoxlu nar yemişdi, biz də bundan şübhələndik. Evə gətirəndən sonra durumu pisləşdi, daha tez-tez qusmağa başladı. Həkimə zəng elədim. Dedi ki, nahaq narahat eləyirəm, onun sahəsi deyil. Həkimin bu cür davranışından əsəbiləşdim. Ertəsi gün Quba Diaqnostika Mərkəzinə gedib, bir gün əvvəl həkimə, tibb bacısına verdiyim pulları geri aldım. Uşağı usə Sumqayıta - “Liman” klinikasına apardım”, - ata belə xatırlayır.

Sumqayıtdakı klinikada da ataya qorxulu heç nə olmadığını deyiblər. Evə qayıdıblar, amma dekabrın 22-də uşağın vəziyyəti yenə pisləşib. Nənəsi uşağı Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırıb. Orada uşaqda yüksək dərəcədə (547) şəkərli diabet aşkarlayıblar. Samir sual verir ki, niyə əvvəlki iki xəstəxanada analiz götürüb şəkəri üzə çıxarmayıblar?

Samirəni Pediatriya İnstitutundan 6 saylı xəstəxanaya göndəriblər. Orada çatana qədər uşaq komaya düşüb. Komadan ayılandan sonra Mərkəzi Klinik Xəstəxanaya müraciət etməyi məsləhət görüblər.

“Dedilər ki, bizdə lazımi avadanlıq yoxdur, onlarda var. Getdim ora, ilkin olaraq 1600 manat istədilər. Razılaşdım. Özlərinin Təcili Yardım maşınıyla həkimləri gəlib uşağı görəndə dedi ki, yox, 20 min manat depozit qoyulmalıdır. Dedim ki, gedib nəyim var satıb gətirim, indi üstümdə o qədər yoxdu. Razılaşmadılar ki, müalicəyə başlamaq üçün əvvəlcə depozit qoyulmalıdı. Bir də baxdım ki, həkim çıxıb gedib”, - Samir danışır.

Dekabrın 25-də səhərə yaxın 6 saylı xəstəxanada Samirənin nəfəsi dayanıb…

Hadisədən sonra ata çox yerə şikayət edib. Deyir ki, Baş prokurorun müavininin də qəbulunda olub. Hadisədən 6 ay sonra - 2019-cu ilin iyununda Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Samir Ağacanov prokurorluğa ərizəsində göstərib ki, qızı həkim məsuliyyətsizliyinin qurbanı olub.

Samir Ağacanovun günahkar saydığı həkimlər prokurorluqda dindirilib. Quba Diaqnostika Mərkəzinin qəbul şöbəsinin müdiri Vüqar Burcalıyev deyib ki, onlarda, ümumiyyətlə, uşaq həkimi və uşaq şöbəsi yoxdur. O, Samirdən pul almaları barədə deyilənləri də inkar edib.

Həkim Kamil Quluzadə isə deyib ki, uşaqda kəskin cərrahi patologiya əlamətləri olmayıb: “Samirənin ölümündə mənim günahım yoxdur. Mənim yanımdan gedəndə vəziyyəti yaxşı olmuşdu”.

Ekspertiza rəyində yazılıb ki, meyit müayinə olunmadığı üçün onun ölümünün səbəbilə aparılan müalicələr arasında əlaqəni müəyyənləşdirmək də alınmayıb. Amma ekspert tibbi sənədlərdə göstərilənlər əsasında rəy verib. Rəydə yazılıb ki, Quba Diaqnostika Mərkəzində və Sumqayıtdakı “Liman”, “Unikal” klinikalarında müayinələr tam aparılmayıb, şəkər müəyyənləşdirilməyib. Onda “Şəkərli diabet birinci tip” xəstəliyi vaxtında müəyyənləşdirilib ölümün qarşısının alınması üçün adekvat tibbi yardımlar göstərilməli olsa da, edilməyib.

6 saylı uşaq klinik xəstəxanasında göstərilmiş reanimasyon tədbirlər də tam həcmdə aparılmayıb.

"Baş vermiş kliniki ölüm zamanı şəkərli diabet xəstəliyinin ağırlaşması ilə əlaqədar ümumi qan dövranının kəskin pozulması hesabına yaranan baş-beynin kəskin hopoksiyasının qarşısının alınması üçün tədbirlər gecikdirilib. Süni ventilyasiya aparatına qoşulması və oksigen terapiyası kifayət qədər aparılmayıb. Bu da beynin ödəminin davam etməsinə gətirib çıxarıb.

Samirə Ağacanovanın vəziyyətinin ağırlaşmasına səbəb şəkərli diabet xəstəliyinin ağırlaşması fonunda yaranan beyin ödəmi nəticəsində tənəffüs çatışmazlığı olub. Samirə Ağacanovanın əziyyət çəkdiyi “Şəkərli diabet birinci tip” xəstəliyinin vaxtında müəyyən edilməməsi və adekvat tibbi yardımlar göstərilməməsi müalicə həkimləri tərəfindən səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarının pozulması kimi qiymətləndirilir.

Tibbi sənədlərdə göstərilənlərə əsasən, Quba Diaqnostika Mərkəzində, “Liman” və “Unikal” klinikalarında ondakı “Şəkərli diabet birinci tip” xəstəliyi müəyyən edilib, adekvat tibbi yardımlar, 6 saylı Uşaq Klinik Xəstəxanasında göstərilən reanimasyon yardımlar tam həcmdə olsaydı, onun ölümünün qarşısının alınması imkanı çox ola bilərdi. Bununla əlaqədar Səhiyyə Sistemində olan 70 saylı əmrin müvafiq bəndləri pozulub. Bunlara da məsul olan adları çəkilən tibb müəssisələrinin müalicə həkimləridir”, - rəydə belə yazılıb.

Baxmayaraq ki, ekspert rəyində ölüm hadisəsində həkimlərin günahı olması aydın şəkildə yazılıb, Quba Rayon Prokurorluğunda cinayət işinə xitam verilib.

“Uşağımı öldürüb, meyitini qucağıma verdilər. Müstəntiq mənə deyir ki, get özün cəzalandır. Bu, nə deməkdir? Bəs onda prokurorluq, qanunlar nə üçündür? Prokurorluqda deyirlər ki, biz Səhiyyə Nazirliyilə bacarmırıq. Min bir əziyyətlə böyütdüyüm Samirənin ölümünün mənə, anasına, qardaşına necə zərbə olduğunu sözlə ifadə eləmək mümkün deyil. Mərkəzi Klinik Xəstəxana məndən dərhal 20 min manat pul istədi. Bu adamların ölkədəki maaşlardan xəbərləri yoxdur? Mən Rokfellerəm ki, yarım saatın içində 20 mini gətirim? Uşaq öləndə dəfn və yas xərcləri üçün bankdan kredit götürməyə məcbur oldum”, - Samir danışır.

Sənədlərdə yazılıb ki, ata uşağın ölümündən sonra meyitin yarılmasına imkan verməyib. Cinayət işi başlanandan sonra isə ona meyitin eksqumasiyası (məzarın açılması) və təkrar müayinə aparılması təklif olunub. Buna da razılaşmayıb. Samir Ağacanov bu məsələlərə belə aydınlıq gətirir:

"Uşaq keçinəndən sonra mənə bir sənədə qol çəkdirdilər. Heç bilmədim ki, nədir. Onda ağlım başımda idi ki, bilim nə var, nə yox?! Meyitin çıxarılmasına gəlincə, dedim ki, əgər günahkarları doğrudan da cəzalandıracaqsınızsa, nəticəsiz qalmayacaqsa, eksqumasiya eləyərəm. Müstəntiq dedi ki, mən heç nə deyə bilmərəm. Mənə deyir ki, "şikayət etməyin mənası yoxdur, hətta məsuliyyətə cəlb olunsalar belə, məhkəmə 2-3 il icbari iş verəcəklər, bitəcək". Bu, nə deməkdir? Yolda adi xətti maşın tapdayanda cərimə eləyirlər, sürücünü cəzalandırırlar. Mənim uşağımın o xətt qədər dəyəri yoxdur ki, heç kimi cəzalandırmırlar?"

Samir Ağacanov prezidentdən və xanımından bu işdə kömək istəyir. Deyir, onlar baş verənləri bilsələr, biganə qalmazlar, günahkarların cəzalandırılması üçün lazım olan addımları atarlar:

"Mən dörd il Qarabağda vuruşmuşam. Prezidentimi həmişə dəstəkləmişəm, bu gün də ona inanıram. Mən bu vətən üçün canımdan keçərəm. Amma görsəm ki, uşağıma belə münasibət davam edir, baş götürüb gedəcəm. Amma ümid edirəm ki, bir gün mütləq uşağımın qatilləri cəzasını alacaq. O ümid olmasa, yaşaya bilmərəm”.

Samir danışdıqca, sanki həmin hadisəni bir daha yaşayır. Çox sarsıldığını hiss etmək üçün dərin müşahidəyə ehtiyac yoxdur. Ata fəryad qoparır. Qızının necə arzuları olduğundan danışır. Samirə müəllimə olmaq istəyirdi…
Bu gün, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR