"Sahibkarlıq fəaliyyətilə yalnız başçının yaxınları rahat məşğul ola bilir" - Mingəçevirdə NARAZILIQ
Bolge
Oxunub: 700
11 noy 2019 | 22:19
"Sahibkarlıq fəaliyyətilə yalnız başçının yaxınları rahat məşğul ola bilir" - Mingəçevirdə NARAZILIQ

“Marketə girib, kassanın qarşısında növbədə dayanıb, şəkil çəkdirib sosial şəbəkələrdə yaymaqla deyil, səmimiyyət başqa şeydir. Bizim başçı özünü ictimaiyyətə sadə, səmimi birisi kimi sırımağa cəhd edir, gerçəkdə isə sadə insanlara zülm eləyir, arxasında məmur olmayan, rüşvət verməyən mənim kimi sahibkarın son nəfəsini kəsmək üçün əlindən gələni ardına qoymur”.

Mingəçevir sakini Əli Muradov kiçik sahibkardır. İnşaat materiallarının satışıyla məşğul olur. Şəhərin Azdress qəsəbəsində sahəsi 150 kvadratmetr olan inşaat materialları mağazası var. DİA.AZ-ın məlumatına görə, narazı vətəndaş danışır ki, yerli icra hakimiyyəti ona işləməyə imkan vermir. Qurumun rəhbərliyi hər dəfə müxtəlif bəhanələrlə sahibkarlıq fəaliyyətinə mane olmağa çalışır.

“10 gündən çoxdur ki, yerli polis mağazaya gəlir, mağazanın qarşısına yığdığım 8 kisə sementi oradan yığışdırmağımı tələb edir. şəxsən icra başçısının tələbi var ki, malları içəri yığasan. Deyirəm, sağımdakı, solumdakı mağazaların qarşısına toplanan mallar mənim mağazamın qasrşısındakından iki dəfə çoxdur. Qanun hamı üçün qanundur, niyə yalnız məndən tələb olunur? Deyirlər, filan mağaza filankəsindir, başçı tapşırıb ki, dəyməyin, filan mağaza filankəsin oğlunundur, başçının tapşırığı var, o mağaza da toxunulmazdır. Bir sözlə, kimin başçıyla yaxınlığı varsa, istəsə, mallarını aparıb icra hakimiyyətinin binasının qarşısına da yığa bilər, belə məsələlərdə qanun bircə sadə xalqa hər şeyi qadağan edir”, – Əli Muradov deyir.

Əli Muradov deyir, onun mağazası şəhər mərkəzindən kənardadır. Üstəlik, o, öz xərci ilə mağazanın ətrafını abad edib: “Vaxtilə 3 min manat xərcləyib mağazanın yerləşdiyi ərazini abad eləmişəm, avtomobillər üçün park yeri düzəltmişəm, küçəyə tamet döşətdirmişəm, projektorlar qurdurmuşam, ətrafı kameralaşdırmışam, gətirib mağazamın qarşısında iki bankomat quraşdırıblar. Əvəzində hökumət sahibkar kimi mənimçün nə etdi? Devalvasiyalar üzündən banklara onqat borclandım, əsas borcu ödəsəm də, faizlər gəlib 42 min manata çatıb, bankın tələbi ilə məhkəmə evimi hərraca çıxarıb, hər şeyini itirmiş adamam. Mağaza mənim son nəfəslik yerimdir, onu da qapatmaq üçün başçı əlindən gələni edir. 40 yaşım var, indiyədək polis qapısı tanımamışam, ancaq az qala hər gün başçı polisi üzərimə göndərir, məni cərimələrlə hədələyir”.

Sahibkar deyir, bir neçə gün əvvəl 80 manat cərimələnsə də, malları mağazanın qarşısından yığışdırmayıb: “İtirdiyimi itirmişəm, evi-eşiyi əlindən çıxmış adamam. 8 kisə sementlə zərərə düşmərəm, od vurub yandıraram, iş onda deyil, məni qəzəbləndirən odur ki, axı niyə qonşuluqdakı mağazanın sahibindən də qanun tələb olunmur? Mənim mağazam şəhərdən xeyli kənarda, bir qəsəbədə yerləşir. Ancaq mən sizə icra hakimiyyətinin burnunun ucundakı mağazaların fotolarını çəkib göndərmişəm, hansı ki, başçı həmin mağazaların qarşısından hər gün o tərəf-bu tərəfə ötüb keçir və bircə dəfə də demir ki, malları mağazanın qarşısından yığışdırın. Niyə məndən qanun tələb olunur, icra hakimiyyətinin həndəvərindəki mağazaların sahiblərindən yox? Çünki o mağazalar özlərinindir. Mingəçevirdə bir qarış torpaq saxlamayıblar. Bizim qəsəbədə futbol meydançalarına qədər hər yeri satıblar. Kür çayının üstündə obyektlər açıblar. Evimin sağı, solu, arxası, qarşısı pivəxanadır, çayxanadır, “Topaz”dır, hamısı başçıya hesab verən obyektlərdir. Mingəçevirdə gənclik məhv edilib, hamısı da məmurların əli ilə məhv edilib. Mənim kimi arxasız, öz gücünə ayaqda qalmağa çalışan sahibkarları borclandırıb çökdürüblər, daha nə istəyirlər bizdən?”

Əli Muradov: Evimin sağı, solu, arxası, qarşısı pivəxanadır, çayxanadır, “Topaz”dır, hamısı başçıya hesab verən obyektlərdir.

Qarşı tərəfi də dinləməyə hazırıq...
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO