"Səhiyyə Nazirliyi Azərbaycan Standartlaşdırma İnstitutunun ekspertizasının rəyini də nəzərə almır" - İTTİHAM
Bolge
Oxunub: 804
8 noy 2019 | 16:21
"Səhiyyə Nazirliyi Azərbaycan Standartlaşdırma İnstitutunun ekspertizasının rəyini də nəzərə almır" - İTTİHAM

Bir müddətdir ki, ölkədə keyfiyyətsiz şprislərin dövriyyəyə buraxılması barədə məlumatlar yayılmaqda davam edir. Bildirilir ki, saxta şprislər standartlardan fərqli olaraq 3 hissədən - silindir, porşen və onun sonluğunda yerləşən, aslanlıqla ayrılan qara rəngli rezindən ibarətdir. Və həmin qara rezin hissə steril hesab olunmadığından insan sağlamlığı üçün təhlükəlidir. O da qeyd olunur ki, saxta şprislər ölkəyə, əsasən Çin və Türkiyədən idxal olunur.

Buna baxmayaraq ki, Səhiyyə Nazirliyi, vətəndaşlardan standartlara uyğun olmayan şprislərlə bağlı şikayət daxil olmadığı bildirilir. Sadəcə tövsiyə edilir ki, vətəndaşların hər hansı şikayəti yaranarsa, quruma məlumat versinlər.

Yayılmış məlumatların haradan qaynaqlanması, həqiqətə uyğun olub-olmaması, əgər həqiqətdirsə, təhlükənin konkret olaraq nədən ibarət olması, ümumiyyətlə birdəfəlik şprislərin hansı hallarda insan sağlamlığı üçün təhlükə yaratmasına AYNA tutmağa çalışdıq.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov AYNA-ya açıqlamasında bildirib ki, bu ilin sentyabr ayında Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) da saxta şprislərlə bağlı araşdırma aparıb: "İnstitut ölkədə standartların tələblərinə cavab verməyən, Türkiyə, Çin və digər ölkələrdən idxal olunan, insan sağlamlığı üçün təhlükə törədən şprislərin mövcudluğunu təsdiqləyib. Hətta İnstitut rəhbərliyi bu şprislərlə bağlı Rusiyada ekspertiza aparılması üçün müraciət də edib. Bundan sonra Şahin Mustafayev Gömrük Komitəsini, Səhiyyə Nazirliyini və digər dövlət oranlarını toplayaraq müşavirə keçirib ki, həmin şprislər tibbdə istifadədən çıxarılsın”.

E.Hüseynovun sözlərinə görə, buna baxmayaraq, hazırda ölkənin 85 faiz tibb ocaqlarında həmin şprislərdən istifadə olunur və hər yerdə satılır: “Mən bir neçə dövlət orqanına, Dövlət Gömrük Komitəsinə, İqtisadiyyat Nazirliyinə, Səhiyyə Nazirliyinə və digər qurumlara bu barədə müraciət etmişdim. Müraciətimə Səhiyyə Nazirliyindən çox gülməli cavab almışam. Cavabda qeyd edilir ki, istehlakçılardan bu barədə şikayətlər yoxdur. Belə anlaşılır ki, Səhiyyə Nazirliyi Standartlaşdırma İnstitutunun ekspertizasının rəyini belə, saymır. Vətəndaş haradan bilə bilər ki, həkimin işlətdiyi şpris saxtadır, yoxsa orijinal”.

“Bu cavaba görə Səhiyyə Nazirliyini qınayıram və sizin vasitənizlə müraciət edirəm ki, ya məndən, ya da dövlət orqanından həmin ekspertizanın nəticələrini götürsünlər. Belə gülünc, yuvarlaq cavablardan əl çəkmək lazımdır, insanların sağlamlığı təhlükəyə atılmamlıdır. Dövlət Gömrük Komitəsindən, İqtisadiyyat Nazirliyindən isə hələ cavab gəlməyib. Bilmirəm, nəyi gözləyirlər”, – deyə AİB sədri vurğulayıb.

Image result for Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Musa Quliyev

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev isə AYNA-ya açıqlamasında, E.Hüseynovdan fərqli olaraq, ölkədə saxta şpris satılmadığını deyib: “Azərbaycana gətirilən və istifadə olunan şprislərin təhlükəli olması ilə bağlı fikirləri qəbul etmirəm. Belə bir fakt yoxdur, kimsə öz məhsulunu reklam edə bilər, amma heç kimin ixtiyarı yoxdur ki, əlində fakt olmadan başqa məhsul barəsində tənqidi fikirlər səsləndirsin, keyfiyyətsiz adlandırsın”.

Deputat onu da qeyd edib ki, Azərbaycana müxtəlik ölkələrdən gətirilən şprislər mütləq qaydada sertifikatlaşdırılmalıdır: “Müvafiq laboratoriyalardan keçməlidir və ondan sonra satışa buraxılmalıdır. Əgər hər hansı bir şprisin sertifikatı yoxdursa, hansısa laboratoriyadan müayinədən keçirilməyibsə, nəticələri yoxdursa, həmin şprislərin ölkəyə qaçaq yolla gətirilməsi istisna olunmur. Və həmin şprislərin keyfiyyətinə heç kim zəmanət vermir”.

“Amma biz yenə də vətəndaşlara tövsiyə edirik ki, keyfiyyətli məhsula üstünlük versinlər. Məhsulun qiymətinin ucuz olması onun keyfiyyətsiz olmasına əsas vermir. Və ya qiymətinin baha olması, keyfiyyətli olması deyil. Vətəndaşlar, yaxşı olar ki, ilk növbədə aldıqları istər şpris, istər dərman, istərsə də digər tibb ləvazimatlarının keyfiyyət sertifikatını tələb etsinlər”, - deyə M.Quliyev vurğulayıb.

Deputatın sözlərinə görə, Səhiyyə Nazirliyi hazırda ölkədə satılan şprislərin ölkəyə idxal olunması ilə bağlı icazəsinin olub-olmadığını araşdırmalıdır.

Etiraf edək ki, heç birimiz dərmanlardan fərqli olaraq, şpris alarkən onun materialına, keyfiyyətinə, sterillliyinə, infeksiya mənbəyi olub-olmamasına diqqət yetirmirik. Ümumiyyətlə, şprislə bağlı apteklərdən hər hansı bir tələbimiz olmur, nə satılırsa, onu da alıb istifadə edirik. Ancaq mütəxəssislər qeyd edirlər ki, şpris, həqiqətən də insanın sağlamlığı üçün çox ciddi təhlükə mənbəyi ola bilər.

Bu gün əksər apteklərdə satılan, ucu qara rezindən ibarət olan şprislərdən artıq dünyanın qabaqcıl ölkələrində imtina olunub. Və artıq may ayından bəri Azərbaycanda fəaliyyət göstərən şpris zavodunda da beynəlxalq standartlara cavab verən iki hissəli şprislər istehsal olunur.

Bu yaxınlarda zavod artıq öz məhsullarını daxili bazara çıxarıb. Ancaq qiyməti digər şprislərdən ikiqat bahadır, yerli istehal olunan şprislər 6 qəpiyə, Çindən idxal olunanlar isə 3 qəpiyə satılır. Belə olduqda isə anlaşılır ki, yerli şpris zavodunun bu bazarda rəqabət aparması bir qədər çətin olacaq.

Bunu nəzərə aldıqda, istər-istəməz ağıllarda belə bir sual yaranır: Ölkəyə idxal olunan şprislərin keyfiyyətsiz olması ilə bağlı səsləndirilən fikirlər, ölkədə istehsal olunan şprislərin satılmasını təşviq etmək üçün bilərəkdən ortaya atılmış iddialar ola bilərmi? Bu sual isə başqa bir yazının mövzusudur və buna da aydınlıq gətirməyə çalışacağıq. Həmçinin şprislərlə bağlı daha bir vacib problemə, istifadədən sonra məhv edilməsi prosesinə (utilizasiya) AYNA tutacağıq.
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
Dünən, 11:36
Terror dalğası Avropa sıçradı: türklər hədəfdə - VİDEO